Ölkə futbolu
“Azərbaycan futbolunun şərtləri və imkanları İrandakı ilə müqayisəedilməzdir”

“Sumqayıt”ın yeni transferlərindən olan Höccət Haqverdi “gənclik şəhəri” təmsilçisinə keçidi barədə danışıb.
Futbolinfo.az xəbər verir ki, cənubi azərbaycanlı müdafiəçi “Tasnim” nəşrinə açıqlamasında bunları söyləyib:
“Peykan”dan ayrıldıqdan sonra bir neçə yerli klubdan təklif almışdım. İranda qalsaydım, futbol oynamaq üçün 2 ay gözləməli olacaqdım. Buna görə “Sumqayıt”a keçməyə razılıq verdim. Azərbaycanda oynamaq mənim üçün yeni çağırışdır”.
Onun sözlərinə görə, ölkəmizə gəlməzdən öncə bir çox insanla məsləhətləşib: “Yeni komamdamla mövsümün sonunadək müqavilə bağlamışam. Burada özümü yaxşı hiss edirəm. Azərbaycan futbolunun şərtləri və imkanları İrandakı ilə müqayisəedilməzdir. Burada texnikalı oyuna üstünlük verirlər. Futbolun səviyyəsi yüksəkdir. Açığı, Azərbaycandakı şəraiti görəndə yaxşı mənada təəccübləndim”.
Haqverdi Azərbaycan çempionatından daha yaxşı liqaya yollanmaq istəyini gizlətməyib: “Premyer Liqanın oyunları Avropanın bəzi ölkələrində yayımlanır. Belədə hər hansı futbolçu başqa ölkə klublarının diqqətini çəkə bilər. Burada yaxşı çıxış edib, daha prestijli komandalardan birinə keçmək istəyirəm”.
- Premyer-liqa20 saat əvvəl
“Qarabağ”dan darmadağın, “Səbail”lə “Keşlə”dən heç-heçə
- Milli komanda5 saat əvvəl
Heç kimi tanımayan Kobin: “Rüstəmlə Anatoli yığmanıza kömək edə bilər”
- Premyer-liqa21 saat əvvəl
PFL “Neftçi” ilə “Keşlə”nin oyunlarının yerini dəyişdi
- Premyer-liqa21 saat əvvəl
“Səbail”lə “Keşlə”dən hərəyə 1 qol, 1 xal – VİDEO