Ölkə kuboku
Azərbaycan Kubokunda 1/4 final matçlarının vaxtı açıqlandı

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk görüşlərinin oyun cədvəli müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, iki günü əhatə edəcək qarşılaşmalar “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
1/4 finalın ilk matçında “Sumqayıt” “Səbail”i qəbul edəcək. Həmin gün “Qarabağ” – “Qəbələ” görüşü də baş tutacaq.
Bu mərhələnin ilk oyunlarına fevralın 2-də “Keşlə” – “Kəpəz, və “Neftçi” – “Zirə” qarşılaşmaları ilə yekun vurulacaq.
Azərbaycan Kuboku
1/4 final
1 fevral
16:00. “Sumqayıt” – “Səbail”
Sumqayıt. “Kapital Bank Arena”
18:00. “Qarabağ” – “Qəbələ”
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.
2 fevral
16:00. “Keşlə” – “Kəpəz”
Bakı. “ASK Arena”
18:00. “Neftçi” – “Zirə”
Bakı. “Bakcell Arena”
Qeyd edək ki, 1/4 finalın cavab oyunları 7-8 fevralda təşkil ediləcək.
- Premyer-liqa19 saat əvvəl
“Qarabağ”dan darmadağın, “Səbail”lə “Keşlə”dən heç-heçə
- Milli komanda4 saat əvvəl
Heç kimi tanımayan Kobin: “Rüstəmlə Anatoli yığmanıza kömək edə bilər”
- Premyer-liqa19 saat əvvəl
PFL “Neftçi” ilə “Keşlə”nin oyunlarının yerini dəyişdi
- Premyer-liqa20 saat əvvəl
“Səbail”lə “Keşlə”dən hərəyə 1 qol, 1 xal – VİDEO