Dünya futbolu
Bundesliqa klubunda yeni baş məşqçi

Almaniyanın “Herta” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, bundan sonra sözügedən komandanı Pal Dardai çalışdıracaq.
Bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Macarıstandan olan 44 yaşlı mütəxəssislə müddəti 2022-ci ilin iyununa qədər olan müqavilə imzalanıb. O, bu vəzifədə bir gün öncə istefaya göndərilən Bruno Labbadianı əvəzləyib.
Qeyd edək ki, Dardai 2015-2019-cu illər aralığında da “Herta”nı çalışdırıb. O, həm də futbolçu karyerası dönəmində, 1997-2011-ci illər aralığında Berlin klubunun uğurları üçün çalışıb, bu komandada çıxdığı 297 oyunda 17 qola imza atıb.
Xatırladaq ki, “Herta” Bundesliqada 18 turdan sonra 17 xalla 14-cü pillədə qərarlaşıb.
- Premyer-liqa7 saat əvvəl
“Qarabağ”dan darmadağın, “Səbail”lə “Keşlə”dən heç-heçə
- I Divizion15 saat əvvəl
Birinci Divizionda 16-cı turun oyun cədvəli bilindi
- Premyer-liqa15 saat əvvəl
Premyer Liqada 19-cu turun oyun cədvəli açıqlandı
- Digər13 saat əvvəl
Azərbaycanda koronavirusa yeni yoluxanların sayı 350-ni keçdi