Connect with us

Ölkə futbolu

Gəncə, “Sabah”ın xeyir

-də paylaşıldı

Ölkə kubokunun 8 iştirakçısı arasında “Sabah” yoxdu. Əslində, Premyer Liqada da vəziyyət oxşardı, sadəcə, orada 8-ci pillədən aşağıda yer olmadığı üçün bu komanda siyahıya düşüb.

Ölkə kubokunun ¼ final mərhələsi sensasiyayla bitdi. İllərdi divizion təmsilçiləri elita klubları qarşısında asan təslim olurdu, arada ciddi səviyyə fərqi nəzərdən qaçmırdı. Nəhayət, bu mövsüm tilsim qırıldı. Gəncəlilər rəqib düşərgədəki xaosdan məharətlə yararlandı.

“Qəbələ”ylə “Zirə”nin asanlıqla mərhələ adladığı kubok matçlarında “Səbail” çətinlik yaşadı. “Zaqatala”nın yaxşı futbol oynadığı qeyd olunmalıdı, amma futbolçularda yekun nəticəyə sevinmələri üçün təcrübə çatmadı. “Kəpəz” isə bunu bacardı.

İnsaf naminə, Gəncə təmsilçisinin təsadüf nəticəsində uğur qazandığını deyə bilmərik. “Kəpəz”in oyununa baxanda məşqçi işini görməmək üçün kor olmaq lazımdı. Yaşar Vahabzadə minimal imkanlardan əla faydalanıb və istedadlı gənclərdən normal komanda qurub. Qarşılaşmaya baxanda qonaqların oyununda taktiki davranışı, incə futbol elementlərini dərhal görmək olurdu. Komanda kor-koranə oynamırdı, düşünülmüş futbol sərgiləyirdi. Bəli, məşqçinin bəzi istəklərini yerinə yetirmək üçün futbolçuların ustalığı, təcrübəsi yetərincə deyildi, lakin həm müdafiə planında, həm əks-hücumların qurulmasında ağıl işi olan nüanslar dərhal sezilirdi.

Bu məğlubiyyət “Sabah”a böyük zərbədi. Çempionatdakı arzuolunmaz gedişin sığortası kubokda uğur qazanmaq ola bilərdi. Amma bu məğlubiyyətdən sonra avrokuboklara vəsiqə vəzifəsini yalnız çempionat yoluyla reallaşdırmaq üçün çalışmaq lazım gələcək.

“Kəpəz”ə məğlubiyyət faciə deyil, lakin ciddi pərişanlıqdı. Büdcələr arasındakı 30 qatlıq fərqə görə nəticə vahiməli görünür. Gəncə klubu hər nə qədər ölkənin ən titullu komandalarından biri olsa da, tarix baxımından dünənin “Sabah”ından çox tanınsa da, son illərin reallığı və mövcud həqiqətlər var. Bakılılar müqayisəolunmaz imkanlar qarşılığında, həm də ev matçında uduzmamalıydı.

Klub rəhbərliyi problemə lazımi reaksiyanı versə, “Kəpəz” silləsi komandanın xeyrinə də işləyə bilər. Ayılmaq üçün belə şok terapiyalar əksər vaxt faydalı olur. Bir şərtlə ki, “xəstə”nin situasiyaya özünün reaksiyası adekvat olsun.

“Sabah”da problem konkret bir nəfərlə bağlı deyil. Visente Qomesin yüksək bacarığı olmadığını dəfələrlə yazmışıq, amma divizion klubu ilə oyunlarda hətta məşqçi olmadan da qalib gəlməyə məhkumsan. “Sabah”da elə futbolçular toplaşıb ki, onlar məşqçidən göstəriş almadan meydana çıxıb, fasiləyə kimi işi bitirməliydilər. Amma görünür, problem daha dərindi və hətta kollektiv daxilində də birlik yoxdu. Rəhbərlik vəziyyətə təcili müdaxilə etməsə, mövsüm itirilmiş olacaq.

“Sabah” rəsmiləri mütləq radikal addım atmalıdı – məşqçini də qovmaq olar, imkanlarından aşağı səviyyədə oynayan hansısa aparıcı futbolçunu da. İstənilən halda, nəsə edilməlidi, tənqidlə, qışqır-bağırla heç nə düzəlməyəcək. Hər nə olursa-olsun, mütləq ciddi addımlar atılmalıdı. Gəmidə sayı gündən-günə artan dəliklər tutulmasa, hamı suyun dibinə gedəcək – kapitanı da, matrosu da.

Doğrusu, “Sabah” rəhbərliyi bu gün karyerasının böyük hissəsini analitik kimi keçirmiş Qomesi qovub, onun yerinə elə həmin Vahabzadəni gətirsə, yalnız rəğbət qazanar. İllik maaşı “Kəpəz”in ilyarımlıq büdcəsindən çox olan ispanın əsl qiymətini Nikola Vuyadinoviç verib. Haqlı etirazına görə heyətdən kənarlaşdırılan serbin nə qədər haqlı olduğunu ən son olaraq “Kəpəz” isbatladı.

İstənilən halda, “Kəpəz”in uğuru kiçildilməməlidi. Əksinə, gəncəlilərin uğuru örnək alınmalı, nəticə çıxarılmalıdı. Bölgələrdə futbolun olmasını, onların Premyer Liqada görünməsini buna görə istəyirik. Tovuz, Gəncə, Mingəçevir, Qusar, Lənkəran – hərəsi fərqli rəng, fərqli ab-havadı. Məhz bölgə klubları çempionatdakı monotonluğa son qoya bilər.

“Kəpəz”in qələbəni təmin edən futbolçularını geniş auditoriya tanımır. Əksəriyyəti gənclərdi və hətta bu qədər diqqətsizliyə rəğmən, futbol oynamağı unutmayıblar, şəhərin ənənələrini qoruyurlar. Belə komandalar Premyer Liqada nə qədər çox olsa, futbolumuz bundan yalnız xeyir görəcək. Həm yeni istedadların kəşfi, həm kütləvilik, həm də azarkeş marağı baxımından.

FƏRİD

Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Ölkə futbolu2021-03-03 16:06

Kramarenkonun anası vəfat etdi – koronavirusdan

Premyer-liqa2021-03-03 16:00

“Sumqayıt” “Zirə”yə qarşı – YENİLƏNİR

Dünya futbolu2021-03-03 15:52

Qriqorçuk “Şaxtyor”a Super Kubok qazandırdı

Dünya futbolu2021-03-03 15:21

Sevgilisini döydüyü üçün həbs olundu

Dünya futbolu2021-03-03 15:02

“Qəbələ”nin sabiq futbolçusu baş məşqçi oldu

Dünya futbolu2021-03-03 14:46

A Seriyasında fevralın ən yaxşı futbolçusu

Ölkə futbolu2021-03-03 14:23

“Sabah”la oyundan əvvəl “Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Digər2021-03-03 13:24

Zəngilanın Beşdəli kəndi – VİDEO

Dünya futbolu2021-03-03 13:01

9 futbolçu və 1 məşqçi qəza nəticəsində öldü

Dünya futbolu2021-03-03 12:40

“Borussiya”nın futbolçusu millimizlə oyunu buraxa bilər

Milli komanda2021-03-03 12:25

Millimizin Moldova ilə oyun heyəti bəlli oldu

Ölkə futbolu2021-03-03 12:03

“Keşlə”də dəyişən yalnız məşqçilərdi

Ölkə futbolu2021-03-03 11:43

“Neftçi”nin məşqçisi Əməkdar Məşqçi adına layiq görüldü

Milli komanda2021-03-03 11:24

“Bunu bacarmaq üçün hər gün çalışırıq” – Millimizin üzvü

Milli komanda2021-03-03 11:01

Millimizin qapıçısı heyətdən kənarlaşdırıldı

Milli komanda2021-03-03 10:47

Heç kimi tanımayan Kobin: “Rüstəmlə Anatoli yığmanıza kömək edə bilər”

Dünya futbolu2021-03-03 10:29

“Qarabağ”ın sabiq futbolçusu karyerasını bitirdi

Dünya futbolu2021-03-03 10:05

“Şalke”də yeni baş məşqçi

Dünya futbolu2021-03-03 09:33

“Pirelli” növbəti mövsümdən “İnter”in sponsoru olmayacaq

Müsahibə2021-03-03 09:00

“Bu vəziyyətdən birlikdə çıxacağıq”

Premyer-liqa2021-03-02 21:17

“Qarabağ” “Qəbələ”ni belə məğlub etdi – VİDEO

Premyer-liqa2021-03-02 19:05

“Səbail”lə “Keşlə”dən hərəyə 1 qol, 1 xal – VİDEO

Ölkə futbolu2021-03-02 10:04

“e-Milli” komandamızın üzvləri bəlli oldu – VİDEO

Digər2021-02-28 16:45

Ulduz stansiyası: Eldar Mansurov – VİDEO

Ölkə futbolu2021-02-27 21:46

“Ulduz stansiyası”nın növbəti qonağı – Eldar Mansurov

Premyer-liqa2021-02-25 23:11

“Qarabağ” 3 xalı tək qolla qazandı – VİDEO

Premyer-liqa2021-02-25 22:05

“Sabah”la “Keşlə”dən heç-heçə – VİDEO

Premyer-liqa2021-02-25 19:03

“Zirə” “Neftçi”ni məğlub yola saldı – VİDEO

Ölkə futbolu2021-02-25 15:48

“Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Premyer-liqa2021-02-22 17:55

Son dəqiqə qələbəsi “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-02-21 14:15

Beynəlxalq Ana Dili Gününüz mübarək! – VİDEO

Premyer-liqa2021-02-20 21:34

“Neftçi” 90+4-də sevindi – VİDEO

Premyer-liqa2021-02-20 20:37

“Keşlə” – “Zirə” matçında 4 qol – VİDEO

Premyer-liqa2021-02-19 20:46

“Sumqayıt” – “Qarabağ” 0:0 – VİDEO

Premyer-liqa2021-02-19 19:22

“Səbail” “Sabah”ı məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-02-18 18:10

Statistika: “Neftçi” – “Qəbələ”

Ölkə futbolu2021-02-18 11:03

“Neftçi” çempionluğa hazırdır” – Nərimancahan

Ölkə futbolu2021-02-17 17:57

“Neftçi” yeni hücumçusuna qovuşdu – VİDEO

Premyer-liqa2021-02-14 19:56

“Zirə” – “Sabah” 2:2 – VİDEO

Premyer-liqa2021-02-14 18:24

“Qəbələ” “Keşlə”ni məğlub yola saldı – VİDEO

Gündəm