Connect with us

Müsahibə

“Keşlə”də daha bir gərginliq – Qurbanov işə qalmaqalla başladı

-də paylaşıldı

“Keşlə”dən ayrılan Rəşad Sadiqov “Apasport”a müsahibə verib. Futbolinfo.az həmin müsahibəni təqdim edir:

  • Bir gün öncə “Keşlə”dən ayrıldınız. Bu addımı hansı səbəbdən atdınız?
  • Baş məşqçi dəyişikliyindən sonra ayrılmalı oldum. Yeni baş məşqçi rəhbərliyə deyib ki, onunla işləmək istəmirəm. Mən də bildirdim ki, problem yoxdur.
  • Yeni baş məşqçi Sənan Qurbanovla bu barədə görüşünüz oldu?
  • Xeyr, görüşməmişəm. Elə insanla görüşmərəm. Gələn kimi rəhbərliyə o sözü deyirsə, elə insanla siz görüşmək istəyərsiniz? Şəxsən mən ona heç əl uzatmaram. Gərək birinci mənimlə görüşərdi, sözünü deyərdi, sonra rəhbərliyə qərarını açıqlayardı. Yoxsa gələn kimi, gedib “mən onu istəmirəm” deməsi düzgün deyildi.
  • Sənan Qurbanovla vaxtilə bir yerdə də oynamısınız və birlikdə çalışmısınız. Aranızda hər hansı bir problem olmayıb?
  • Düzdür, “Şəfa”da bir yerdə oynamışıq. Həmçinin “Qəbələ”də iki il Avropa Liqasının qrupunda çıxış etdiyimiz vaxt köməkçi məşqçi idi. Həmin vaxt bütün matçlarda da iştirak etmişəm. İndi belə qərar verməsinə normal yanaşıram. Həyat bununla bitmir. Futbolçu həyatı da, məşqçi həyatı da bənzərdir. Bu gün buradasan, sabah ayrıla bilərsən.
  • Siz həm də oynayan məşqçi idiniz. Bundan sonra nə etmək fikrindəsiniz?
  • Futbolçu karyeramı çoxdan bitirmişəm, daha bəsdir. İnsan gərək hörmətli şəkildə getsin. Adım oynayan məşqçi kimi gedirdi, amma oynamırdım. Sadəcə, texniki zonada oturmağım üçün sifariş olunmuşdum. Bir az istirahət etdikdən sonra məşqçilik kurslarına yazılacağam. B kateqoriyalı kurslar başlayanda mən də qatılacağam. Milli komandada oynadığım üçün C kateqoriyasını oxumağıma ehtiyac yoxdur.
  • Ötən mövsüm bürünc medal qazansanız da, hazırda “Keşlə autsayderlər zonasında qərarlaşır. Bu uğursuzluğun səbəbi nədir?
  • Uğursuzluğa çox səbəb göstərmək olar. Sadəcə, komanda olaraq “qara zolağ”a düşmüşük. İşlərimiz heç cür alınmırdı. Həqiqətən də, pis mövsüm keçiririk. Bu, sırf məşqçilər korpusu və ya hansısa fərdlə bağlı deyildi. Mənə elə gəlir ki, kollektivlə əlaqəli problem idi. Ola bilər ki, həm futbolçular, həm də məşqçi heyəti haradasa boşluq verdik, zəiflik göstərdik. Futbol kollektiv oyundursa, günah hamıdadır.
  • Klub prezidenti Zaur Axundovun komandaya tez-tez müdaxilə etdiyi deyilir. Həqiqətən də, belədir?
  • Hamı bilir ki, Zaur müəllim emosional adamdır, uğursuzluq olanda bir az hirslənir. Amma meydandan kənarda tam fərqli biridir. Hər kəslə ünsiyyətdə olur, deyib-gülür, zarafatlaşır. Kiminsə köməyə ehtiyacı olanda əlindən gələni etməyə çalışır. Sadəcə, oyun zamanı aqressivliyi, emosionallığı çox görünür.
Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Dünya futbolu2021-03-03 02:14

“Borussiya” yarımfinalda

Dünya futbolu2021-03-03 02:09

“Mançester Siti”dən növbəti qələbə

Dünya futbolu2021-03-03 01:44

“Yuventus”dan darmadağın

Dünya futbolu2021-03-03 01:35

“Torino”nun daha bir oyununa koronavirus əngəli

Dünya futbolu2021-03-02 23:09

“Barselona”nın sabiq prezidenti azadlığa buraxıldı

Dünya futbolu2021-03-02 22:45

“Beşiktaş”a bir qol bəs etdi

Ölkə futbolu2021-03-02 22:22

“Neftçi TV”də “Fanzona” – VİDEO

Premyer-liqa2021-03-02 21:17

“Qarabağ” “Qəbələ”ni belə məğlub etdi – VİDEO

Premyer-liqa2021-03-02 20:39

“Neftçi”yə məğlubiyyətin nə dərəcədə faydalı olduğunu mövsümün sonunda görəcəyik”

Premyer-liqa2021-03-02 20:26

Elmar Baxşıyev: “Qarabağ” bizdən üstündür”

Premyer-liqa2021-03-02 20:12

“Qarabağ”dan darmadağın, “Səbail”lə “Keşlə”dən heç-heçə

Premyer-liqa2021-03-02 19:21

PFL “Neftçi” ilə “Keşlə”nin oyunlarının yerini dəyişdi

Premyer-liqa2021-03-02 19:05

“Səbail”lə “Keşlə”dən hərəyə 1 qol, 1 xal – VİDEO

Premyer-liqa2021-03-02 18:43

“Qol buraxdıqdan sonra daha əzmkar oynamağımız başadüşüləndir”

Premyer-liqa2021-03-02 18:26

“Hesabdakı üstünlüyü qoruya bilməməyimiz psixoloji məqamdır”

Dünya futbolu2021-03-02 17:47

“Real”da yeni rekordçu və yubilyar

Milli komanda2021-03-02 16:53

Moldova yığması Bakıya bu heyətlə gəldi

Milli komanda2021-03-02 16:21

Millimizdən son oyunda heç-heçə

Dünya futbolu2021-03-02 16:00

“Liverpul”un sabiq futbolçusu vəfat etdi

Müsahibə2021-03-02 15:22

“İndidən deyə bilmərik ki, 6 xal bizimdir”

Premyer-liqa2021-03-02 21:17

“Qarabağ” “Qəbələ”ni belə məğlub etdi – VİDEO

Premyer-liqa2021-03-02 19:05

“Səbail”lə “Keşlə”dən hərəyə 1 qol, 1 xal – VİDEO

Ölkə futbolu2021-03-02 10:04

“e-Milli” komandamızın üzvləri bəlli oldu – VİDEO

Digər2021-02-28 16:45

Ulduz stansiyası: Eldar Mansurov – VİDEO

Ölkə futbolu2021-02-27 21:46

“Ulduz stansiyası”nın növbəti qonağı – Eldar Mansurov

Premyer-liqa2021-02-25 23:11

“Qarabağ” 3 xalı tək qolla qazandı – VİDEO

Premyer-liqa2021-02-25 22:05

“Sabah”la “Keşlə”dən heç-heçə – VİDEO

Premyer-liqa2021-02-25 19:03

“Zirə” “Neftçi”ni məğlub yola saldı – VİDEO

Ölkə futbolu2021-02-25 15:48

“Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Premyer-liqa2021-02-22 17:55

Son dəqiqə qələbəsi “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-02-21 14:15

Beynəlxalq Ana Dili Gününüz mübarək! – VİDEO

Premyer-liqa2021-02-20 21:34

“Neftçi” 90+4-də sevindi – VİDEO

Premyer-liqa2021-02-20 20:37

“Keşlə” – “Zirə” matçında 4 qol – VİDEO

Premyer-liqa2021-02-19 20:46

“Sumqayıt” – “Qarabağ” 0:0 – VİDEO

Premyer-liqa2021-02-19 19:22

“Səbail” “Sabah”ı məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-02-18 18:10

Statistika: “Neftçi” – “Qəbələ”

Ölkə futbolu2021-02-18 11:03

“Neftçi” çempionluğa hazırdır” – Nərimancahan

Ölkə futbolu2021-02-17 17:57

“Neftçi” yeni hücumçusuna qovuşdu – VİDEO

Premyer-liqa2021-02-14 19:56

“Zirə” – “Sabah” 2:2 – VİDEO

Premyer-liqa2021-02-14 18:24

“Qəbələ” “Keşlə”ni məğlub yola saldı – VİDEO

Gündəm