Connect with us

Müsahibə

Höccətli seçim: “Qarabağ” və “Neftçi”

-də paylaşıldı

“Sumqayıt”ın yeni transferi Höccət Haqverdi üçün debüt yaxşı alınmadı. Komandası səfərdə “Keşlə” üzərində vacib qələbə qazansa da, mərkəz müdafiəçisinin zədələnib əvəzlənməsi kefini pozdu. Lakin meydanda olduğu 59 dəqiqə onda futbolumuz haqda müəyyən təəssüratlar yaranmasına kifayət edib.

 

Son günlər bir neçə dəfə Premyer Liqamız haqda fikirlərini bölüşən müdafiəçi futbolinfo.az saytına müsahibəsində də oxşar fikirlər söylədi.

 

– Azərbaycanda ilk oyununa çıxdın. Çempionatı necə dəyərləndirirsən?

– Azərbaycana, “Sumqayıt”a gəldiyim üçün çox xoşbəxtəm. Sadəcə, özüm 100 faiz formada deyiləm. Məşqlərdə əlimdən gələni edirəm ki, tam formama qayıdım.

 

– “Keşlə” üzərində qələbə qazandınız…

– Bizim üçün olduqca vacib qələbə idi. Çünki bura gəlməmişdən öncə də komandanın oyunlarını izləyirdim və bilirdim ki, 2-ci dövrəni qələbəsiz başa vurmuşduq. Lazımlı qalibiyyət idi. Əsas rəqiblərimizdən birindən xal almaq yaxşı oldu.

 

– Azərbaycan Premyer Liqası səni qane etdimi?

– Açığı, Azərbaycan çempionatı haqqında bura gəlməmişdən öncə məlumatım yox idi. “Sumqayıt”dan təklif aldıqdan sonra araşdırdım. Kənardan Azərbaycan çempionatı zəif görünsə də, əslində elə deyil. Bura gəldikdən sonra gördüm ki, klubların şəraiti yaxşıdır, futbolçuların səviyyəsi yüksəkdir. Bütün fikirlərim dəyişdi. Hazırda bura gəldiyim üçün sevinirəm. Belə davam eləsə, Azərbaycan çempionatı daha yaxşı yerlərə gələcək.

 

– “Sumqayıt”ın gücü hansı yerlər üçün mübarizə aparmağa imkan verir?

– Bir həftədir ki, burdayam. Yaxşı baş məşqçimiz və komandamız var. Qarşıdakı turlarda daha yaxşı olacaq. Komandadakı ab-havanı görəndə bilirsən ki, yuxarı yerlər üçün mübarizə aparmaq olar.

 

– Azərbaycanda səni nə təəccübləndirdi?

– Məni Azərbaycanda ən çox keyfiyyət təəccübləndirdi. İnfrakstruktur və oynanılan futbolun keyfiyyəti çox sevindiricidi.

 

– Amma ilk oyunda zədələndin.

– Düzdür, matçı başa vurmadım. Zədələndim və meydandan çıxdım. Amma indi yaxşıyam və komandanın məşqlərinə qoşulmuşam.

 

– Hansı klubumuzu fərqləndirə bilərsən?

– “Sumqayıt”dan təklif alanda komandanın birinci və ikinci dövrədəki oyunlarını izlədim. Fərqləndiyə biləcəyim iki komanda var – “Qarabağ” və “Neftçi” keyfiyyətli futbolçulardan təşkil olunub. Onların səviyyəsi bəllidir.

 

AĞA

Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Dünya futbolu2021-03-05 02:44

“Barselona”nın finaldakı rəqibi bəlli oldu

Dünya futbolu2021-03-05 02:13

“Çelsi” “Liverpul”a səfərdə qalib gəldi

Dünya futbolu2021-03-05 01:45

“İnter”dən səfərdə çətin qələbə

Ölkə futbolu2021-03-05 01:10

“Neftçi” Honda ilə danışıq aparır

Milli komanda2021-03-04 23:43

Slovakiya yığması millimizin qrupunda ikinci pilləyə yüksəldi

Milli komanda2021-03-04 23:27

“Kişinyovdan da qələbə ilə dönəcəyik”

Dünya futbolu2021-03-04 22:08

“Fənərbaxça” evdə xal itirdi

Milli komanda2021-03-04 21:35

“Azərbaycan millisinin ustalıq səviyyəsi yüksəkdir”

Milli komanda2021-03-04 21:14

Joze Alesio: “Vacib olan nəticəni qazandıq”

Milli komanda2021-03-04 20:37

Yığmamız Moldovaya 5 qolla qalib gəldi

Dünya futbolu2021-03-04 20:11

“Barselona”da ciddi itki

Ölkə futbolu2021-03-04 19:26

AFFA-dan millimizin həkimlərinə təşəkkürnamə

Digər2021-03-04 18:53

Zəngilanın Keçikli kəndi – VİDEO

I Divizion2021-03-04 18:36

16-cı turun bütün təyinatları bəlli oldu

Dünya futbolu2021-03-04 18:15

Paşayevin komandasının yarımfinaldakı rəqibi bəlli oldu

Premyer-liqa2021-03-04 17:57

“Sumqayıt” – “Zirə” matçında karantin qaydaları pozulub

Digər2021-03-04 17:34

Azərbaycanda daha 314 nəfər koronavirusa yoluxdu

Dünya futbolu2021-03-04 17:13

“Liverpul”un ÇL matçının məkanı yenə dəyişdirildi

I Divizion2021-03-04 16:52

Divizion klublarının də cəzası açıqlandı

Premyer-liqa2021-03-04 16:36

AFFA işıqların sönməsinə görə “Neftçi”ni 4 min manat cərimə etdi

Premyer-liqa2021-03-04 16:18

“Sabah” üzərində qələbə “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-03-04 13:14

“Neftçi TV”nin “Fanzona”sı – VİDEO

Premyer-liqa2021-03-03 20:56

“Neftçi” – “Sabah” matçında 3 qol – VİDEO

Premyer-liqa2021-03-02 21:17

“Qarabağ” “Qəbələ”ni belə məğlub etdi – VİDEO

Premyer-liqa2021-03-02 19:05

“Səbail”lə “Keşlə”dən hərəyə 1 qol, 1 xal – VİDEO

Ölkə futbolu2021-03-02 10:04

“e-Milli” komandamızın üzvləri bəlli oldu – VİDEO

Digər2021-02-28 16:45

Ulduz stansiyası: Eldar Mansurov – VİDEO

Ölkə futbolu2021-02-27 21:46

“Ulduz stansiyası”nın növbəti qonağı – Eldar Mansurov

Premyer-liqa2021-02-25 23:11

“Qarabağ” 3 xalı tək qolla qazandı – VİDEO

Premyer-liqa2021-02-25 22:05

“Sabah”la “Keşlə”dən heç-heçə – VİDEO

Premyer-liqa2021-02-25 19:03

“Zirə” “Neftçi”ni məğlub yola saldı – VİDEO

Ölkə futbolu2021-02-25 15:48

“Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Premyer-liqa2021-02-22 17:55

Son dəqiqə qələbəsi “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-02-21 14:15

Beynəlxalq Ana Dili Gününüz mübarək! – VİDEO

Premyer-liqa2021-02-20 21:34

“Neftçi” 90+4-də sevindi – VİDEO

Premyer-liqa2021-02-20 20:37

“Keşlə” – “Zirə” matçında 4 qol – VİDEO

Premyer-liqa2021-02-19 20:46

“Sumqayıt” – “Qarabağ” 0:0 – VİDEO

Premyer-liqa2021-02-19 19:22

“Səbail” “Sabah”ı məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-02-18 18:10

Statistika: “Neftçi” – “Qəbələ”

Ölkə futbolu2021-02-18 11:03

“Neftçi” çempionluğa hazırdır” – Nərimancahan

Gündəm