Dünya futbolu
Messidən “Barselona”da yeni rekord

İspaniyanın “Barselona” klubunun hücumçusu Lionel Messi Kataloniya təmsilçisində yeni rekorda imza atıb.
Futbolinfo.az xəbər verir ki, 34 yaşlı hücumçu “Barselona” forması ilə İspaniya Kubokunda ən çox matça çıxan oyunçu ünvanına sahib çıxıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Messi buna 1/8 finalda “Rayo Valyekano”nu 2:1 hesabı ilə məğlub etdikləri görüşdə nail olub.
Argentinalı forvard klubun sabiq oyunçusu Xosep Samityerin 75 matçlıq rekordunu geridə qoyaraq 76-cı oyununa çxııb. Sonrakı pillələrdə Andres İnyesta (73), Visente Pyera (71) və Xavi Ernandes (70) qərarlaşıb.
Qeyd edək ki, Lionel Messi İspaniya Kubokunda 53 qol vurub və 34 məhsuldar ötürmə edib.
- Müsahibə23 saat əvvəl
Dönərin sevindirdiyi Petrovik: “Hər şeydən razıyam”
- Ölkə futbolu21 saat əvvəl
“Neftçi” özünə gəldi, “Zirə” xal fərqini qorudu
- Milli komanda12 saat əvvəl
Yığmamız Moldovaya 5 qolla qalib gəldi
- Müsahibə18 saat əvvəl
“Bir matç meydana çıxıb 5 oyun oynamasan, formada qalmaq olmaz” – Cavid Hüseynov