Milli komanda
AÇ-2023: Millimizin rəqibləri bəlli oldu

21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında 2023-cü ildə Rumıniya və Gürcüstanda təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin püşkü atılb.
Futbolinfo.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində onlayn formatda təşkil olunan tədbirdə Azərbaycan yığmasının da rəqibləri müəyyənləşib.
Milan Obradoviçin başçılıq etdiyi komandamız Finlandiya, Estoniya, Norveç, Avstriya, Xorvatiya seçmələri ilə birlikdə A qrupunda mübarizə aparacaq.
Seçmə mərhələnin oyunları bu ilin martında başlayacaq və 2022-ci ilin iyununda başa çatacaq.
A qrupu: Azərbaycan, Finlandiya, Estoniya, Norveç, Avstriya, Xorvatiya
B qrupu: Latviya, Macarıstan, San Marino, İsrail, Polşa, Almaniya
C qrupu: Litva, Malta, Şimali İrlandiya, Slovakiya, Rusiya, İspaniya
D qrupu: Kipr, Lixtenşteyn, Belarus, Yunanıstan, İslandiya, Portuqaliya
E qrupu: Moldova, Cəbəllütariq, Uels, Niderland, İsveçrə, Bolqarıstan
F qrupu: Monteneqro, Lüksemburq, Bosniya və Herseqovina, İtaliya, İsveç, İrlandiya
G qrupu: Kosovo, Andorra, Albaniya, İngiltərə, Çexiya, Sloveniya
H qrupu: Farer adaları, Ermənistan, Şimali Makedoniya, Fransa, Serbiya, Ukrayna
I qrupu: Qazaxıstan, Şotlandiya, Danimarka, Belçika, Türkiyə
- Müsahibə24 saat əvvəl
Dönərin sevindirdiyi Petrovik: “Hər şeydən razıyam”
- Milli komanda12 saat əvvəl
Yığmamız Moldovaya 5 qolla qalib gəldi
- Ölkə futbolu21 saat əvvəl
“Neftçi” özünə gəldi, “Zirə” xal fərqini qorudu
- Müsahibə18 saat əvvəl
“Bir matç meydana çıxıb 5 oyun oynamasan, formada qalmaq olmaz” – Cavid Hüseynov