Connect with us

Müsahibə

“Bizim bir məqsədimiz var: yarışı birinci pillədə başa vurmaq” – Qalo

-də paylaşıldı

Yanvarın 29-da Slovakiya ilə keçiriləcək oyunun hazırlığını davam etdirən futzl üzrə Azərbaycan millisi bu gün son məşqini keçirəcək.

Futbolinfo.az xəbər verir ki, dünən axşam çalışmasında taktiki tapşırıqları yerinə yetirən komandanın üzvlərindən Kardoso Everton federasiyanın rəsmi saytına müsahibə verib.

İspaniyanın “Levante” klubunda çıxış edən müdafiəçi sualları cavablandırmazdan əvvəl xahiş etdi ki, onu Kardoso Everton kimi yox, sadəcə Qalo kimi təqdim edək. Biz də futzalçının istəyini nəzərə alıb, onu ləqəbi ilə təqdim edirik.

  • İspaniya çempionatında vəziyyət necədir? Mövcud pandemiya dünyanın ən maraqlı liqarından birinə necə təsir edib?
  • Təbii ki, COVİD-19-la bağlı orda da problemlər oldu. Dünyanı ağuşuna alan bu pandemiya nəticəsində bir müddət çempionat dayandırıldı, idman zalları bağlandı. Həmin vaxtlarda videoməşqlər edirdik. Baş məşqçi konkret saat təyin etmişdi, biz də həmin vaxtda kompyuter vasitəsilə məşqə qoşulur, verilən tapşırıqları evdə edirdik. Əlbəttə, çətin idi. Ondan sonra zallar açıldı və uyğunlaşmaq asan olmadı. Hazırda gün ərzində bir dəfə zalda məşq etməyə icazə verilir. Çempionat isə davam edir. Hər oyundan əvvəl COVİD-19-la bağlı test götürülür. Maskadan istifadə edirik. Qarşılaşmalar azarkeşlər üçün qapalıdır. Digər şəhərlərə uçuşlarla bağlı problem yoxdur.
  • “Levante” ikinci pillədə yer alıb. Pandemiya komandanızın işinə yarayıb, demək olarmı?
  • Yaxşı hazırlaşmışıq və komanda tarixinin ən yaxşı nəticələrini qazanır. Ardıcıl 7 qələbə qazanmışıq və turnir cədvəlində ikinci pillədə qərarlaşmışıq. Fikrimcə, İspaniya çempionatı dünyanın ən güclü yarışıdır. Biz də güclü komanda olduğumuzu nəticələrimizlə sübut edirik.
  • Bəs bu pillədə sona qədər qərar tuta biləcəksinizmi?
  • Demək olar, bütün oyunlarda meydana çıxıram. Yaxşı şansımız, əla kollektivimiz var. Qeyd etdiyim kimi, hazırlığımız da yüksək səviyyədə oldu. İstəyimiz yarımfinala və finala vəsiqə qazanmaqdır. Allahın köməyi ilə bu imkanı əldən verməyəcəyik.
  • Artıq 3 gündür Bakıdasan və bu dəfə Joze Alesionun rəhbərliyi altında hazırlıq keçirsən. Millinin Slovakiya ilə oyuna hazırlığı haqda nə deyə bilərsən?
  • Məncə, hazırıq. Başa düşürəm, Alesionun istədiklərini tam reallaşdırmaq üçün etdiyimiz məşqlərin sayı azdır. Ancaq baş məşqçini yaxşı tanıyırıq, əvvəlki illərdə də onun rəhbərliyi altında məşqlərdə olmuşuq, oyunlarda iştirak etmişik. Bacardığımızın ən yaxşısını etməyə çalışacağıq ki, nəticə də istədiyimiz kimi olsun.
  • Sən, Rafael Vilela İspaniya çempionatında mütəmadi oynayırsınız. Amma “Araz”ın üzvləri AEK-lə görüş istina olmaqla son 11 ayda oyun keçirməyib. Bu hiss olunurmu?
  • Futzalçı üçün oyun keçirmək mütləq şərtdi. Bir rəsmi qarşılaşma 5-6 məşqdən üstündür. Əlbəttə, oyun keçirməmələri yaxşı hal deyil. Bu tək onların başına gəlməyib, mövcud vəziyyətlə əlaqəlidir. Ancaq hər bir oyunçunun komandaya kömək edəcəyinə əminəm.
  • Son 3 ildə Slovakiyaya qarşı 2 oyunda iştirak etmisən və son dueldə heç-heçə qeydə alınıb. Onları Bakı İdman Sarayında növbəti dəfə məğlub etmək mümkün olacaqmı?
  • Yaxşı rəqibdir, hətta onların yoldaşlıq oyunu keçirmək imkanı oldu. Amma doğma meydanda oynayırıqsa, kimliyindən asılı olmayaraq qələbə qazanmalıyıq. Başqa nəticə bizi qane etməyəcək. Həm də yaxşı nəticə ilə start verməliyik ki, ardı da uğurlu olsun.
  • Millinin yer aldığı qrupla bağlı düşüncələrin necədir?
  • Bizim bir məqsədimiz var: yarışı birinci pillədə başa vurmaq. Rəqiblərimizə hörmət edirik, amma qarşıya qoyulan hədəfi də reallaşdırmalıyıq.
Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Dünya futbolu2021-03-05 02:44

“Barselona”nın finaldakı rəqibi bəlli oldu

Dünya futbolu2021-03-05 02:13

“Çelsi” “Liverpul”a səfərdə qalib gəldi

Dünya futbolu2021-03-05 01:45

“İnter”dən səfərdə çətin qələbə

Ölkə futbolu2021-03-05 01:10

“Neftçi” Honda ilə danışıq aparır

Milli komanda2021-03-04 23:43

Slovakiya yığması millimizin qrupunda ikinci pilləyə yüksəldi

Milli komanda2021-03-04 23:27

“Kişinyovdan da qələbə ilə dönəcəyik”

Dünya futbolu2021-03-04 22:08

“Fənərbaxça” evdə xal itirdi

Milli komanda2021-03-04 21:35

“Azərbaycan millisinin ustalıq səviyyəsi yüksəkdir”

Milli komanda2021-03-04 21:14

Joze Alesio: “Vacib olan nəticəni qazandıq”

Milli komanda2021-03-04 20:37

Yığmamız Moldovaya 5 qolla qalib gəldi

Dünya futbolu2021-03-04 20:11

“Barselona”da ciddi itki

Ölkə futbolu2021-03-04 19:26

AFFA-dan millimizin həkimlərinə təşəkkürnamə

Digər2021-03-04 18:53

Zəngilanın Keçikli kəndi – VİDEO

I Divizion2021-03-04 18:36

16-cı turun bütün təyinatları bəlli oldu

Dünya futbolu2021-03-04 18:15

Paşayevin komandasının yarımfinaldakı rəqibi bəlli oldu

Premyer-liqa2021-03-04 17:57

“Sumqayıt” – “Zirə” matçında karantin qaydaları pozulub

Digər2021-03-04 17:34

Azərbaycanda daha 314 nəfər koronavirusa yoluxdu

Dünya futbolu2021-03-04 17:13

“Liverpul”un ÇL matçının məkanı yenə dəyişdirildi

I Divizion2021-03-04 16:52

Divizion klublarının də cəzası açıqlandı

Premyer-liqa2021-03-04 16:36

AFFA işıqların sönməsinə görə “Neftçi”ni 4 min manat cərimə etdi

Premyer-liqa2021-03-04 16:18

“Sabah” üzərində qələbə “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-03-04 13:14

“Neftçi TV”nin “Fanzona”sı – VİDEO

Premyer-liqa2021-03-03 20:56

“Neftçi” – “Sabah” matçında 3 qol – VİDEO

Premyer-liqa2021-03-02 21:17

“Qarabağ” “Qəbələ”ni belə məğlub etdi – VİDEO

Premyer-liqa2021-03-02 19:05

“Səbail”lə “Keşlə”dən hərəyə 1 qol, 1 xal – VİDEO

Ölkə futbolu2021-03-02 10:04

“e-Milli” komandamızın üzvləri bəlli oldu – VİDEO

Digər2021-02-28 16:45

Ulduz stansiyası: Eldar Mansurov – VİDEO

Ölkə futbolu2021-02-27 21:46

“Ulduz stansiyası”nın növbəti qonağı – Eldar Mansurov

Premyer-liqa2021-02-25 23:11

“Qarabağ” 3 xalı tək qolla qazandı – VİDEO

Premyer-liqa2021-02-25 22:05

“Sabah”la “Keşlə”dən heç-heçə – VİDEO

Premyer-liqa2021-02-25 19:03

“Zirə” “Neftçi”ni məğlub yola saldı – VİDEO

Ölkə futbolu2021-02-25 15:48

“Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Premyer-liqa2021-02-22 17:55

Son dəqiqə qələbəsi “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-02-21 14:15

Beynəlxalq Ana Dili Gününüz mübarək! – VİDEO

Premyer-liqa2021-02-20 21:34

“Neftçi” 90+4-də sevindi – VİDEO

Premyer-liqa2021-02-20 20:37

“Keşlə” – “Zirə” matçında 4 qol – VİDEO

Premyer-liqa2021-02-19 20:46

“Sumqayıt” – “Qarabağ” 0:0 – VİDEO

Premyer-liqa2021-02-19 19:22

“Səbail” “Sabah”ı məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-02-18 18:10

Statistika: “Neftçi” – “Qəbələ”

Ölkə futbolu2021-02-18 11:03

“Neftçi” çempionluğa hazırdır” – Nərimancahan

Gündəm