Connect with us

Ölkə futbolu

AFFA-nın konfransı keçirildi – VİDEO

-də paylaşıldı

Bu gün AFFA-nın videokonfrans formatında növbəti konfransı keçirilib.

Futbolinfo.az xəbər verir ki, əvvəlcə rəsmi prosedura uyğun olaraq məlumat verilib ki, 35 səs hüquqlu nümayəndənin 34 nəfəri konfransda iştirak edir və konfrans yetərsaya uyğun olaraq səlahiyyətlidir.

AFFA-nın prezidenti Rövnəq Abdullayev konfrans iştirakçılarını salamlayıb:

“Hörmətli konfrans iştirakçıları, hörmətli qonaqlar. AFFA-nın növbəti konfransında hər birinizi salamlayıram. Təxminən bir ildən çoxdur ki, dünyanın əksər ölkələri COVİD-19 pandemiyası ilə mübarizə aparır. Pandemiya dövrünün öz tələbləri var. Biz də bu amilləri nəzərə alaraq bu gün videokonfrans formatında görüşürük. Əlbəttə, pandemiya ilə bağlı 2020-ci ili çətin və bəlkə də uğursuz adlandırmaq olardı. Lakin ötən il bizim üçün hər zaman zəfər ili kimi xatırlanacaq. Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz 30 ilə yaxındır işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etdi. Böyük qələbə münasibətilə hər birinizi təbrik edirəm. Vətən müharibəsində AFFA-nın qeydiyyat sistemində qeydiyyatdan keçmiş, Azərbaycan futbol ailəsinin 191 nəfər üzvü də şəhidlik zirvəsinə ucalıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”

AFFA prezidentinin salamlamasından sonra icraçı vitse-prezident Elxan Məmmədov məlumat verib ki, UEFA-nın baş katibi Teodor Teodoridis AFFA-nın konfransına videomüraciət ünvanlayıb və videomüraciət nümayiş olunub. Sonra Elxan Məmmədov ötən il AFFA tərəfindən həyata keçirilmiş tədbirlər barədə hesabat xarakterli çıxış edib. Ardınca hesabat videoçarxı nümayiş olunub.

Sonra AFFA-nın Maliyyə və Mühasibatlıq Departamentinin rəisi Xalid Cavadov və müstəqil auditor Elnur Kazımov hesabat çıxışı edib.

Elxan Məmmədov məlumat verib ki, AÇ-2020-nin oyunlarının keçiriləcəyi şəhərlərdə ekoloji vəziyyətə töhfə vermək, çempionatın futboldankənar uzunmüddətli irsinin saxlanılması ilə bağlı UEFA İcraiyyə Komitəsi qərar qəbul etmişdi ki, ev sahibi şəhərlərdə 50 min ədəd ağac əkilsin. AFFA UEFA-nın bu təşəbbüsünü müsbət qarşılayıb. AFFA ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış müqaviləyə əsasən müxtəlif yaşıllaşdırma idarələrinin ərazisində 50600 (əlli min altı yüz) ədəd ağac əkilib. Ağacların bir qismi Xocahəsən gölünün ətrafında, digər hissəsi isə hava limanı magistral yolunun Suraxanı rayonu ərazisindən keçən hissəsinin ətrafında əkilib.

Sonra AFFA-nın texniki direktoru Cahangir Həsənzadə çıxış edərək, gənclərdən ibarət milli komandaların hazırlıq prosesi və turnirləri barədə məlumat verib.

FİFA nümayəndəsi Nodar Axalkatsi öz çıxışında FİFA tərəfindən AFFA-nın konfransına ünvanlanmış fikirləri səsləndirib.

Səs hüquqlu konfrans nümayəndəsi Oqtay Abdullayev çıxış edərək Tovuz rayonunda, “Turan-Tovuz” klubunun nəzdində inşa olunmuş futbol akademiyasının istifadəyə verilməsi ilə bağlı AFFA rəhbərliyinə minnətdarlığını bildirib.

Konfrans başa çatdıqdan sonra İcraiyyə Komitəsinin iclası keçirilib.

Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Dünya futbolu2021-03-04 02:37

“Barselona” əzmkar qələbə ilə finala yüksəldi

Dünya futbolu2021-03-04 02:26

Daha iki yarımfinalçı bəlli oldu

Dünya futbolu2021-03-04 02:16

“Mançester Yunayted” səfərdən 1 xalla döndü

Dünya futbolu2021-03-04 02:07

PSJ səfərdə, “Lill” evdə qələbə qazandı

Dünya futbolu2021-03-04 01:51

“Milan” yenə xal itirdi

Ölkə futbolu2021-03-04 00:54

“Zirə”də afrikalı futbolçu

Premyer-liqa2021-03-04 00:48

“Bu, əlçatmaz deyil” – Yusuf Laval

Dünya futbolu2021-03-03 22:54

“Qalatasaray” səfərdən əliboş döndü

Milli komanda2021-03-03 22:11

Portuqaliya – Azərbaycan matçı Turində keçiriləcək

Premyer-liqa2021-03-03 21:30

“İtirəcəyimiz xal bizi panikaya sala bilər” – Samir Abasov

Premyer-liqa2021-03-03 21:11

“Məğlubiyyətlərə görə vəziyyət daha da çətinləşir” – Visente Qomes

Premyer-liqa2021-03-03 20:56

“Neftçi” – “Sabah” matçında 3 qol – VİDEO

Premyer-liqa2021-03-03 20:17

“Zirə” xal itirdi, “Neftçi” qalib gəldi

Premyer-liqa2021-03-03 19:59

“Sumqayıt”la “Zirə”dən heç-heçə – VİDEO

Dünya futbolu2021-03-03 19:46

“Sampdoriya”da koronavirusa yeni yoluxma

Digər2021-03-03 19:24

1xGames kolleksiyasında yeni oyunlar: texnoloji Cyber2077 və lüks Royal Feast!

Ölkə futbolu2021-03-03 18:55

“Bakcell Arena”nın işıqları söndü

Dünya futbolu2021-03-03 18:41

Ronaldo daha bir ilkə imza atdı

Premyer-liqa2021-03-03 18:24

“Zədələr işimizi çətinə salır” – Ayxan Abbasov

Premyer-liqa2021-03-03 18:09

Rəşad Sadıqov yeni transferi təsdiqlədi: “Növbəti oyunlara sifariş edəcəyik”

Premyer-liqa2021-03-03 20:56

“Neftçi” – “Sabah” matçında 3 qol – VİDEO

Premyer-liqa2021-03-02 21:17

“Qarabağ” “Qəbələ”ni belə məğlub etdi – VİDEO

Premyer-liqa2021-03-02 19:05

“Səbail”lə “Keşlə”dən hərəyə 1 qol, 1 xal – VİDEO

Ölkə futbolu2021-03-02 10:04

“e-Milli” komandamızın üzvləri bəlli oldu – VİDEO

Digər2021-02-28 16:45

Ulduz stansiyası: Eldar Mansurov – VİDEO

Ölkə futbolu2021-02-27 21:46

“Ulduz stansiyası”nın növbəti qonağı – Eldar Mansurov

Premyer-liqa2021-02-25 23:11

“Qarabağ” 3 xalı tək qolla qazandı – VİDEO

Premyer-liqa2021-02-25 22:05

“Sabah”la “Keşlə”dən heç-heçə – VİDEO

Premyer-liqa2021-02-25 19:03

“Zirə” “Neftçi”ni məğlub yola saldı – VİDEO

Ölkə futbolu2021-02-25 15:48

“Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Premyer-liqa2021-02-22 17:55

Son dəqiqə qələbəsi “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-02-21 14:15

Beynəlxalq Ana Dili Gününüz mübarək! – VİDEO

Premyer-liqa2021-02-20 21:34

“Neftçi” 90+4-də sevindi – VİDEO

Premyer-liqa2021-02-20 20:37

“Keşlə” – “Zirə” matçında 4 qol – VİDEO

Premyer-liqa2021-02-19 20:46

“Sumqayıt” – “Qarabağ” 0:0 – VİDEO

Premyer-liqa2021-02-19 19:22

“Səbail” “Sabah”ı məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-02-18 18:10

Statistika: “Neftçi” – “Qəbələ”

Ölkə futbolu2021-02-18 11:03

“Neftçi” çempionluğa hazırdır” – Nərimancahan

Ölkə futbolu2021-02-17 17:57

“Neftçi” yeni hücumçusuna qovuşdu – VİDEO

Premyer-liqa2021-02-14 19:56

“Zirə” – “Sabah” 2:2 – VİDEO

Gündəm