Connect with us

Ölkə futbolu

“Qarabağ”a rəqibi Orxan Məmmədov seçdi

-də paylaşıldı

Ölkə kubokunda yarımfinal cütlərindən biri bəllidi. Dünən keçirilən hər iki oyunda qələbəni qonaqlar bayram etdi və bu, onların bir-birinə rəqib olmasına imkan yaratdı.

“Qarabağ”ın mərhələni adlayacağı ilk oyundan sonra bəlli idi. Bakıda “Qəbələ”ni 3:1 hesabıyla yenən çempion cütün taleyinə böyük ölçüdə aydınlıq gətirmişdi. Sadəcə, əyalət təmsilçisinin son dəqiqələrdə vurduğu təsəlli qolu intriqanı tam ölməyə qoymamışdı. Amma evdə 2:0-a ümid edən Elmar Baxşıyevin yetirmələrinin planları cavab matçının 6-cı dəqiqəsində alt-üst oldu. Maksim Medvedevin qolu ağdamlıların qələbəsinə şübhə yeri qoymadı.

“Qarabağ” matça əsas heyətlə çıxmaqla həm arxayınlaşmadığını göstərdi, həm də növbəti turda “Neftçi”yə qarşı oyunun məşqini etdi. Qurban Qurbanovun çempionat oyununda bu heyətə güvənəcəyini təxmin etmək olar. O, növbəti qollardan sonra etdiyi əvəzləmələri, rotasiyaları da bakılılarla duelə hesablamışdı.

Ağdamlıların rəqibinin müəyyənləşdiyi görüş daha maraqla gözlənilirdi. Səfərdə tək qolla qalib gələn “Səbail” daha şanslı görünsə də, son illər kubok oyunlarında lazımi nəticəni qazanmaq baxıından daha uğurlu təcrübəsi olan “Sumqayıt”dan sensasiya gözlənilirdi. İlk görüşlərdən sonrakı yazımızda “kimyaçılar”ın səfər qolu sayəsində uğur qazanacağını proqnozlaşdırmışdıq və yanılmadıq.

İnsaf naminə, “Sumqayıt” qələbəyə layiq idi. Qonaqlar rəqibiylə müqayisədə daha istəkli təsir bağışlayırdı və ilk dəqiqələrdən hücumu düşünəcəklərini göstərdilər. Rəngarəng hücumlardan sonra qolun vurulması an məsələsi idi, vuruldu da, lakin…

Baş hakim Orxan Məmmədov 13 dəqiqə ərzində “Səbail”in qatilinə çevrildi. O, yersiz qərarları ilə “kimyaçılar”ın bəlkə də oyunla əldə edəcəyi uğura kölgə saldı. İlk 10 dəqiqədə hər iki tərəfin əleyhinə qəribə qərarlar verən referi zaman keçdikcə nəticəyə təsir edən səhvləri sıraladı. Məmmədov öncə heç nədən meydan sahiblərinin qapısına penalti təyin etdi. Halbuki həmin epizodda Rahid Əmirquliyev Murad Xaçayevə toxunmamış, qonaq yarımmüdafiəçi özünü yerə atmışdı. Ardınca isə Əli Qurbani ofsaydda ola-ola topa toxunuşu qol kimi qeydə alındı. 2:0 – oyunun əlavə vaxta getməyəcəyi dəqiqləşdi.

Matçın qalan bölümündə də “Sumqayıt” daha üstün idi. Yalnız son yarım saatda “Səbail” komanda şəklində hücuma keçib, möcüzə üçün cəhd etdi. Buna qonaqların arxayınçılığı və Aftandil Hacıyevin səhvlərini anlayıb fərqli taktikanı tətbiq etməsi səbəb oldu. Amma “dənizçilər”in gücü yalnız təsəlli qoluna çatdı, hesabı bərabərləşdrməyə zaman yetmədi. Halbuki Əfran İsmayılovun ofsayd səbəbi ilə qeydə alınmayan qolu haqda fərqli qərar verilsəydi, bəlkə bərabərlik təmin olunacaqdı. Passiv vəziyyətdə olan Rauf Əlyevin arxasından keçən topu tora qovuşduran yarımmüdafiəçinin haqqı yeyildi.

Ola bilsin, yarımfinala bu vəsiqəyə layiq olan yüksəldi, lakin hakim səhvləri qələbəyə kölgə saldı. Qərəzli olub-olmadığını AFFA-dakılar araşdırsın – məqsədli səhvlər idisə, cəzası verilsin, müvafiq tədbir görülsün; hakimin səviyyəsi budursa, o zaman günahı həm də özlərində axtarsınlar.

Hakimlər Komitəsinin sədri Frits Stuxlik tənqidlərə layiq biridi. O, Xaqani Məmmədovu əvəz edəndə problemlərin həllinə ümid etmişdik, avstriyalı isə bu sahəni tamam bərbad hala salıb. Hər tur, az qala hər oyun hakimlərin biabırçı səhvlərinə şahid oluruq. Kubokun ilk oyununda “Keşlə”yə şübhəli penalti ilə təslim edilən “Kəpəz”in aibətini dünən “Səbail yaşadı. İşə bu cür münasibətlə, belə yanaşma ilə haqqı tapdanan hələ çox olacaq.

FƏRİD

Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Dünya futbolu2021-05-11 21:22

Vüqar Bəybalayev oynadı, komandası böyük hesabla uduzdu

Dünya futbolu2021-05-11 20:04

La Liqa klubundan ayrılır – 9 il sonra

Dünya futbolu2021-05-11 19:08

Bundesliqa klubunda yeni müqavilə

I Divizion2021-05-11 18:47

Birinci Divizionda gümüş və bürünc mükafatçılar bəlli oldu

I Divizion2021-05-11 18:28

“Kəpəz”lə “Qarabağ” səfərdə, “Turan Tovuz”la “Neftçi” evdə uduzdu

Digər2021-05-11 17:09

Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı

Dünya futbolu2021-05-11 16:18

PSJ-nin futbolçusu üçün mövsüm bitdi

Dünya futbolu2021-05-11 15:53

“Spartak” Ayaz Quliyevlə yollarını ayırdı

Dünya futbolu2021-05-11 15:29

Premyer Liqada koronavirusa bir yeni yoluxma

Premyer-liqa2021-05-11 14:41

Premyer Liqanın 27-ci turu rəqəmlərin gözü ilə

Dünya futbolu2021-05-11 14:07

“Yuventus” A Seriyasından kənarlaşdırıla bilər

Ölkə futbolu2021-05-11 13:48

Təmkin Xəlilzadədən “Neftçi” ilə bağlı açıqlama

Müsahibə2021-05-11 13:26

Seydiyev “Qarabağ”ın şanslı günündə olduğunu düşünür: “Məcburiyyət deməzdim”

Dünya futbolu2021-05-11 12:45

“Mançester Yunayted”dən Premyer Liqada tarixi nəticə

Dünya futbolu2021-05-11 12:15

Azarkeşlər mayın 17-dən stadionlara buraxılacaq

Dünya futbolu2021-05-11 11:53

İnyestadan Yaponiya klubu ilə yeni müqavilə

Dünya futbolu2021-05-11 11:22

“Milan”da İbrahimoviç şoku

Dünya futbolu2021-05-11 10:51

Super Liqa klubunda yeni müqavilə

I Divizion2021-05-11 10:35

Sultanov AFFA-nın qərarını rəzalət sayır: “Ya futbola “əlvida” deyilməlidir, ya da onu bu günə salanlara”

Dünya futbolu2021-05-11 10:16

Premyer Liqanı tərk edəcək sonuncu klub da bəlli oldu

Premyer-liqa2021-05-09 21:48

“Zirə” ilə “Qəbələ”dən heç-heçə – VİDEO

Premyer-liqa2021-05-08 23:16

“Neftçi” 3 xalı 4 cavabsız qolla qazandı – VİDEO

Premyer-liqa2021-05-08 21:15

“Sumqayıt” “Keşlə”yə belə qalib gəldi – VİDEO

Dünya futbolu2021-05-07 09:47

“Arsenal” “Vilyarreal” səddini keçə bilmədi – VİDEO

Dünya futbolu2021-05-07 09:28

“Roma” – “Mançester Yunayted” matçında 5 qol – VİDEO

Ölkə futbolu2021-05-07 00:31

Novruzov Nepalda qol hesabını açdı – VİDEO

Premyer-liqa2021-05-06 14:35

Statistika: “Səbail” – “Neftçi”

Dünya futbolu2021-05-06 01:38

“Real” “Çelsi” səddini keçə bilmədi – VİDEO

Ölkə futbolu2021-05-05 17:51

“Azərbaycana uyğunlaşmaq məndə alınır” – VİDEO

Dünya futbolu2021-05-05 09:00

PSJ “Mançester Siti” ilə yenə bacarmadı – VİDEO

Premyer-liqa2021-05-04 23:38

“Sabah” Sumqayıtdan inamlı qələbə ilə döndü – VİDEO

Premyer-liqa2021-05-04 21:43

“Qarabağ” “Zirə” ilə heç-heçəyə razılaşdı – VİDEO

Premyer-liqa2021-05-03 22:52

“Səbail” “Qəbələ”ni məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-05-03 22:02

“Keşlə” “Neftçi”yə böyük hesabla uduzdu – VİDEO

Ölkə futbolu2021-05-03 15:31

“Keşlə” ilə oyunöncəsi “Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Ölkə kuboku2021-04-30 18:52

Hakim Abanqa da “qırmızı” verməliydi – VİDEO

Ölkə kuboku2021-04-30 13:57

Vüsala sarı, Lazara qırmızı vərəqə: “Zirə” – “Keşlə” oyununda iki mübahisəli an – VİDEO

Ölkə kuboku2021-04-29 21:30

“Sumqayıt” “Qarabağ”ı finala buraxmadı – VİDEO

Dünya futbolu2021-04-27 17:35

Məşq zamanı meydançaya timsah girdi – VİDEO

Premyer-liqa2021-04-26 01:35

“Keşlə” qələbə həsrətinə son qoydu – VİDEO

Gündəm