Connect with us

Ölkə futbolu

“Super “Neftçi”, yoxsa “sindromlu “Neftçi”?

-də paylaşıldı

“Neftçi”nin sindromu davam edir. Son 3 mövsümdə yarımfinal üzü görməyən bakılılar, 2 ildi bu yarışda qol da vura bilmir. Daha bir bəd statistika “Zirə”ylə bağlıdı. Flaqman bu mövsüm 360 dəqiqə ərzində qəsəbə təmsilçisinin qapısına yol tapmayıb. Çempionatda olduğu kimi, kubokda da “Zirə” 1:0 və 0:0-a sevinib.

Avrokuboklara aparan ən qısa yolda ölkə kubokuna 4 iddiaçı qaldı. “Qarabağ” – “Sumqayıt” cütü şənbə matçlarından sonra dəqiqləşmişdisə, dünən finalda paytaxt təmsilçisinin olacağı dəqiqləşdi. Gəncədə qələbə qazanan “Keşlə” “Kəpəz”in növbəti sürprizinin qarşısını aldı, “Zirə” – “Neftçi” oyununda isə hesab açılmayınca “qartallar” arzusuna çatdı.

¼ finalda “Sabah”ı sıradan çıxaran gəncəlilər “Keşlə”yə qarşı Bakıdakı oyunda əla mübarizə aparmışdı. Hakimin şübhəli penalti qoluna üzülən qərb təmsilçisinin evdə top buraxması bütün ümidlərin üstündən xətt çəkəcəkdi. Bu səbəbdən maksimum ehtiyatlı oynayan Yaşar Vahabzadənin yetirmələri bir hissəni ümidlə başa vurdu. Lakin fasilədən sonra səviyyə fərqi özünü göstərdi, 2 qol vuran “Keşlə” adını yarımfinala yazdırdı.

“Zirə” də ilk oyundakı 1:0 hesablı qələbəni ümumi zəfərə çevirə bildi. Səfər matçında vurulan həlledici qoldan sonra da şanslar bərabər sayılırdı. Bu səbəbdən Rəşad Sadıqov əks-hücumlara hesablanan taktika seçmişdi və bu, işə yaradı. Daha təmkinli oynayan, meydanın hər qarışı uğrunda amansız mübarizə aparan “qartallar” rəqibinə ciddi şans vermədi. Samir Abasov isə baş məşqçi postuna gəldiyi gündən bu yana reallaşan 3-cü oyunda “Zirə”nin qapısına qol vurmağın yolunu tapmadığını göstərdi.

Maraqlıdı ki, Abasov oyundan sonra “Super “Neftçi”dən dəm vurdu, əla oynadıqlarını bildirdi və təəssüflənmədiyini dilə gətirdi. “Super” komanda belə olmur və kubokda mübarizəni dayandırmaq “Neftçi” kimi komandanın məşqçisində təəssüf doğurmursa, bu durumun özünə təssüflənmək lazımdı. Bəli, “Neftçi”nin çempionluq mübarizəsi davam edir, avrokuboklara vəsiqə də böyük ölçüdə təmin edilib. Lakin kubokdan kənarlaşmaq bu qədər rahat qəbul edilməməlidi.

“Neftçi” yaxşı futbol oynayır, xüsusilə Abasovun gəlişindən sonra komanda fərqli görünür. Amma azarkeşlər titul istəyir, Samir bəy isə hələ uğur formulunu tapa bilməyib. “Zirə” kimi möhkəm ortabablarla oyunda qələbəni təmin etmək mümkün olmursa, deməli, hələ çox işləmək lazımdı.

Sadıqovun ortaya qoyduğu iş isə təqdir edilməlidi. Faktiki yeni kollektiv formalaşdıran gənc məşqçi hər iki cəbhədə iddialıdı. Çempionatda izləyicilərindən uzaqlaşaraq, ilk “üçlük”də möhkəmlənən “Zirə” kubokda da finala yaxındı. “Keşlə” ilə matçlara hələ ayyarım var, bu zaman ərzində çox şey dəyişə bilər. Lakin bugünə qədər görülən işləri nəzərə alsaq, “Zirə” qismən favorit sayılmalıdı. Eyni templə davam edilsə, komanda tarixində ilk dəfə kuboka bu qədər yaxın olacaq.

Statistika hər şey deyil, amma ümumi mənzərəni görmək baxımından əyani vəsaitdi. Və rəqəmlər “Neftçi”nin hələ də arzulanan vəziyyətdə olmadığını göstərir. Bakılılar çempionatın növbəti turunda “Qarabağ”a yenilsə, çempionluq yarışından da qopacaq. Abasov yəqin ki, bunun fərqindədi. Toparlanmaq, psixoloji təzyiqdən qurtulmaq lazımdı. Hələ gec deyil…

FƏRİD

Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Dünya futbolu2021-05-11 23:44

“Beşiktaş”la “Fənərbaxça” uduzdu, “Qalatasaray” qalib gəldi

Dünya futbolu2021-05-11 21:22

Vüqar Bəybalayev oynadı, komandası böyük hesabla uduzdu

Dünya futbolu2021-05-11 20:04

La Liqa klubundan ayrılır – 9 il sonra

Dünya futbolu2021-05-11 19:08

Bundesliqa klubunda yeni müqavilə

I Divizion2021-05-11 18:47

Birinci Divizionda gümüş və bürünc mükafatçılar bəlli oldu

I Divizion2021-05-11 18:28

“Kəpəz”lə “Qarabağ” səfərdə, “Turan Tovuz”la “Neftçi” evdə uduzdu

Digər2021-05-11 17:09

Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı

Dünya futbolu2021-05-11 16:18

PSJ-nin futbolçusu üçün mövsüm bitdi

Dünya futbolu2021-05-11 15:53

“Spartak” Ayaz Quliyevlə yollarını ayırdı

Dünya futbolu2021-05-11 15:29

Premyer Liqada koronavirusa bir yeni yoluxma

Premyer-liqa2021-05-11 14:41

Premyer Liqanın 27-ci turu rəqəmlərin gözü ilə

Dünya futbolu2021-05-11 14:07

“Yuventus” A Seriyasından kənarlaşdırıla bilər

Ölkə futbolu2021-05-11 13:48

Təmkin Xəlilzadədən “Neftçi” ilə bağlı açıqlama

Müsahibə2021-05-11 13:26

Seydiyev “Qarabağ”ın şanslı günündə olduğunu düşünür: “Məcburiyyət deməzdim”

Dünya futbolu2021-05-11 12:45

“Mançester Yunayted”dən Premyer Liqada tarixi nəticə

Dünya futbolu2021-05-11 12:15

Azarkeşlər mayın 17-dən stadionlara buraxılacaq

Dünya futbolu2021-05-11 11:53

İnyestadan Yaponiya klubu ilə yeni müqavilə

Dünya futbolu2021-05-11 11:22

“Milan”da İbrahimoviç şoku

Dünya futbolu2021-05-11 10:51

Super Liqa klubunda yeni müqavilə

I Divizion2021-05-11 10:35

Sultanov AFFA-nın qərarını rəzalət sayır: “Ya futbola “əlvida” deyilməlidir, ya da onu bu günə salanlara”

Premyer-liqa2021-05-09 21:48

“Zirə” ilə “Qəbələ”dən heç-heçə – VİDEO

Premyer-liqa2021-05-08 23:16

“Neftçi” 3 xalı 4 cavabsız qolla qazandı – VİDEO

Premyer-liqa2021-05-08 21:15

“Sumqayıt” “Keşlə”yə belə qalib gəldi – VİDEO

Dünya futbolu2021-05-07 09:47

“Arsenal” “Vilyarreal” səddini keçə bilmədi – VİDEO

Dünya futbolu2021-05-07 09:28

“Roma” – “Mançester Yunayted” matçında 5 qol – VİDEO

Ölkə futbolu2021-05-07 00:31

Novruzov Nepalda qol hesabını açdı – VİDEO

Premyer-liqa2021-05-06 14:35

Statistika: “Səbail” – “Neftçi”

Dünya futbolu2021-05-06 01:38

“Real” “Çelsi” səddini keçə bilmədi – VİDEO

Ölkə futbolu2021-05-05 17:51

“Azərbaycana uyğunlaşmaq məndə alınır” – VİDEO

Dünya futbolu2021-05-05 09:00

PSJ “Mançester Siti” ilə yenə bacarmadı – VİDEO

Premyer-liqa2021-05-04 23:38

“Sabah” Sumqayıtdan inamlı qələbə ilə döndü – VİDEO

Premyer-liqa2021-05-04 21:43

“Qarabağ” “Zirə” ilə heç-heçəyə razılaşdı – VİDEO

Premyer-liqa2021-05-03 22:52

“Səbail” “Qəbələ”ni məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-05-03 22:02

“Keşlə” “Neftçi”yə böyük hesabla uduzdu – VİDEO

Ölkə futbolu2021-05-03 15:31

“Keşlə” ilə oyunöncəsi “Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Ölkə kuboku2021-04-30 18:52

Hakim Abanqa da “qırmızı” verməliydi – VİDEO

Ölkə kuboku2021-04-30 13:57

Vüsala sarı, Lazara qırmızı vərəqə: “Zirə” – “Keşlə” oyununda iki mübahisəli an – VİDEO

Ölkə kuboku2021-04-29 21:30

“Sumqayıt” “Qarabağ”ı finala buraxmadı – VİDEO

Dünya futbolu2021-04-27 17:35

Məşq zamanı meydançaya timsah girdi – VİDEO

Premyer-liqa2021-04-26 01:35

“Keşlə” qələbə həsrətinə son qoydu – VİDEO

Gündəm