Connect with us

Ölkə futbolu

“Neftçi” çempionluğa hazırdır” – Nərimancahan

-də paylaşıldı

“Neftçi”nin yarımmüdafiəçisi Saman Nərimancahan “Neftçi TV”də yayımlanan “Piramida” verilişinin qonağı olub.

Futbolinfo.az xəbər verir ki, 30 yaşlı futbolçu komandasının bu mövsüm qızıl medalları qazanmağa tam hazır olduğunu bildirib:

“Biz çempionluğa çox yaxınıq. İnanıram ki, “Neftçi” 7 ildən sonra çempion ola biləcək. Hər görüşə son oyun kimi baxacağıq. Samir Abasov da çox yaxşı baş məşqçidir. Artıq bunu neçə oyunda göstərib. Taktikamız dəyişib və artıq çoxlu qol epizodları yarada bilirik”.

İranlı oyunçu əvvəlki baş məşqçi Füzuli Məmmədovun da yaxşı mütəxəssis olduğunu vurğulayıb. Lakin onun fikrincə, hazırkı baş məşqçi Samir Abasov taktikanı və psixoloji durumu dəyişib: “Futbolçuların psixologiyası pozulmuşdu, onların üzərində yük çox idi. Oynadıqca, qələbə qazanmadıqca təzyiq artırdı. Abasov isə bu yükü oyunçuların çiynindən götürdü. Hamı onun rəhbərliyi altında rahat oynayır. Baş məşqçinin, futbolçuların əziyyəti ilə çempionluq əldə edə bilərik. İnanıram ki, azarkeşlərə bunu hədiyyə etməyi bacaracağıq. Neçə ildir bunu istəyirlər, amma gerçəkləşmir. Çempionluq gəlsə, mənim üçün də yaxşı il olar”.

Qeyd edək ki, “Neftçi” hazırda 30 xalla Azərbaycan Premyer Liqasında liderdir.

Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Dünya futbolu2021-03-07 21:44

Araz Abdullayevdən “Boluspor”da iki məhsuldar ötürmə – VİDEO

Premyer-liqa2021-03-07 18:33

Statistika: “Neftçi” – “Keşlə” – VİDEO

Milli komanda2021-03-05 18:05

Millimiz Moldovanı belə darmadağın etdi – VİDEO

Ölkə futbolu2021-03-05 13:03

“Neftçi”nin U-14 komandasının məşqindən maraqlı anlar – VİDEO

Premyer-liqa2021-03-04 16:18

“Sabah” üzərində qələbə “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-03-04 13:14

“Neftçi TV”nin “Fanzona”sı – VİDEO

Premyer-liqa2021-03-03 20:56

“Neftçi” – “Sabah” matçında 3 qol – VİDEO

Premyer-liqa2021-03-02 21:17

“Qarabağ” “Qəbələ”ni belə məğlub etdi – VİDEO

Premyer-liqa2021-03-02 19:05

“Səbail”lə “Keşlə”dən hərəyə 1 qol, 1 xal – VİDEO

Ölkə futbolu2021-03-02 10:04

“e-Milli” komandamızın üzvləri bəlli oldu – VİDEO

Digər2021-02-28 16:45

Ulduz stansiyası: Eldar Mansurov – VİDEO

Ölkə futbolu2021-02-27 21:46

“Ulduz stansiyası”nın növbəti qonağı – Eldar Mansurov

Premyer-liqa2021-02-25 23:11

“Qarabağ” 3 xalı tək qolla qazandı – VİDEO

Premyer-liqa2021-02-25 22:05

“Sabah”la “Keşlə”dən heç-heçə – VİDEO

Premyer-liqa2021-02-25 19:03

“Zirə” “Neftçi”ni məğlub yola saldı – VİDEO

Ölkə futbolu2021-02-25 15:48

“Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Premyer-liqa2021-02-22 17:55

Son dəqiqə qələbəsi “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-02-21 14:15

Beynəlxalq Ana Dili Gününüz mübarək! – VİDEO

Premyer-liqa2021-02-20 21:34

“Neftçi” 90+4-də sevindi – VİDEO

Premyer-liqa2021-02-20 20:37

“Keşlə” – “Zirə” matçında 4 qol – VİDEO

Gündəm