Connect with us

Ölkə futbolu

“Elə baş məşqçilər var ki, hər oyun qovulmalıdır” – Anar Nəzirov

-də paylaşıldı

Son dəqiqəqələrdə qol buraxmaq adamı həqiqətən məyus edir. Belə şeylər futbolda olur. Bu matçı çox fikirləşmək bizə gələcək qarşılaşmalar üçün mənfi təsir göstərəcək”.

Futbolinfo.az xəbər verir ki, bu fikirləri “Report”a açıqlamasında “Qəbələ”nin qapıçısı Anar Nəzirov Premyer Liqanın XVI turunda “Neftçi”yə 0:1 hesabı ilə uduzduqları görüş barədə danışarkən deyib.

36 yaşlı qolkiper paytaxt təmsilçisi ilə görüşü unutmağa çalışdıqlarını bildirib. Son dəqiqələrdə qol buraxan təcrübəli oyunçu həmin anı belə xatırlayıb: “Zərbə qarşısıalınmaz olduğu üçün qolla nəticələndi. Gözlənilməz və oyunçuların arasından vurulan zərbə idi. Yaxşı da yerə getdi”.

Kapitan baş məşqçi Elmar Baxşıyevin texniki zonadan kənarlaşdırılması və mətbuat konfransında hakimlər haqqında işlətdiyi fikirlər barədə də danışıb: “İnsan səhvsiz olmur. Baş məşqçimiz deyirsə, elədir. Hakimin də bəzi epizodlarda səhvləri var idi. Bir az dəqiq və qorxmadan qərar verə bilərdi. 10-15 sm irəli çıxmağa görə baş məşqçi qovulursa, elə mütəxəssislər var ki, hər tur texniki zonadan qovulmalıdır”.

Nəzirov “Azərbaycan Premyer Liqasında və kubokunda hakim səhvləri həqiqətən çoxalıbmı” sualına belə cavab verib: “Buna cavab verə bilmərəm. Hakimlərə AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlik baxır və qərarlar verir. Mənim deməyimlə nəsə düzəlmir. Amma görünən odur ki, problemlər var”.

Qapıçı XVII turda “Sumqayıt”la matçın vacib olduğunu sözlərinə əlavə edib: “Bizim üçün hər duel vacibdir. Rəqibdən asılı olmayaraq, bütün görüşlərə nəticə qazanmaq üçün çıxırıq. Hər matça eyni gözlə baxırıq. Çalışırıq ki, baş məşqçinin dediklərini maksimum yerinə yetirək. Biz gözəgələn futbol oynamağa çalışırıq. Qorxmuruq, çəkinmirik. Bacardığımız qədər hücum futboluna üstünlük veririk. “Sumqayıt”a qarşı da əlimizdən gəldiyi qədər yaxşı mübarizə aparacağıq”.

Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Dünya futbolu2021-03-07 21:44

Araz Abdullayevdən “Boluspor”da iki məhsuldar ötürmə – VİDEO

Premyer-liqa2021-03-07 18:33

Statistika: “Neftçi” – “Keşlə” – VİDEO

Milli komanda2021-03-05 18:05

Millimiz Moldovanı belə darmadağın etdi – VİDEO

Ölkə futbolu2021-03-05 13:03

“Neftçi”nin U-14 komandasının məşqindən maraqlı anlar – VİDEO

Premyer-liqa2021-03-04 16:18

“Sabah” üzərində qələbə “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-03-04 13:14

“Neftçi TV”nin “Fanzona”sı – VİDEO

Premyer-liqa2021-03-03 20:56

“Neftçi” – “Sabah” matçında 3 qol – VİDEO

Premyer-liqa2021-03-02 21:17

“Qarabağ” “Qəbələ”ni belə məğlub etdi – VİDEO

Premyer-liqa2021-03-02 19:05

“Səbail”lə “Keşlə”dən hərəyə 1 qol, 1 xal – VİDEO

Ölkə futbolu2021-03-02 10:04

“e-Milli” komandamızın üzvləri bəlli oldu – VİDEO

Digər2021-02-28 16:45

Ulduz stansiyası: Eldar Mansurov – VİDEO

Ölkə futbolu2021-02-27 21:46

“Ulduz stansiyası”nın növbəti qonağı – Eldar Mansurov

Premyer-liqa2021-02-25 23:11

“Qarabağ” 3 xalı tək qolla qazandı – VİDEO

Premyer-liqa2021-02-25 22:05

“Sabah”la “Keşlə”dən heç-heçə – VİDEO

Premyer-liqa2021-02-25 19:03

“Zirə” “Neftçi”ni məğlub yola saldı – VİDEO

Ölkə futbolu2021-02-25 15:48

“Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Premyer-liqa2021-02-22 17:55

Son dəqiqə qələbəsi “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-02-21 14:15

Beynəlxalq Ana Dili Gününüz mübarək! – VİDEO

Premyer-liqa2021-02-20 21:34

“Neftçi” 90+4-də sevindi – VİDEO

Premyer-liqa2021-02-20 20:37

“Keşlə” – “Zirə” matçında 4 qol – VİDEO

Gündəm