Premyer-liqa
“Qarabağ”dan heç-heçə rekordu

“Qarabağ” Azərbaycan Premyer Liqasının 16-cı turunda növbəti səfər heç-heçəsinə imza atıb.
Futbolinfo.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, “Sumqayıt”la qolsuz bərabərlik Qurban Qurbanovun yetirmələrinin rəqib meydanındakı 6-cı sülhü olub.
Bu, klub tarixinin rekordunun təkrarıdır. Ağdam təmsilçisi 1992-ci ildən qatıldığı ölkə çempionatlarında heç vaxt 6-dan artıq səfər matçında heç-heçə etməyib. 1993, 1993/94, 1999/2000, 2009/10, 2011/12 və 2012/13 mövsümlərində rəqib meydanından altı dəfə 1 xalla dönən “Qarabağ” 7-ci dəfə eyni göstəriciyə imza atıb.
Qeyd edək ki, ağdamlılar cari mövsümdə daha 6 səfər oyununa çıxacaq. Bu görüşlərdə qeydə alınacaq bir heç-heçə mütləq rekordla nəticələnəcək.
- Müsahibə22 saat əvvəl
Dönərin sevindirdiyi Petrovik: “Hər şeydən razıyam”
- Milli komanda11 saat əvvəl
Yığmamız Moldovaya 5 qolla qalib gəldi
- Ölkə futbolu20 saat əvvəl
“Neftçi” özünə gəldi, “Zirə” xal fərqini qorudu
- Müsahibə17 saat əvvəl
“Bir matç meydana çıxıb 5 oyun oynamasan, formada qalmaq olmaz” – Cavid Hüseynov