Dünya futbolu
“Real” “Atalanta” səfərinə 9 itki ilə yollandı

Madrid “Real”ı futbol üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində İtaliyanın “Atalanta” klubuna qarşı keçirəcəyi səfər oyunu öncəsi ciddi itkilərlə üzləşib.
Futbolinfo.az xəbər verir ki, İspaniya nəhəngi bu görüş ərəfəsində cəmi 13 futbolçunun ümidinə qalıb.
Bu üzdən də baş məşqçi Zinədin Zidan əvəzedici komandadan 6 futbolçunu əsas komandaya cəlb edib. Bunlar Dieqo Altube, Viktor Çust, Migel, Serxio Arribas, Antonio Blanko və Uqo Durodur.
Bu gün İtaliyaya yola düşən Madrid təmsilçisinin iştirak ərizəsinə daxil edilmiş oyunçular bunlardır:
Qapıçılar: Tibo Kurtua, Andrey Lunin, Dieqo Altube;
Müdafiəçilər: Rafael Varan, Naço, Ferlan Mendi, Viktor Çust, Migel;
Yarımmüdafiəçilər: Toni Kroos, Luka Modriç, Kazemiro, İsko, Serxio Arribas, Antonio Blanko;
Hücumçular: Marko Asensio, Lukas Vaskes, Vinisius Junior, Mariano Dias, Uqo Duro.
Qeyd edək ki, “Atalanta” – “Real” matçı fevralın 24-də keçiriləcək. Madrid təmsilçisində 9 (!) futbolçu zədə səbəbindən Berqamoya aparılmayıb. Bunlar müdafiəçilər Eder Militao, Serxio Ramos, Marselo, Dani Karvaxal, Alvaro Odriosola, yarımmüdafiəçilər Federiko Valverde, Eden Hazard, hücumçular Rodriqo və Kərim Benzemadır.
- Milli komanda17 saat əvvəl
Heç kimi tanımayan Kobin: “Rüstəmlə Anatoli yığmanıza kömək edə bilər”
- Premyer-liqa8 saat əvvəl
“Zirə” xal itirdi, “Neftçi” qalib gəldi
- Ölkə futbolu16 saat əvvəl
“Keşlə”də dəyişən yalnız məşqçilərdi
- Premyer-liqa10 saat əvvəl
Rəşad Sadıqov yeni transferi təsdiqlədi: “Növbəti oyunlara sifariş edəcəyik”