Connect with us

Müsahibə

“Bir səhvə görə insana bu qədər yüklənmək olmaz”

-də paylaşıldı

Futbolinfo.az sizi “Neftçi”nin qapıçısı Aqil Məmmədovun müsahibəsi ilə tanış edir:

  • Premyer Liqanın XVI turunda “Qəbələ”ni son dəqiqə qolu ilə məğlub etdiniz. Həmin görüş barədə nə deyə bilərsiniz?
  • “Qəbələ” ilə oyunda əsas heyətin 5 üzvü yox idi. Bir az çətinlik çəkdik. Qarşılaşma bizim üçün çox ağır keçdi. Hətta gözlədiyimizdən də ağır matç oldu. Amma son dəqiqədə vurduğumuz qolla qələbə qazana bildik. Buna görə şadıq.
  • Həmin görüşdə qələbəyə layiq idiniz?
  • Əlbəttə. Komandamız əziyyət çəkdi, vuruşdu və sona qədər döyüşdü. Son dəqiqədə də olsa, qələbə qolunu vurduq. Məncə, həqiqətən də qələbəyə layiq idik.
  • Oyunda rəqib futbolçu Asif Məmmədovla toqquşdunuz. Zədələnsəniz də, davam etdiniz. Hazırda durumunuz necədir?
  • Həmin anda toqquşmamız ağır oldu. Ayağımın arxa əzələsinə zərbə dəydi. Bu da ciddi xəsarət idi. Oyuna davam etməyə bilərdim. Həkimlərin səyi nəticəsində oynadım. Hazırda yaxşı durumdayam, məşqlərimə davam edirəm. Baş məşqçi şans versə, növbəti görüşdə də oynaya bilərəm.
  • Qələbədən sonra liderliyinizi bir az da möhkəmləndirdiniz. Əsas rəqibiniz “Qarabağ”dan 3 xal öndəsiniz. İrəlidə olmaq sizə hansısa təzyiq yaradır?
  • Bu il komandamız həqiqətən çox yaxşı çıxış edir. Bundan əlavə, çempionat da maraqlı və gərgin keçir. Üç xal irəlidə olmaq bizi rahatlaşdırmır, əksinə, daha da məsuliyyətli edir. Liderlik rahat olmaq anlamına gəlməməlidir. Heç nəyi həll etməmişik, hələ qarşıda çox oyunumuz var. Çalışacağıq ki, bundan sonra da daha yaxşı nəticələr əldə edək.
  • “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev “Neftçi”yə məğlubiyyəti ədalətli nəticə hesab etməyib, hakimlərin bəzi epizodlarda sizin lehinizə səhv qərarlar verdiyini söyləyib. Bəs özünüz necə düşünürsünüz?
  • Sizin vasitənizlə Elmar müəllimi təbrik etmək istəyirəm. Ona görə təbrik edirəm ki, çox yaxşı və mübariz komanda yaradıb. Çempionatda gözəl oyun nümayiş etdirirlər. Bunlar Elmar müəllimin fikirləridir. Onun dediklərinə hörmətlə yanaşıram.
  • Səlahət Ağayev Azərbaycan Kubokunun 1/4 finalında “Zirə”yə 0:1 hesabı ilə uduzduğunuz ilk görüşdə səhv edəndən sonra əsas heyətdə çıxdığınız oyunlarda daha inamlı təsir bağışlayırsınız. Sanki, o məğlubiyyətdən sonra sübut etmək istəyirsiniz ki, “Neftçi”nin bir nömrəli qapıçısı özünüzsünüz…
  • Mən kiməsə nəyisə sübut etmirəm. Ümumiyyətlə bizim komandada elə şey yoxdur. Kamran İbrahimov, Səlahət Ağayev və mən. Üçümüzdə də özümüzü sübut etmək kimi bir hiss oxdur. Baş məşqçi Samir Abasov komandaya istək və ruh verib. Bunun qarşılığında verilən şansdan maksimum yararlanmağa çalışırıq. Bizim üçün bir nömrəli qapıçı söhbəti yoxdur. Komandanın üç qapıçısı var, üçü də bir nömrədir.
  • Sabir Abasov kubokda Səlahət Ağayevə şans verdi. O isə kobud səhvlə yadda qaldı. Həmin görüşdən əvvəl əsas heyətdəki yerinizin əldən getdiyini düşündünüzmü?
  • Biz “Neftçi”nin futbolçularıyıq. Futbol kollektiv oyun tələb edən idman növüdür. Tam səmimiyyətimlə deyirəm: Səlahətin, Kamranın və ya mənim qapıda durması önəmli deyil. Əsas “Neftçi”nin uğurudur. Komandayıqsa, meydana kim çıxıbsa, ona dəstək olmalıyıq ki, uğur qazanaq.
  • Səlahət Ağayev kimi belə kobud səhv etdiyinizi xatırlayırsınız?
  • Futboldur, bir səhvə görə insana bu qədər yüklənmək olmaz. Səhvi hamı edə bilər. Avropa Liqasında “Qalatasaray”la matçda mən də eyni səhvi etmişəm. Bir səhvə görə insana dəyər, qiymət vermirlər. Səlahətin də futbolda, “Neftçi”nin uğurlarında əziyyəti böyük olub. İnsanın üzərinə bu qədər düşməzlər. Zədədən təzə qayıtmışdı və istər-istəməz çətin olur. O səhvi hamı edə bilər.
  • XVII turda səfərdə “Zirə” ilə qarşılaşacaqsınız. Həm kubokdakı o səhvi, həm də məğlubiyyəti unutdurmağa çalışacaqsınız?
  • Oyuna qisas hissi ilə hazırlaşmırıq. Normal çempionat matçı kimi hazırlıq keçirik. “Zirə” ilə matçın gərgin və çətin keçəcəyini bilirik. Çünki biz liderliyimizi qorumağa çalışacağıq. Rəqib də evdə oynayır. İstər-istəməz qələbə qazanmağı hədəfləyəcək. Əlimizdən gələn qədər çalışacağıq ki, həm liderliyi qoruyaq, həm də üç xal əldə edək.
  • Bu mövsüm “Zirə” “Qarabağ”dan sonra ikinci komandadır ki, sizə daha çox çətinlik yaradır. Rəqibin baş məşqçisi Rəşad Sadıqovun sizə qarşı daha motivasiyalı olduğunu düşünmürsünüz?
  • Buna inanmıram. Çünki Rəşad müəllimi tanıyıram. Bilirəm ki, onun özünəməxsus xarakteri var, komandasının uduzmasını istəməz. Düşünürəm ki, “Zirə” özünə görə mübarizə aparacaq.
  • “Neftçi” bu mövsüm həsrətində olduğu çempionluğu əldə edə biləcəkmi?
  • Hazırda çempionluq haqqında danışmaq çox tezdir. Çünki qarşıda çox oyun var. Bizi nələrin gözlədiyini də bilmirik. “Qəbələ” ilə sonuncu matça nəzər salsaq, görərik ki, neçə oyunçumuz cəza və ya zədə səbəbindən oynamadı. Premyer Liqa davam edir, çempionluqdan danışmaq tezdir. Liderik, birinci pillədəyik və çalışacağıq ki, əlimizdən gəldiyi qədər bunu qoruyub saxlayaq. Ümid edirəm ki, yaxşı olacaq və liderliyimizi sonadək davam etdirəcəyik. (Report)
Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Dünya futbolu2021-03-02 09:23

“Tottenhem”lə “Dinamo” ilk oyunu Londonda keçirəcək

Dünya futbolu2021-03-02 09:01

Almaniya klubu baş məşqçisini istefaya göndərdi

Premyer-liqa2021-03-02 02:14

“Qarabağ” “Qəbələ”yə, “Səbail” “Keşlə”yə qarşı – YENİLƏNİR

Dünya futbolu2021-03-02 01:58

“Real” doğma meydanda xal itirdi

Dünya futbolu2021-03-02 01:54

“Everton”a 1 qol bəs etdi

Dünya futbolu2021-03-01 23:19

Təbriz klubları 1 qol və 1 xalla kifayətləndilər

Ölkə futbolu2021-03-01 20:14

Statistika: “Neftçi” – “Sabah”

Ölkə futbolu2021-03-01 19:18

Azərbaycanda yeni mərc oyunları operatoru fəaliyyətə başlayır

Müsahibə2021-03-01 18:45

Ramin Musayev: “Zirə” çempionluq üçün tam hazırdır”

I Divizion2021-03-01 18:14

“Turan Tovuz” “Kəpəz”ə qalib gəldi

Dünya futbolu2021-03-01 17:54

Simeone Araqonesə çatdı

Premyer-liqa2021-03-01 17:23

“Qarabağ” – “Qəbələ” matçının təyinatları açıqlandı

Digər2021-03-01 17:08

Azərbaycanda koronavirusa daha 125 nəfər yoluxdu

Dünya futbolu2021-03-01 16:58

Millinin sabiq baş məşqçisi vəfat etdi

Dünya futbolu2021-03-01 16:26

“Barselona”nın sabiq prezidenti saxlanıldı

Milli komanda2021-03-01 15:55

AFFA Nuriyevi Bakıya gətirdi

Premyer-liqa2021-03-01 15:31

AFFA dörd klubu cərimələdi

Dünya futbolu2021-03-01 15:28

Futbol tarixinin bombardirləri açıqlandı

Ölkə futbolu2021-03-01 15:16

FIFA “Futbolinfo”nun yazdığı kimi qərar verdi: Sezar millimizdə oynamayacaq

Dünya futbolu2021-03-01 14:57

Fransa klubunda baş məşqçi istefası

Digər2021-02-28 16:45

Ulduz stansiyası: Eldar Mansurov – VİDEO

Ölkə futbolu2021-02-27 21:46

“Ulduz stansiyası”nın növbəti qonağı – Eldar Mansurov

Premyer-liqa2021-02-25 23:11

“Qarabağ” 3 xalı tək qolla qazandı – VİDEO

Premyer-liqa2021-02-25 22:05

“Sabah”la “Keşlə”dən heç-heçə – VİDEO

Premyer-liqa2021-02-25 19:03

“Zirə” “Neftçi”ni məğlub yola saldı – VİDEO

Ölkə futbolu2021-02-25 15:48

“Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Premyer-liqa2021-02-22 17:55

Son dəqiqə qələbəsi “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-02-21 14:15

Beynəlxalq Ana Dili Gününüz mübarək! – VİDEO

Premyer-liqa2021-02-20 21:34

“Neftçi” 90+4-də sevindi – VİDEO

Premyer-liqa2021-02-20 20:37

“Keşlə” – “Zirə” matçında 4 qol – VİDEO

Premyer-liqa2021-02-19 20:46

“Sumqayıt” – “Qarabağ” 0:0 – VİDEO

Premyer-liqa2021-02-19 19:22

“Səbail” “Sabah”ı məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-02-18 18:10

Statistika: “Neftçi” – “Qəbələ”

Ölkə futbolu2021-02-18 11:03

“Neftçi” çempionluğa hazırdır” – Nərimancahan

Ölkə futbolu2021-02-17 17:57

“Neftçi” yeni hücumçusuna qovuşdu – VİDEO

Premyer-liqa2021-02-14 19:56

“Zirə” – “Sabah” 2:2 – VİDEO

Premyer-liqa2021-02-14 18:24

“Qəbələ” “Keşlə”ni məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-02-13 21:34

Azərbaycan derbisində 3 qol, 4 “qırmızı” – VİDEO

Premyer-liqa2021-02-13 19:12

“Sumqayıt” – “Səbail” matçında 3 qol – VİDEO

Ölkə futbolu2021-02-13 13:40

Derbi öncəsi “Neftçi”də “sağlamlıq durumu” – VİDEO

Gündəm