Connect with us

Milli komanda

“Moldova ilə görüş finala bərabər olacaq”

-də paylaşıldı

Futzal üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu Moldova yığmasına qarşı keçirəcək Azərbaycan millisi məşqlərini gündə bir dəfə olmaqla davam etdirir.

Futbolinfo.az xəbər verir ki, fevralın 25-dən təlim-məşq toplanışına başlayacaq komanda Bakı İdman Sarayında əsasən fiziki təmrinləri yerinə yetirir.

Dünənki məşqdən sonra millinin müdafiəçisi Amir Şocaei hazırlıqla bağlı federasiyanın rəsmi saytına danışıb:

“Məşqlərimiz plan üzrə davam edir. Daha çox fiziki hazırlığa diqqət yetiririk. Bu da baş məşqçinin göstərişidir. Əlbəttə, taktiki çalışmalara da yer ayırırıq. Komanda olaraq bu dəfə daha yaxşı formadayıq. Çünki məşq etmək üçün daha çox vaxtımız oldu. Həm də yanvarda da yaxşı hazırlıq keçmişdik. Onun da müsbət təsirini görürük. Slovakiya və Yunanıstanla oyunlarda qazandığımız qələbə də əhval-ruhiyyəmizi yüksəldib”.

Növbəti rəqibin – Moldovanın tanış komanda olduğunu deyən müdafiəçi hər iki qarşılaşmanın çətin keçəcəyini qeyd edib: “Bu komandaya qarşı 2 il əvvəl oynamışam. Ancaq həmin nəticəni unutmalıyıq. Məşqçimiz rəqibi analiz edəcək və bizə necə oynamalı olduğumuzu deyəcək. Budəfəki görüş finala bərabər olacaq. Moldova millisi də seçmə mərhələyə yaxşı başlayıb. Heç kimin gözləmədiyi halda Slovakiya ilə səfərdə heç-heçə edib. Hətta qələbə də qazana bilərdi”.

Şocaei bu görüşlərdə qazanılacaq qələbələrin zirvədəki mövqeyimizi böyük ölçüdə möhkəmləndirəcəyini vurğulayıb: “Hədəfimiz həm Bakıdakı, həm də səfərdəki oyunda qələbə qazanmaqdı. Bunu bacarsaq, birinci pillədəki yerimizi möhkəmləndirəcəyik. Azərbaycan illərdi Avropa çempionatının final mərhələsində iştirak edir. Bu seriyanın davam etdirilməsi vacibdir”.

Millinin üzvü Moldovanın hər iki oyununu izlədiyini də bildirib: “Onların Yunanıstan və Slovakiya ilə oyunlarını izləmişəm. Təhlükəli hücumlar qururdular. Bizimlə oyunda yəqin ki, müdafiəyə diqqət yetirəcəklər. Çalışmalıyıq ki, rəqibimiz əks-hücumlarda bizi yaxalamasın. Çünki heyətlərində təhlükəli oyunçuları var. Xüsusilə də 7 nömrəli (Adrian Laşku) futzalçını qeyd edərdim”.

Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Dünya futbolu2021-03-07 21:44

Araz Abdullayevdən “Boluspor”da iki məhsuldar ötürmə – VİDEO

Premyer-liqa2021-03-07 18:33

Statistika: “Neftçi” – “Keşlə” – VİDEO

Milli komanda2021-03-05 18:05

Millimiz Moldovanı belə darmadağın etdi – VİDEO

Ölkə futbolu2021-03-05 13:03

“Neftçi”nin U-14 komandasının məşqindən maraqlı anlar – VİDEO

Premyer-liqa2021-03-04 16:18

“Sabah” üzərində qələbə “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-03-04 13:14

“Neftçi TV”nin “Fanzona”sı – VİDEO

Premyer-liqa2021-03-03 20:56

“Neftçi” – “Sabah” matçında 3 qol – VİDEO

Premyer-liqa2021-03-02 21:17

“Qarabağ” “Qəbələ”ni belə məğlub etdi – VİDEO

Premyer-liqa2021-03-02 19:05

“Səbail”lə “Keşlə”dən hərəyə 1 qol, 1 xal – VİDEO

Ölkə futbolu2021-03-02 10:04

“e-Milli” komandamızın üzvləri bəlli oldu – VİDEO

Digər2021-02-28 16:45

Ulduz stansiyası: Eldar Mansurov – VİDEO

Ölkə futbolu2021-02-27 21:46

“Ulduz stansiyası”nın növbəti qonağı – Eldar Mansurov

Premyer-liqa2021-02-25 23:11

“Qarabağ” 3 xalı tək qolla qazandı – VİDEO

Premyer-liqa2021-02-25 22:05

“Sabah”la “Keşlə”dən heç-heçə – VİDEO

Premyer-liqa2021-02-25 19:03

“Zirə” “Neftçi”ni məğlub yola saldı – VİDEO

Ölkə futbolu2021-02-25 15:48

“Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Premyer-liqa2021-02-22 17:55

Son dəqiqə qələbəsi “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-02-21 14:15

Beynəlxalq Ana Dili Gününüz mübarək! – VİDEO

Premyer-liqa2021-02-20 21:34

“Neftçi” 90+4-də sevindi – VİDEO

Premyer-liqa2021-02-20 20:37

“Keşlə” – “Zirə” matçında 4 qol – VİDEO

Gündəm