Connect with us

Ölkə futbolu

Xüsusi təyinatlı Riad: “Sumqayıt” niyə hakimlərin sevimlisi olub?

-də paylaşıldı

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev də susqunluğu pozdu. Hakimlərin özbaşınalığı, qərəzli idarəçiliyi sakit təbiətli çalışdırıcını dil açmağa vadar etdi.

Baxşıyev ötən turun “Neftçi”yə qarşı matçından sonra indiyədək penalti vurmamalarını önə çəkib, hakimlərin onlara qarşı fərqli davrandığını bildirdi. Haqsız da deyil – çempionat ərzində dəfələrlə penaltisi verilməyən bölgə təmsilçisi bunun nəticəsində xal itkilərinə məruz qalır. Son belə hadisə “Keşlə”ylə 15-ci turun ev matçında yaşanmışdı, hesab 0:0 olarkən hakimlər qonaqların kobudluğunu görməzdən gəlmişdi.

Amma Elmar bəyin narazılığının fayda verəcəyini düşünmürük. Ən azı qarşıdakı turda da “Qəbələ” penalti vurmayacaq. Çünki rəqib hakimlərin qoruduğu, AFFA-nın xüsusi münasibət göstərdiyi “Sumqayıt”dı. Bu, həmin komandadı ki, sırf hakimlərin qərarları üzündən “Səbail”i kubokdan kənarlaşdırdı, çempionatda isə statistika baxımından hamıya “əlcək atır”.

Bu mövsüm hakimlər 23 penalti təyin edib və bir o qədər də qırmızı vərəqə göstərib. Və bütün göstəricilərdə “kimyaçılar” bir addım öndədi.

Təyin olunan 23 penaltinin yarıdan çoxu 2 komandanın – “Sumqayıt”la “Səbail”in lehinə verilib. Digərləri hərəyə 6 dəfə ağ nöqtəyə yaxınlaşan bu cütlüyün yarısı qədər sevinməyib. “Qarabağ”la “Sabah” 3, “Neftçi”ylə “Zirə” 2 dəfə belə cərimə zərbəsi vurub. “Keşlə” son turda siftə etdisə, “Qəbələ” hələ də intizardadı.

Komandaların qapısına təyin edilən penaltilərdə isə vəziyyət fərqlidi. Qapısına ən azı – cəmi 1 dəfə 11 metrlik zərbə təyin edilən “Sumqayıt” yenə hakimlərin sevimlisi kimi seçilir. “Qarabağ”, “Qəbələ” və “Keşlə” 2, “Neftçi”ylə “Sabah” 3 dəfə qəzəbə düçar olub. 4 dəfə “Səbail”in qapısını real təhlükə ilə üz-üzə qoyan referilər “Zirə”yə qarşı amansız olub – 6 dəfə.

“Sumqayıt” qırmızı vərəqələr baxımından da hakimlərin sevimlisidi. İndiyədək meydanda azlıqda qalmayan “kimyaçılar”dan fərqli olaraq, “Neftçi”ylə “Zirə” qan ağlayır – hərəyə 5 qırmızı. Çempionatın liderinin bir görüşdə 3 oyunçusu birdən meydandan qovulub, “qartallar” isə demək olar, 3 oyundan  matçı azlıqda bitirir. “Qarabağ”, “Səbail”, “Keşlə” 3, “Qəbələ”ylə “Sabah” 2 dəfə azlıqda qalıb.

Rəqiblərinə verilən qırmızı vərəqələr baxımından da “Sumqayıt” liderdi. Bu komanda 5 dəfə rəqiblərini azlıqda “sınaqdan keçirib”. Düzdü, “Qarabağ” ın da rəqibləri 5 qırmızı vərəqə alıb, lakin “Neftçi”ylə matçda bakılıların 3 futbolçusu meydandan qovulduğundan belə oyunların sayı çox deyil. “Sabah” 4, “Qəbələ”ylə “Keşlə” 3, “Zirə” 2, “Neftçi” 1 dəfə qarşısındakı komandanın oyunçusuna qırmızı vərəqə verildiyini görüb.

Hakimlər qərəzini təkcə penalti və ya qırmızı vərəqə ilə göstərmir. Bunlar yalnız görünən olaylardı, bu qərarların içində haqlı verilənləri də var. Hakimlər oyuna əsasən verilməyən penaltilərlə, ofsaydlarla, yersiz fitlərlə, önəmli oyunçulara erkən sarı vərəqə verib onları ehtiyatlı oynamağa məcbur etməklə təsir edir. Bütün bunlarla bağlı statistika isə daha faciəvidi və hakimlərin sifarişlə işlədiyini sübut etməyə material verir.

Maraqlıdı ki, bu qədər narazılıq varkən, klublar kütləvi şəkildə fəryad edərkən AFFA Klublar Komitəsi yığışmağı, müzakirə aparmağı məsləhət bilmir. Ən azı videokonfrans formatında görüşə ehtiyac var. Hakimlər Komitəsinin sədri Frits Stixlikin görüşə dəvət edilməsi, narazlıqları dinləməsi vacibdi.

Bəs, aylardı bir araya gəlməyən Klublar Komitəsinin yığışması kimə sərf etmir? Təbii ki, komitənin sədri Riad Rəfiyevə! Həm də “Sumqayıt”ın prezidenti olan bu şəxs hər şey onun istəklərinə cavab verərkən hakimlərlə bağlı müzakirələrdə niyə maraqlı olsun ki? Komandası vurulan penaltilərin sayında liderdi, öz qapısına hamıdan az belə zərbə təyin edilib, “Sumqayıt” qırmızı vərəqə görməyib, rəqibləri bu baxımdan hamıdan çox əziyyət çəkib, kubokun yarımfinalına birbaşa hakim qərəzi sayəsində vəsiqə qazanıblar – Rəfiyev üçün ideal mənzərə deyilmi?

AFFA rəhbərliyinin sevimli körpəsi olan Rəfiyev Stuxlikin Azərbaycana gəlməsində vasitəçi, müqavilədən pay götürən adamdı; əvvəllər rəsmi, indi isə qeyri-rəsmi olaraq milli komandada işləyir, icraçı vitse-prezident Elxan Məmmədovun şərikidi. SOCAR-da, AFFA-da himayəçiləri olan, hər iş üzrə “xüsusi təyinatlı” kimi istifadə edilən Riad bəyin xoşbəxtliyi başqalarının bədbəxtliyi üzərində qurulub. Yüzlərlə futbolçunu bədbəxt edən bu adam indi də klubların taleyi ilə oynayır.

Ona görə də Elmar Baxşıyev növbəti turda da hakimlərdən penalti gözləməsin, əksinə, haqsız yerə qırmızı vərəqə almasının davamı bu görüşdə də gələcək. Bəlkə elə “Neftçi” ilə oyunda tribunya göndərilməsi bu matça hesablanmışdı – onu komandasından uzaq saxlamaq üçün İnqilab Məmmədov ilk planı reallaşdırdı.

FƏRİD

Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Dünya futbolu2021-02-26 01:55

Avropa Liqasında 1/8 finalçılar bəlli oldu

Dünya futbolu2021-02-26 00:32

Araz Abdullayev üçün 3 dəqiqə və 1 xal

Premyer-liqa2021-02-25 23:11

“Qarabağ” 3 xalı tək qolla qazandı – VİDEO

Premyer-liqa2021-02-25 22:05

“Sabah”la “Keşlə”dən heç-heçə – VİDEO

Ölkə futbolu2021-02-25 21:37

“Qarabağ” Xocalı soyqırımını xüsusi forma ilə yad etdi

Premyer-liqa2021-02-25 21:13

Qurban Qurbanov: “Bu istəyi qoruyub saxlamaq lazımdır”

Premyer-liqa2021-02-25 21:10

“Sumqayıt” Qəbələdən xalsız döndü – VİDEO

Premyer-liqa2021-02-25 20:47

“Buraya məğlub olmağa gəlməmişdik” – Aftandil Hacıyev

Premyer-liqa2021-02-25 20:20

“Qarabağ” “Neftçi”yə çatdı

Premyer-liqa2021-02-25 19:53

“İlk hissədəki oyunumuz bizə ümid verir” – Visente Qomes

Premyer-liqa2021-02-25 19:44

“Bu, bizim üçün bir imtahandır” – Sənan Qurbanov

Premyer-liqa2021-02-25 19:03

“Zirə” “Neftçi”ni məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-02-25 18:50

Rəşad Sadıqov: “Davit Volkovun zədəsi ciddi görünür”

Premyer-liqa2021-02-25 18:27

Samir Abasov “Zirə”yə məğlubiyyəti şərh etdi

Premyer-liqa2021-02-25 17:57

“Bunun nə ilə bağlı olduğunu bilmirəm” – “Qəbələ”nin məşqçisi

Premyer-liqa2021-02-25 17:43

Ayxan Abbasov: “Qəbələ” bizdən daha istəkli idi”

Digər2021-02-25 17:20

Azərbaycanda koronavirusa 126 yeni yoluxma

Dünya futbolu2021-02-25 17:17

Cordan Henderson AÇ-2020-ni buraxa bilər

Ölkə futbolu2021-02-25 16:13

“Qarabağ” Apellyasiya Arbitraj Tribunalına müraciət ünvanladı

Ölkə futbolu2021-02-25 15:48

“Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Premyer-liqa2021-02-25 23:11

“Qarabağ” 3 xalı tək qolla qazandı – VİDEO

Premyer-liqa2021-02-25 22:05

“Sabah”la “Keşlə”dən heç-heçə – VİDEO

Premyer-liqa2021-02-25 19:03

“Zirə” “Neftçi”ni məğlub yola saldı – VİDEO

Ölkə futbolu2021-02-25 15:48

“Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Premyer-liqa2021-02-22 17:55

Son dəqiqə qələbəsi “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-02-21 14:15

Beynəlxalq Ana Dili Gününüz mübarək! – VİDEO

Premyer-liqa2021-02-20 21:34

“Neftçi” 90+4-də sevindi – VİDEO

Premyer-liqa2021-02-20 20:37

“Keşlə” – “Zirə” matçında 4 qol – VİDEO

Premyer-liqa2021-02-19 20:46

“Sumqayıt” – “Qarabağ” 0:0 – VİDEO

Premyer-liqa2021-02-19 19:22

“Səbail” “Sabah”ı məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-02-18 18:10

Statistika: “Neftçi” – “Qəbələ”

Ölkə futbolu2021-02-18 11:03

“Neftçi” çempionluğa hazırdır” – Nərimancahan

Ölkə futbolu2021-02-17 17:57

“Neftçi” yeni hücumçusuna qovuşdu – VİDEO

Premyer-liqa2021-02-14 19:56

“Zirə” – “Sabah” 2:2 – VİDEO

Premyer-liqa2021-02-14 18:24

“Qəbələ” “Keşlə”ni məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-02-13 21:34

Azərbaycan derbisində 3 qol, 4 “qırmızı” – VİDEO

Premyer-liqa2021-02-13 19:12

“Sumqayıt” – “Səbail” matçında 3 qol – VİDEO

Ölkə futbolu2021-02-13 13:40

Derbi öncəsi “Neftçi”də “sağlamlıq durumu” – VİDEO

Ölkə futbolu2021-02-12 13:06

“Qarabağ”ın “Neftçi”yə vurduğu ilk qolun müəllifi danışdı – VİDEO

Premyer-liqa2021-02-12 12:48

“Qarabağ” – “Neftçi”: Promo – VİDEO

Gündəm