Dünya futbolu
“Atalanta” – “Real” matçı bir dəqiqəlik sükutla başlayacaq

Futbol üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində İtaliyanın “Atalanta” və İspaniyanın “Real” klubları arasında bu gün keçiriləcək oyun bir dəqiqəlik sükutla başlayacaq.
Futbolinfo.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
İtaliyada təşkil olunacaq qarşılaşmada “Atalanta”nın vəfat edən futbolçusu Villi Ta Bi yad ediləcək.
Qeyd edək ki, Fil Dişi Sahili yığmasının da üzvü olan Villi Ta Bi uzun sürən xəstəlikdən sonra ötən gün dünyasını dəyişib.
“Atalanta” – “Real” matçına Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.
- Ölkə kuboku7 dəqiqə əvvəl
“Zirə” “Keşlə”yə qalib gəldi, “Sumqayıt”la “Qarabağ” heç-heçəyə razılaşdı
- AÇ-202022 saat əvvəl
Türkiyə millisinin Bakı proqramı açıqlandı – AÇ-2020
- Milli komanda7 saat əvvəl
“Qarabağ”a gələndə böyük turnirlərdə oynayacağımı təsəvvür etmirdim”
- Dünya futbolu10 saat əvvəl
Anyelli “Yuventus”dan ayrılmağa qərar verdi