Digər
Azərbaycanda koronavirusa 126 yeni yoluxma

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 126 yeni yoluxma faktı qeydə alınıb, 142 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 3 nəfər “COVID-19”dan vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 233 770 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 299 nəfər müalicə olunaraq sağalıb, 3 209 nəfər vəfat edib. Hazırda 2 262 aktiv xəstə var.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 438, bu günə qədər isə ümumilikdə 2 576 545 test icra olunub.
- Premyer-liqa20 saat əvvəl
“Qəbələ” “Sumqayıt”a uduzdu, “Qarabağ” xal itirdi
- Premyer-liqa21 saat əvvəl
“Qarabağ” “Səbail”lə heç-heçəyə razılaşdı – VİDEO
- Ölkə futbolu6 saat əvvəl
“Şahruddinlə danışdıq, məni başa düşdü” – Amil Yunanov
- Premyer-liqa21 saat əvvəl
“İki ay maaş almayan oyunçuları matça kökləmək çətindir”