Connect with us

Ölkə futbolu

Rəfiyevin karyerasına qurban verilən “Qəbələ”

-də paylaşıldı

Premyer Liqanın 17-ci turu da sakit keçmədi. Hakimlər kobud səhvlərə davam edib, komandaların taleyi ilə oynadı. Sadəcə, bu dəfə zərərçəkənlər qalib komandalar olduğundan narazılıqlarının səs-küyü qulaq batırmadı.

Hakim səhvləri ara-sıra olsaydı, anlayışla qəbul etmək olardı. Amma yanlışlar sıralanırsa və istiqamət eynidisə, artıq orada qərəz, sifariş elementlərindən danışmaq gərəkir. Hakim gözü önündəki, bir neçə metrliyindəki epizodu yanlış dəyərləndirirsə, deməli, məqsəd başqa, niyyət kirlidi.

Ən maraqlısı, eyni səhvlərin yenə “Qəbələ”nin əleyhinə, “Sumqayıt”ın lehinə edilməsidi. Sanki hakimləri bu komandaların oyunlarına fərqli tapşırıqlarla göndərirlər.

Bugünədək penalti vurmamasına üsyan edən bölgə təmsilçisinin arzusu 17-ci turda da gözündə qaldı. Hakimləri ifşa edən qəbələlilərin ən azı bu dəfə istəyinə çatması üçün əsası vardı. Son turadək hakimlər bəhanə edə, komandanın hansısa ciddi epizodu olmadığı üçün penaltiylə mükafatlandırılmadığını deyə bilərdi. Lakin “Sumqayıt”la ev matçında Səbuhi Bayramov 2 dəfə “qırmızı-qaralar”ın haqqını yedi. O, 38 və 90-cı dəqiqələrdə müdafiəçilərin Nikolas Rayseli şaqqalamasını görmək istəmədi.

Halbuki həmin epizodlarda hətta tribunada əyləşib penalti təyin etmək olardı. Ya Bayramovun yaxını görməklə bağlı problemi var, ya da Qəbələyə AFFA-dan tapşırıqla göndərilmişdi. İkinci variant daha inandırıcıdı, çünki görmə qüsurlu hakimə təyinat verilməz. AFFA-nın sevimli körpəsi olan “Sumqayıt”ın prezidenti Riad Rəfiyevə kömək etmək isə vacibdi. “Kimyaçılar” avrokuboka getməsə, bu hüququ qazanan müstəqil klubların sayı daha çox olacaq. Bu, AFFA rəhbərliyi üçün arzuolunmazdı.

“Sumqayıt”ın hamıdan çox penalti vurması statistikasını oxucularımıza təqdim etmişdik. Səbuhi kimi hakimlərin özünü “korluğ”a vurması nəticəsində komanda belə cərimə zərbəsiylə hamıdan az cəzalanıb. “Kimyaçılar” indiyədək qırmızı vərəqə görməyibsə, məhz onların rəqibləri adətən oyunları azlıqda başa vurub. Komandanın məşqçi və futbolçularının əziyyətini yerə vurmaq istəmirik, “Sumqayıt” baxımlı futbolu ilə alqış qazanıb, lakin nəticələrdə Rəfiyevə sevginin də ciddi rolu var.

Əziz AFFA rəhbərliyi və onların sifarişini yerinə yetirən Hakimlər Komitəsi, diqqətli olun. Bölgələrdə futbolu onsuz da məhv etmisiz, son təmsilçi olan “Qəbələ”ni də sıradan çıxarmayın. Bu klub sizin yaratdığınız süni, qondarma, SOCAR-ın əlinə baxan klublardan daha lazımlıdı. Uşaq futbolundakı səmərəli işiylə fərq yaradan “Qəbələ”nin az qala bütün Premyer Liqa klublarında yetirməsi var, gətirdiyi əcnəbilərin səviyyəli olmasına görədi ki, 6 sabiq legioneri indi onların özünə qarşı əks düşərgələrdə mübarizə aparır. Belə klubu ancaq biznes maraqlarını düşünən, futbolun inkişafından çox karyerasının qayğısına qalan, alverçi təfəkkürü ilə davranan Riad Rəfiyevə niyə qurban verirsiz?

AĞA

Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Premyer-liqa2021-04-17 18:00

“Keşlə” “Sabah”a qarşı – YENİLƏNİR

Ölkə futbolu2021-04-17 17:33

“Neftçi” “Zirə” ilə oyuna ciddi itki ilə çıxacaq

I Divizion2021-04-17 17:17

“Neftçi”dən darmadağın, “Turan Tovuz”dan çətin qələbə

Digər2021-04-17 16:48

Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı

Dünya futbolu2021-04-17 16:41

“Yuventus” “Atalanta” ilə matça Ronaldosuz çıxacaq

Dünya futbolu2021-04-17 15:24

Premyer Liqa klubunda ayrılıq

Dünya futbolu2021-04-17 15:17

PSJ Neymarla razılığa gəldi – 30 milyon avroluq müqavilə

Ölkə futbolu2021-04-17 13:55

“Düşündüyünüzdən daha güclüyük” – Şahruddin Məhəmmədəliyev

Dünya futbolu2021-04-17 12:02

Mandzukiçdən “Milan”a 300 min avroluq jest

Ölkə futbolu2021-04-17 11:40

“Şahruddinlə danışdıq, məni başa düşdü” – Amil Yunanov

Müsahibə2021-04-17 11:02

“Zəif rəqib anlayışı bəlkə də 10 ilə əvvəl var idi”

Ölkə futbolu2021-04-17 10:38

“AÇ-2020-nin Könüllü Kuboku” turniri keçiriləcək

Dünya futbolu2021-04-17 10:03

Paşayevli “Aleksandriya” yenə uduzdu

Dünya futbolu2021-04-17 09:35

Ozan Canın vurduğu qol “Telstar”a bəs etmədi

Ölkə futbolu2021-04-17 09:00

“Qəbələ”nin ümidləri Sumqayıtda bitdi?!

Dünya futbolu2021-04-17 01:10

“Lill” “Monpelye” ilə bacarmadı

Dünya futbolu2021-04-17 01:04

“Tottenhem” “Everton”la heç-heçəyə razılaşdı

Dünya futbolu2021-04-17 00:36

“Leypsiq” doğma meydanda xal itirdi

Ölkə futbolu2021-04-17 00:10

“Qarabağ”dan Şahruddin açıqlaması: 25 tikiş qoyulub!

Ölkə futbolu2021-04-16 23:53

Xəyal Nəcəfov üçün “100″ nömrəli forma

Ölkə futbolu2021-04-17 17:33

“Neftçi” “Zirə” ilə oyuna ciddi itki ilə çıxacaq

Premyer-liqa2021-04-16 21:17

“Qarabağ” “Səbail”lə heç-heçəyə razılaşdı – VİDEO

Ölkə futbolu2021-04-16 16:47

Topdan gülüş: Fəhmin Muradbəyli və Mirabdulla Abbasov

Ölkə futbolu2021-04-15 22:22

Samir Abasov azarkeşlərin suallarını cavablandırıb – VİDEO

Ölkə futbolu2021-04-15 20:59

“Neftçi” “Zirə” ilə oyuna hazırlaşır – VİDEO

Premyer-liqa2021-04-15 11:56

Statistika: “Neftçi” – “Zirə” – VİDEO

Milli komanda2021-04-15 11:11

Millimizdən Yunanıstana dörd cavabsız qol – VİDEO

Premyer-liqa2021-04-11 22:37

“Qarabağ” – “Sumqayıt” matçında 5 qol – VİDEO

Premyer-liqa2021-04-11 20:10

“Zirə”nin “Keşlə” ilə heç-heçəsi – VİDEO

Premyer-liqa2021-04-10 20:53

“Sabah”la “Səbail”dən heç-heçə – VİDEO

Premyer-liqa2021-04-10 19:14

“Qəbələ” – “Neftçi” matçında 4 qol – VİDEO

Milli komanda2021-04-09 10:01

Millimizin Slovakiya ilə heç-heçəsi – VİDEO

Premyer-liqa2021-04-04 20:48

“Neftçi” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

Premyer-liqa2021-04-04 14:50

“Sumqayıt”la oyundan əvvəl “Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Ölkə futbolu2021-04-01 17:29

“Fan Zona”nın növbəti buraxılışının vaxtı bəlli oldu

Ölkə futbolu2021-03-31 20:33

“Neftçi”nin “Sumqayıt”la oyuna hazırlığı davam edir – VİDEO

Ölkə futbolu2021-03-29 09:28

“Sabah” – “Sumqayıt” oyununda 5 qol – VİDEO

Dünya futbolu2021-03-28 20:56

“Neftçi”nin legioneri millidə qol vurdu – VİDEO

Milli komanda2021-03-28 17:07

Serbiya millisi Bakıya yola düşdü – VİDEO

Dünya futbolu2021-03-27 23:30

Türkiyə yığmasından darmadağın – VİDEO

Gündəm