Ölkə futbolu
4 futbolçu “Qarabağ” – “Qəbələ” matçını buraxacaq

Futbol üzrə Azərbaycan Premyer Liqasının 18-ci turunda üz-üzə gələcək “Qarabağ” və “Qəbələ” komandaları bu matça itkilərlə çıxacaq.
Futbolinfo.az xəbər verir ki, Ağdam təmsilçisinin heyətində Rahil Məmmədov hələ də zədəsini sağaltmayıb.
Azərbaycan millisinin də formasını geyinən 26 yaşlı müdafiəçi müalicəsini davam etdirir. Bundan başqa “Qarabağ”da cəzalı Kevin Medina da oyunu buraxacaq.
“Qəbələ” isə iki futbolçusunun xidmətindən yararlana bilməyəcək. “Qırmızı-qaralar”da Cavid Hüseynov və Rafael Utriq sarı vərəqə limitini doldurduqları üçün meydana çıxmayacaqlar.
Qeyd edək ki, martın 2-də “Azersun Arena”da keçiriləcək “Qarabağ” – “Qəbələ” görüşü saat 18:15-də başlayacaq.
- Premyer-liqa20 saat əvvəl
“Qəbələ” “Sumqayıt”a uduzdu, “Qarabağ” xal itirdi
- Premyer-liqa21 saat əvvəl
“Qarabağ” “Səbail”lə heç-heçəyə razılaşdı – VİDEO
- Ölkə futbolu6 saat əvvəl
“Şahruddinlə danışdıq, məni başa düşdü” – Amil Yunanov
- Premyer-liqa21 saat əvvəl
“İki ay maaş almayan oyunçuları matça kökləmək çətindir”