Connect with us

Müsahibə

Ramin Musayev: “Zirə” çempionluq üçün tam hazırdır”

-də paylaşıldı

Futbolinfo.az sizi Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin müsahibəsi ilə tanış edir:

  • Azərbaycanda yeni mərc oyunları operatoru fəaliyyətə başlayır. Yeni mövsümdən Premyer Liqaya məhz həmin şirkətin sponsorluq edəcəyi ilə bağlı xəbərlər dolaşır. Yayılan məlumatlar nə dərəcədə həqiqətə uyğundur?
  • Bu barədə biz tərəfdən heç bir söhbət, danışıq olmayıb.
  • Ümumiyyətlə, sponsorla bağlı məsələ nə yerdədir?
  • Hələ ki, sakitçilikdir. Yenilik yoxdur.
  • Azərbaycan kubokunun final matçının harada keçiriləcəyinə qərar verilib?
  • Hələ qərar verməmişik. Ötən il qərarlaşdırdıq, kubok matçları ləğv edildi. Düşər-düşməzi olar. Gəlin, bir az gözləyək (gülür). Yəqin ki, Naxçıvana getmək çətin olacaq. Amma digər bölgələrin birində keçirilə bilər. Final görüşünü Bakıya salsaq, Masazırdakı “Bank Respublika Arena”da olacaq.
  • 2021/2022 mövsümündən Premyer Liqada komanda sayının artırılacağı və çempionatın 10 klubun iştirakı ilə keçiriləcəyi gözlənilir. Bununla bağlı hər hansı yenilik varmı?
  • Bu barədə hər il danışılır. Amma hər şeyi zaman, imkan və şərait həll edir. Bu gün üçün planda 10 komanda ola bilər. Amma həmin vaxt hansısa sıxıntı, problem ortaya çıxsa, yenə yalançı olacağıq, mətbuat üstümüzə gələcək.
  • PFL prezidenti olaraq I Divizion təmsilçilərindən hansıları Premyer Liqaya daha çox layiq görürsünüz?
  • Gəlin, ad çəkməyək. Amma inandırım sizi ki, bəzən aşağı dəstədə elə oyunlar olur ki, Premyer Liqa matçlarından heç də geri qalmır. PFL-in çəkiliş qrupu var, divizion oyunlarının 60 – 70 faizini canlı izləmək olur.
  • Bu mövsüm son illərlə müqayisədə Premyer Liqada intriqa daha yüksəkdir. 17 turdan sonra “Neftçi” və “Qarabağ” 33 xalla 1 – 2-ci yerləri bölüşdürür. Siz hansı komandanı çempionluğa daha yaxın hesab edirsiniz?
  • Siz iki komandanı qeyd etdiniz, amma “Zirə”nin adını çəkmədiniz. Bu komanda avrokuboklar üçün hazır olmaya bilər, amma çempionluq üçün tam hazırdır. Bu mövsüm nəinki “Zirə”, ümumiyyətlə, heç bir komanda pis təsir bağışlamır. “Qəbələ” az büdcə ilə gözəl oyun göstərir. Bu, danılmaz faktdır. Həmçinin “Səbail”i qeyd edərdim. Çempionatda ən azbüdcəli komanda olsa da, azarkeşlərini sevindirir. Deməzdim ki, “Qarabağ” və “Neftçi”dən biri 100 faiz çempion olacaq. 5 xallıq fərq nədir ki? Qarşıda hələ 11 tur var. Bu halda “Zirə”nin də çempionluğunu ehtimal etmək olar.
  • İntizam Komitəsi “Qarabağ”ın futbolçusu Uroş Matiçin “Sumqayıt”a qarşı Azərbaycan Premyer Liqasının XVI tur matçı zamanı (0:0) forma nömrəsində soyadı Azərbaycan əlifbası ilə yazılmadığı üçün klubu 3 000 manat məbləğində cərimələyib. Ağdam təmsilçisi isə qərara etiraz olaraq AFFA Apellyasiya Arbitraj Tribunalına müraciət edib. Klub həmin oyunda forma geyinməyən Matiçin forma standartlarının pozulması qərarı və cərimə ilə razılaşmayıb. Sizin bu məsələyə münasibətinizi bilmək maraqlı olardı…
  • Bu sual mənə aid deyil, axı. Kimsə forma geyinməyib və ya idman paltarının altından başqa paltar geyinib, bunun mənimlə nə əlaqəsi var?
  • Söhbət Premyer Liqanın əsasnaməsinin pozulmasından gedir…
  • “Qarabağ” etiraz edib və bu işlə məşğul olanlar var. Sualı AFFA Apellyasiya Arbitraj Tribunalına vermək lazımdır. (Report)
Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Dünya futbolu2021-04-13 01:23

“Everton” səfərdən 1 xalla döndü

Dünya futbolu2021-04-13 01:08

“Sevilya”dan çətin qələbə

Dünya futbolu2021-04-13 00:51

“Sassuolo”dan səfər qələbəsi

Dünya futbolu2021-04-13 00:36

“Hoffenhaym”la “Bayer”dən heç-heçə

Dünya futbolu2021-04-12 22:25

“Fənərbaxça”dan inamlı qələbə

Dünya futbolu2021-04-12 21:10

Bəybalayevli “Telavi” doğma meydanda xalsız qaldı

Dünya futbolu2021-04-12 19:05

“Qalatasaray”ın hücumçusu əməliyyat olundu

I Divizion2021-04-12 18:23

“Qarabağ”la “Kəpəz” uduzdu, “Neftçi” və “Turan Tovuz” darmadağına sevindi

Ölkə futbolu2021-04-12 18:08

İsmayıl İbrahimli: “Hər qarşılaşmaya ciddi yanaşırıq”

Dünya futbolu2021-04-12 17:53

“Köln”ün yeni baş məşqçisi bilindi

Dünya futbolu2021-04-12 17:36

Mourinyo daha bir antirekorda imza atdı

Ölkə futbolu2021-04-12 17:17

AFFA TFF ilə VAR sistemini müzakirə etdi

Digər2021-04-12 17:00

Azərbaycanda koronavirusa 1151 yeni yoluxma, 29 ölüm faktı

Müsahibə2021-04-12 16:53

“Onları bir dəfə səfərdə məğlub etmişiksə, yenə edərik” – Yurgen “Qarabağ”ı üstün sayır

Dünya futbolu2021-04-12 16:35

“Bavariya”da Levandovski sevinci

Ölkə futbolu2021-04-12 15:13

Premyer Liqada iştirak üçün müraciət vaxtı başa çatdı

Dünya futbolu2021-04-12 14:50

Bundesliqa klubu baş məşqçisini istefaya göndərdi

Dünya futbolu2021-04-12 14:28

“Beşiktaş”da Cenk Tosun şoku – 6 ay oynamayacaq

Dünya futbolu2021-04-12 13:50

Ronaldo bu dəfə formasını yerə atdı

Dünya futbolu2021-04-12 13:24

“Real”da ciddi itki

Premyer-liqa2021-04-11 22:37

“Qarabağ” – “Sumqayıt” matçında 5 qol – VİDEO

Premyer-liqa2021-04-11 20:10

“Zirə”nin “Keşlə” ilə heç-heçəsi – VİDEO

Premyer-liqa2021-04-10 20:53

“Sabah”la “Səbail”dən heç-heçə – VİDEO

Premyer-liqa2021-04-10 19:14

“Qəbələ” – “Neftçi” matçında 4 qol – VİDEO

Milli komanda2021-04-09 10:01

Millimizin Slovakiya ilə heç-heçəsi – VİDEO

Premyer-liqa2021-04-04 20:48

“Neftçi” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

Premyer-liqa2021-04-04 14:50

“Sumqayıt”la oyundan əvvəl “Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Ölkə futbolu2021-04-01 17:29

“Fan Zona”nın növbəti buraxılışının vaxtı bəlli oldu

Ölkə futbolu2021-03-31 20:33

“Neftçi”nin “Sumqayıt”la oyuna hazırlığı davam edir – VİDEO

Ölkə futbolu2021-03-29 09:28

“Sabah” – “Sumqayıt” oyununda 5 qol – VİDEO

Dünya futbolu2021-03-28 20:56

“Neftçi”nin legioneri millidə qol vurdu – VİDEO

Milli komanda2021-03-28 17:07

Serbiya millisi Bakıya yola düşdü – VİDEO

Dünya futbolu2021-03-27 23:30

Türkiyə yığmasından darmadağın – VİDEO

Ölkə futbolu2021-03-19 00:00

“Sabah” məşqləri bərpa etdi – VİDEO

Premyer-liqa2021-03-16 18:00

3 xal qazandıran 4 qol “Neftçi TV”nin gözü ilə

Ölkə futbolu2021-03-15 12:41

Honda “Neftçi”də tibbi baxışdan keçdi – VİDEO

Premyer-liqa2021-03-14 20:20

“Neftçi” “Səbail”i darmadağınla yola saldı – VİDEO

Premyer-liqa2021-03-14 19:15

“Zirə” Qəbələdən 1 xalla döndü – VİDEO

Premyer-liqa2021-03-13 20:39

“Qarabağ” “Sabah”ı məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-03-13 16:18

Promo: “Neftçi” – “Səbail” – VİDEO

Gündəm