Dünya futbolu
Bundesliqa klubunda yeni baş məşqçi

Almaniyanın “Arminiya” klubunun yeni baş məşqçisi bəlli olub.
Futbolinfo.az xəbər verir ki, sözügedən komandanı bundan sonra Frank Kramer çalışdıracaq.
Bu barədə Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb. 49 yaşlı mütəxəsislə müddəti 2023-cu ilin yayına qədər olan müqavilə imzalanıb.
Frank Kramer bu postda ötən gün istefaya göndərilmiş Uve Noyhausu əvəz edib. Onun istefasına komandanın cari mövsümdəki uğursuz nəticələri səbəb olub.
Bilefeld təmsilçisi bu mövsüm Bundesliqa çərçivəsində 22 oyuna cəmi 18 xal toplaya bilib və 18 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.
- Ölkə kuboku21 dəqiqə əvvəl
“Zirə” “Keşlə”yə qalib gəldi, “Sumqayıt”la “Qarabağ” heç-heçəyə razılaşdı
- AÇ-202023 saat əvvəl
Türkiyə millisinin Bakı proqramı açıqlandı – AÇ-2020
- Milli komanda7 saat əvvəl
“Qarabağ”a gələndə böyük turnirlərdə oynayacağımı təsəvvür etmirdim”
- Dünya futbolu11 saat əvvəl
Anyelli “Yuventus”dan ayrılmağa qərar verdi