Connect with us

Milli komanda

“Bunu bacarmaq üçün hər gün çalışırıq” – Millimizin üzvü

-də paylaşıldı

Futzal üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Moldova yığması ilə keçiriləcək oyunun hazırlığını davam etdirən millimiz dünən iki məşq keçib.

Futbolinfo.az xəbər verir ki, axşam hazırlığından sonra karyerasını Fransanın ACCES klubunda davam etdirən Eduardo Borges federasiyanın rəsmi saytına açıqlama verib:

“Çempionat oyunları ilə əlaqədar millinin toplanışına gec qoşulduq. Ancaq hər şeyin qaydasında olduğunu deyə bilərəm. Uşaqların əhval-ruhiyyəsi yüksəkdir. Çünki əvvəlki iki oyunda maksimum xal qazanmışıq. Bundan başqa, komanda olaraq demək olar, hər gün məşq edirik”.

Təcrübəli müdafiəçi rəqibi dəyərləndirərkən, diqqətli olmağın vacibliyini vurğulayıb: “Moldova millisi güclü komandadır. İldən-ilə daha yaxşı oynayır, nəticələrini yaxşılaşdırırlar. Xüsusilə də onların Slovakiya ilə son matçda heç-heçə etməsi bizim üçün bir siqnaldı. İndi Moldova millisinin 4 xalı var və bizim ən yaxın izləyicimizdir”.

Eduardo azarkeşsiz oyunların daha çətin keçdiyini də əlavə edib: “Biz azarkeşlər üçün oynayır, onlar üçün qol vururuq. Onlarsız mübarizə aparmaq çox çətindir. Çox istərdik ki, onlar tribunalardakı yerlərini tutsunlar, komandamızı dəstəkləsinlər, oyunçuları daha da coşdursunlar, oyuna rəng qatsınlar. Niyə belə alındığını isə izah etməyə ehtiyac yoxdur. Səbəbini hamı bilir. İnsan sağlamlığı hər şeydən vacibdir. Ümid edək ki, qısa vaxtda pandemiya başa çatacaq və həyat öz axarına qayıdacaq, azarkeşlərimiz də arzuladığımız yerdə olacaqlar”.

O, iki oyunu maksimum nəticə ilə başa vuracağı təqdirdə millinin Avropa çempionatına vəsiqə əldə edəcəyinə əmin olduğunu gizlətməyib: “Əlbəttə, asan olmayacaq. Ancaq bunu bacarmaq üçün hər gün çalışırıq. Vəsiqəni vaxtından əvvəl qazanmaq üçün potensialımız da var. Sadəcə, ehtiyatlı olmalı, hər oyunun tapşırığını düzgün yerinə yetirməliyik. Ani səhv, saymazlıq komandaya baha başa gələ bilər”.

Bu arada qəhrəmanımız UEFA Çempionlar Liqası çərçivəsində ACCES – “Barselona” oyununda İspaniya təmsilçisinin qapısına vurduğu qoldan da danışıb: “Həqiqətən də maraqlı, baxımlı qol alındı. Ümumiyyətlə, bütün qollar vacibdir. Çünki məhz vurduğun qollar səni qələbəyə daşıyır. Ancaq “Barselona” kimi tarixi və çoxsaylı titulları olan komandanı məyus etmək bir başqadır. Bu komanda Avropada yox, dünyada tanınan, seçilən rəqibdir. Həmin qolu “tarixi qol” da adlandırmaq olar”.

Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Dünya futbolu2021-04-13 01:23

“Everton” səfərdən 1 xalla döndü

Dünya futbolu2021-04-13 01:08

“Sevilya”dan çətin qələbə

Dünya futbolu2021-04-13 00:51

“Sassuolo”dan səfər qələbəsi

Dünya futbolu2021-04-13 00:36

“Hoffenhaym”la “Bayer”dən heç-heçə

Dünya futbolu2021-04-12 22:25

“Fənərbaxça”dan inamlı qələbə

Dünya futbolu2021-04-12 21:10

Bəybalayevli “Telavi” doğma meydanda xalsız qaldı

Dünya futbolu2021-04-12 19:05

“Qalatasaray”ın hücumçusu əməliyyat olundu

I Divizion2021-04-12 18:23

“Qarabağ”la “Kəpəz” uduzdu, “Neftçi” və “Turan Tovuz” darmadağına sevindi

Ölkə futbolu2021-04-12 18:08

İsmayıl İbrahimli: “Hər qarşılaşmaya ciddi yanaşırıq”

Dünya futbolu2021-04-12 17:53

“Köln”ün yeni baş məşqçisi bilindi

Dünya futbolu2021-04-12 17:36

Mourinyo daha bir antirekorda imza atdı

Ölkə futbolu2021-04-12 17:17

AFFA TFF ilə VAR sistemini müzakirə etdi

Digər2021-04-12 17:00

Azərbaycanda koronavirusa 1151 yeni yoluxma, 29 ölüm faktı

Müsahibə2021-04-12 16:53

“Onları bir dəfə səfərdə məğlub etmişiksə, yenə edərik” – Yurgen “Qarabağ”ı üstün sayır

Dünya futbolu2021-04-12 16:35

“Bavariya”da Levandovski sevinci

Ölkə futbolu2021-04-12 15:13

Premyer Liqada iştirak üçün müraciət vaxtı başa çatdı

Dünya futbolu2021-04-12 14:50

Bundesliqa klubu baş məşqçisini istefaya göndərdi

Dünya futbolu2021-04-12 14:28

“Beşiktaş”da Cenk Tosun şoku – 6 ay oynamayacaq

Dünya futbolu2021-04-12 13:50

Ronaldo bu dəfə formasını yerə atdı

Dünya futbolu2021-04-12 13:24

“Real”da ciddi itki

Premyer-liqa2021-04-11 22:37

“Qarabağ” – “Sumqayıt” matçında 5 qol – VİDEO

Premyer-liqa2021-04-11 20:10

“Zirə”nin “Keşlə” ilə heç-heçəsi – VİDEO

Premyer-liqa2021-04-10 20:53

“Sabah”la “Səbail”dən heç-heçə – VİDEO

Premyer-liqa2021-04-10 19:14

“Qəbələ” – “Neftçi” matçında 4 qol – VİDEO

Milli komanda2021-04-09 10:01

Millimizin Slovakiya ilə heç-heçəsi – VİDEO

Premyer-liqa2021-04-04 20:48

“Neftçi” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

Premyer-liqa2021-04-04 14:50

“Sumqayıt”la oyundan əvvəl “Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Ölkə futbolu2021-04-01 17:29

“Fan Zona”nın növbəti buraxılışının vaxtı bəlli oldu

Ölkə futbolu2021-03-31 20:33

“Neftçi”nin “Sumqayıt”la oyuna hazırlığı davam edir – VİDEO

Ölkə futbolu2021-03-29 09:28

“Sabah” – “Sumqayıt” oyununda 5 qol – VİDEO

Dünya futbolu2021-03-28 20:56

“Neftçi”nin legioneri millidə qol vurdu – VİDEO

Milli komanda2021-03-28 17:07

Serbiya millisi Bakıya yola düşdü – VİDEO

Dünya futbolu2021-03-27 23:30

Türkiyə yığmasından darmadağın – VİDEO

Ölkə futbolu2021-03-19 00:00

“Sabah” məşqləri bərpa etdi – VİDEO

Premyer-liqa2021-03-16 18:00

3 xal qazandıran 4 qol “Neftçi TV”nin gözü ilə

Ölkə futbolu2021-03-15 12:41

Honda “Neftçi”də tibbi baxışdan keçdi – VİDEO

Premyer-liqa2021-03-14 20:20

“Neftçi” “Səbail”i darmadağınla yola saldı – VİDEO

Premyer-liqa2021-03-14 19:15

“Zirə” Qəbələdən 1 xalla döndü – VİDEO

Premyer-liqa2021-03-13 20:39

“Qarabağ” “Sabah”ı məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-03-13 16:18

Promo: “Neftçi” – “Səbail” – VİDEO

Gündəm