Dünya futbolu
“Şalke”də yeni baş məşqçi

Almaniyanın “Şalke” klubunun yeni baş məşçqisi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, Bundesliqa təmsilçisini bundan sonra Dimitrios Qrammozis çalışdıracaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 42 yaşlı yunan mütəxəssislə 1.5 illik müqavilə imzalanıb.
O, bu postda bir neçə gün öncə istefaya göndərilən Kristian Qrossu əvəz edib. Onun istefasına komandanın cari mövsümdək uğursuz çıxışı səbəb olub. “Şalke” Bundesliqada 23 turdan sonra cəmi 9 xal toplaya bilib. Komanda 18 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, Qrammozis daha öncə Almaniyada “Boxum” və “Darmştadt” klublarını çalışdırıb.
- Ölkə futbolu16 saat əvvəl
Azərbaycanın gənclərə ən çox şans verən klubları
- Ölkə futbolu16 saat əvvəl
Hədəfli və hədəfsiz sülhsevərlər
- Müsahibə9 saat əvvəl
“Onları bir dəfə səfərdə məğlub etmişiksə, yenə edərik” – Yurgen “Qarabağ”ı üstün sayır
- Ölkə futbolu17 saat əvvəl
Turun yeganə məğlubu – 10-12 nəfərlik “Sumqayıt”