Dünya futbolu
Paytaxt klubunda yeni müqavilə

İtaliyanın “Roma” klubu icarə əsasında komandada çıxış edən Rocer İbanesin transfer hüquqlarını alıb.
Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisi 22 yaşlı müdafiəçi ilə müddəti 2025-ci ilə qədər olan müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İbanes 2020-ci ilin yanvarında icarə əsasında “Atalanta”dan “Roma”ya keçmişdi. “Roma” braziliyalı müdafiəçi üçün Berqamo təmsilçisinə 8 milyon avro ödəyəcək. İbanes “canavarlar”da daha əvvəl qazandığından iki qat çox maaş alacaq.
İbanes bu mövsüm A Seriyasında 22 oyuna çıxıb.