Connect with us

Ölkə futbolu

Növbəti M(penza)E(ssyen)H(onda) dalğası

-də paylaşıldı

Azərbaycan futbolu yeni ulduz transferinə hamilədi. Səsi-sorağı gəlib, rəsmiləşməsi an məsələsidi. Futbolumuzun inkişafı adına ciddi bir şey gözləmirik, amma təbliğat baxımından maraqlı seçimdi.

Bomboz Azərbaycan futboluna rəng qatmaq baxımından Keysuke Hondanın transferi yaxşı olacaq. Lakin bu başaldadıcı görüntü ümumi futbolun səviyyəsinə xeyir verməyəcək. Nə yaş o yaşdı, nə səviyyə o səviyyə.

Son illərdə dünyanın müxtəlif nöqtələrində olan klubları əlcək kimi dəyişən, özünü futbolçudan çox reklam ulduzu kimi tanıdan yapon yarımmüdafiəçi indi də “Neftçi”yə gəlir. Karyerası ilə bağlı qərarını vermiş, hətta Kamboca millisində baş məşqçiliyə başlamış brindən Bakı klubunun lideri olmağı gözləmək axmaqlıq olar.

Amma Honda gəlir. Kilometrajı 2-3 dəfə fırlanmış birindən əsl “Honda” sürəti,keyfiyyəti gözləməyə dəyməz. Keysukenin səviyyəsi yox, adı gəlir. Bu transfer Asiyada satılacaq formaların sayına təsir edəcəksə – qətiyyən inanmıram – və ya elə “Honda” şirkəti ilə reklam müqaviləsinin reallaşması üçün vəsilə olacaqsa, olsun. Yox, bu, yalançı görüntü, kiminsə yaxşı pullar qazanması üçündüsə, heyf azarkeşlərin səmimi hisslərinə.

Bildiyimiz qədər, “Neftçi” bu transferə xərc çəkməyəcək. Honda kimlərinsə hədiyyəsidi, adı açıqlanmayan bir şirkət tərəfindən gətirilir. Paytaxt klubu uduzmayacaq, havayı başa gələn ulduz 3 ay həm klubun reklamı üçün faydalıdı, həm də təcrübəsi komandanın işinə yarayacaq. Əla formadadısa, 3-4 dəqiq cərimə zərbəsi belə “Neftçi”nin qələbələrinə yardım edəcək.

Lakin əsas olan budurki, bu tipli futbolçular balansı pozur, problemlər yaradır. Azərbaycan çempionatının bəlli səviyyəsi var və Hondanın adı yarışın üstündədi. Bununla belə, Keysukenin hamını qabağına qatıb qovacağını gözləməyin. Premyer Liqamızın spesifik cəhətləri var və ölkəmizdə oynamaq heç də su içmək qədər asan deyil. Bütün komanda buna hazır deyilsə, Honda kimi ulduzların fayda verməsi mümkün deyil. “Jiquli”yə əlavə edilən “Ferrari” güzgüsü onun sürətini artıra bilməz, əksinə, standart görüntüsünü korlayar, kobudlaşdırar.

Azərbaycan futbolunda belə nümunələr olub, nəticələri isə utancvericidi. Məsələn, həmin “Neftçi”nin dünya şöhrətli Emil Mpenzanı transfer etdiyi vaxtları xatırlayın. “Yuxarılar”ın xüsusi tapşırığı ilə gətirilən belçikalı “Neftçi”də 2010-12-ci illər ərzində 31 oyuna cəmi 6 qol vurdu. Müqayisə üçün yazaq ki, bombardir eyni sayda oyun keçirdiyi “Muskron”da 12, “Syon”da 21 qol vurmuşdu – həm də cəmi bir mövsümə. “Standart”da, “Şalke”də, “Hamburq”da, “Mançester Siti”də və digər klublardakı uğurları da öz yerində.

Yekunda nə oldu? Emil faktiki kluba heç bir xeyir vermədi, sərvət qazandı, gedəndə də klubdan şikayət edib, 1 milyon dollar təzminat aldı.

Eyni praktikadan 2019-cu ildə “Səbail” Maykl Essyenlə yararlandı. Cəmi 14 matça çıxan qanalının meydanda olduğu dəqiqələri üst-üstə gəlsək, heç 5 oyun keçirmədi. İlinə 350 min avro aldı, adı “Səbail”in 17 yaşlılarının baş məşqçisi kimi qeyd olundu, karyerasını bitirdikdən sonra klubda məşqçi kimi davam edəcəyi açıqlandı. Amma “Çelsi”, “Real”, “Milan” kimi klublarda oynamış dünya ulduzu vəd edilən yüzminləri cibinə qoyub aradan çıxdı.

Ümid edirik ki, Hondayla bağlı planlar eyni ssenariylə davam etməyəcək. Kimlərsə neft şirkətində oturub yalançı görüntü yaratmaqla pul dağıdırsa, yekunda bunun hesabatını da verməlidi. Məncə, indiki halda Hondanın transferi “Neftçi”yə problem yaradacaq. Liderliyi ələ keçirən, çempionluğa son illərdə ilk dəfə bu qədər yaxınlaşan komandanın daxilindəki sabitliyi pozmaq lazım deyil. Meydana çıxdı-çıxmadı, Keysukenin varlığı əlavə təzyiq yaradacaq.

Qərarı “Neftçi” rəhbərliyi verir, məsuliyyət də onların boynundadı. Hondanın xeyrini onlar görəcək, zərərinə onlar qatlaşacaq. Bizə yalnız “xeyirli olsun” demək qalır. Lakin Azərbaycan futbolunun inkişafı üçün dövlətin əsdirdiyi, təmizləmə əməliyyatına dönəcək KÜLƏK lazımdı, xəfif M(penza)E(ssyen)H(onda) yox.

VÜSAL MAHMUDOV

Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Premyer-liqa2021-04-17 19:06

“Keşlə” “Sabah”a qarşı – YENİLƏNİR

Dünya futbolu2021-04-17 18:22

Millimizin üzvü dubla imza atdı – VİDEO

Ölkə futbolu2021-04-17 17:33

“Neftçi” “Zirə” ilə oyuna ciddi itki ilə çıxacaq

I Divizion2021-04-17 17:17

“Neftçi”dən darmadağın, “Turan Tovuz”dan çətin qələbə

Digər2021-04-17 16:48

Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı

Dünya futbolu2021-04-17 16:41

“Yuventus” “Atalanta” ilə matça Ronaldosuz çıxacaq

Dünya futbolu2021-04-17 15:24

Premyer Liqa klubunda ayrılıq

Dünya futbolu2021-04-17 15:17

PSJ Neymarla razılığa gəldi – 30 milyon avroluq müqavilə

Ölkə futbolu2021-04-17 13:55

“Düşündüyünüzdən daha güclüyük” – Şahruddin Məhəmmədəliyev

Dünya futbolu2021-04-17 12:02

Mandzukiçdən “Milan”a 300 min avroluq jest

Ölkə futbolu2021-04-17 11:40

“Şahruddinlə danışdıq, məni başa düşdü” – Amil Yunanov

Müsahibə2021-04-17 11:02

“Zəif rəqib anlayışı bəlkə də 10 ilə əvvəl var idi”

Ölkə futbolu2021-04-17 10:38

“AÇ-2020-nin Könüllü Kuboku” turniri keçiriləcək

Dünya futbolu2021-04-17 10:03

Paşayevli “Aleksandriya” yenə uduzdu

Dünya futbolu2021-04-17 09:35

Ozan Canın vurduğu qol “Telstar”a bəs etmədi

Ölkə futbolu2021-04-17 09:00

“Qəbələ”nin ümidləri Sumqayıtda bitdi?!

Dünya futbolu2021-04-17 01:10

“Lill” “Monpelye” ilə bacarmadı

Dünya futbolu2021-04-17 01:04

“Tottenhem” “Everton”la heç-heçəyə razılaşdı

Dünya futbolu2021-04-17 00:36

“Leypsiq” doğma meydanda xal itirdi

Ölkə futbolu2021-04-17 00:10

“Qarabağ”dan Şahruddin açıqlaması: 25 tikiş qoyulub!

Dünya futbolu2021-04-17 18:22

Millimizin üzvü dubla imza atdı – VİDEO

Ölkə futbolu2021-04-17 17:33

“Neftçi” “Zirə” ilə oyuna ciddi itki ilə çıxacaq

Premyer-liqa2021-04-16 21:17

“Qarabağ” “Səbail”lə heç-heçəyə razılaşdı – VİDEO

Ölkə futbolu2021-04-16 16:47

Topdan gülüş: Fəhmin Muradbəyli və Mirabdulla Abbasov

Ölkə futbolu2021-04-15 22:22

Samir Abasov azarkeşlərin suallarını cavablandırıb – VİDEO

Ölkə futbolu2021-04-15 20:59

“Neftçi” “Zirə” ilə oyuna hazırlaşır – VİDEO

Premyer-liqa2021-04-15 11:56

Statistika: “Neftçi” – “Zirə” – VİDEO

Milli komanda2021-04-15 11:11

Millimizdən Yunanıstana dörd cavabsız qol – VİDEO

Premyer-liqa2021-04-11 22:37

“Qarabağ” – “Sumqayıt” matçında 5 qol – VİDEO

Premyer-liqa2021-04-11 20:10

“Zirə”nin “Keşlə” ilə heç-heçəsi – VİDEO

Premyer-liqa2021-04-10 20:53

“Sabah”la “Səbail”dən heç-heçə – VİDEO

Premyer-liqa2021-04-10 19:14

“Qəbələ” – “Neftçi” matçında 4 qol – VİDEO

Milli komanda2021-04-09 10:01

Millimizin Slovakiya ilə heç-heçəsi – VİDEO

Premyer-liqa2021-04-04 20:48

“Neftçi” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

Premyer-liqa2021-04-04 14:50

“Sumqayıt”la oyundan əvvəl “Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Ölkə futbolu2021-04-01 17:29

“Fan Zona”nın növbəti buraxılışının vaxtı bəlli oldu

Ölkə futbolu2021-03-31 20:33

“Neftçi”nin “Sumqayıt”la oyuna hazırlığı davam edir – VİDEO

Ölkə futbolu2021-03-29 09:28

“Sabah” – “Sumqayıt” oyununda 5 qol – VİDEO

Dünya futbolu2021-03-28 20:56

“Neftçi”nin legioneri millidə qol vurdu – VİDEO

Milli komanda2021-03-28 17:07

Serbiya millisi Bakıya yola düşdü – VİDEO

Gündəm