Ölkə futbolu
Yusuf Laval: “Hədəfimiz də hər qarşılaşmadan qalib ayrılmaqdır”

Neftçi”nin yarımmüdafiəçisi Yusuf Lavalın futbolinfo.az saytına müsahibəsi
- “Neftçi” son matçda qələbə qazanıb liderliyə yüksəldi…
- Bilirdik ki, bizi çətin oyun gözləyəcək. Lakin yaxşı hazırlaşmışdıq. Meydanda yaxşı iş gördük. Əlimizdən gələni etdik ki, 3 xal qazanaq. Biz “Neftçi”yik və hər oyuna qələbə üçün çıxmalıyıq.
- Öz çıxışını necə dəyərləndirirsən?
- Daha yaxşı olmağa çalışıram, çünki 2 ay oynamamışam. Deyə bilmərəm ki, hər oyunu tam oynamağa hazıram. Görək qarşıda necə olacaq.
- Qış fasiləsində gec döndün…
- Pasportumla bağlı problem var idi. Bu səbəbdən gec gəldim.
- Çempionluq haqqında düşünürsən?
- Hələ ki, çempionat davam edir. İndi sadəcə hər oyuna ayrı-ayrılıqda köklənmək lazımdır. Hər şeyimizi meydanda qoymalıyıq və qalib gəlməliyik.
- Qarşıdakı oyunlarda xal itirməmək vacibdir. “Neftçi” bunu bacaracaq?
- Bizim hədəfimiz var. Hədəfimiz də hər qarşılaşmadan qalib ayrılmaqdır. Hər oyunda 3 xal çox vacibdir.
- “Keşlə”yə qarşı oynayacaqsınız və rəqib heç də yaxşı günlər yaşamır…
- Düşünmürəm ki, o qədər asan oyun olacaq. Lakin biz hər şeyimizi meydanda qoyacağıq ki, qalib ayrılaq. “Keşlə”yə qalib gəlmək lazımdır.
FƏRİD