Dünya futbolu
Levandovskinin əbədi qurbanı: 14 oyuna 20 qol

“Bavariya”nln futbolçusu Robert Levandovski daha bir rekorda imza atıb. Polşalı hücumçunun rekordu Bundesliqanın son turunda Dortmund “Borussiya”sına qarşı oyunda qeydə alınıb.
32 yaşlı forvard sabiq komandası ilə görüşdə het-trik edərək indiyədək Dortmund klubuna vurduğu qollarının sayını (14 oyuna) 20-ə çatdırıb. Bundesliqa tarixində heç bir futbolçu “Borussiya”ya bu qədər qol vurmayıb.
Qeyd edək ki, Levandovski bu mövsüm Bundesliqada 23 oyuna 31 qol vurub, 6 məhsuldar ötürmə edib. O, TOP-5 liqalarının bombardiridir.
- Ölkə kuboku54 dəqiqə əvvəl
“Qarabağ” “Sumqayıt”a qarşı – YENİLƏNİR
- AÇ-202022 saat əvvəl
Türkiyə millisinin Bakı proqramı açıqlandı – AÇ-2020
- Milli komanda7 saat əvvəl
“Qarabağ”a gələndə böyük turnirlərdə oynayacağımı təsəvvür etmirdim”
- Dünya futbolu10 saat əvvəl
Anyelli “Yuventus”dan ayrılmağa qərar verdi