Ölkə futbolu
“Zirə”də argentinalı futbolçu

Ruslan Qurbanov, Davit Volkov və Filipe Paxtman kimi 3 aparıcı hücum oyunçusunu uzunmüddətli zədə səbəbindən itirən “Zirə” onların yerini doldurmağa çalışır. Mövsümün bitiminə 2:5 ay qalarkən yeni transferlər edilməsi hər nə qədər qəribə görünsə də, “qartallar” buna məcburdu.
Dünən Rodriqo Bonqonquinin transferini rəsmiləşdirən qəsəbə təmsilçisi tezliklə daha bir hücumçunun keçidini açıqlayacaq. Fransalı futbolçuyla yanaşı, argentinalı Fakundo Melivilo da baş məşqçi Rəşad Sadıqovun sərəncamında olacaq. Bakıya gələn 28 yaşlı vingerlə müqavilə bağlanacaq və o, “Qarabağ”la növbəti turun oyunu üçün sifariş ediləcək.
Cənubi amerikalı “Zirə”yə azad agent statusu ilə həlib. O, son mövsümü Çili çempionatında keçirib.