Ölkə kuboku
“Neftçi”nin yeni transferi dünya mətbuatının gündəmində

Yaponiya millisinin sabiq üzvü Keysuke Hondanın “Neftçi”yə transferi dünya mətbuatının gündəminə düşüb. Futbolinfo.az xəbər verir ki, xüsusilə Niderland və İtaliya çempionatlarında çıxışı ilə tanınan yarımmüdafiəçinin Bakıya gəlişi təəccüb doğurub. Son mövsümü Braziliya A Seriyasında keçirən ulduz oyunçunun Azərbaycan kimi ölkəyə gəlişinə bir çox ölkələrin mətbuatı yer ayırıb.
Fransanın dünyaca məşhur “L’Equipe” nəşri Hondanın “Neftçi”də oynayacağına xüsusi vurğulayıb. Türkiyənin məşhur “Fanatik” nəşri, həmçinin “NTV Spor” “samuray”ın Bakı klubuna keçidini “Hondanın yeni adresi şaşırtdı” başlığı ilə təqdim edib.
“Portimonense”də çıxışı alınmayan yapon futbolçunun Azərbaycana gəlişini “Mais Futbol” da işıqlandırıb. İtalyanın “Tuttomercatoweb” saytı isə sabiq “Milan”lının ölkəmizə gəlişini təəccüblə qarşılayıb. İngiltərənin “The Sun” nəşri də keçidə biganə qalmayıb.





