Connect with us

Milli komanda

De Byazi: “Səhvlər bizə baha başa gəlir”

-də paylaşıldı

Azərbaycan millisinin baş məşqisi Canni De Byazi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Serbiyaya qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, italyan mütəxəssis 1:2 hesabıyla uduzduqları matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Matçdan öncə fərqli qərarlar vermişdim. Azərbaycanda bombardir olmaqla beynəlxalq arenada oynamaq fərqlidir. Fiziki baxımdan güclü rəqibə qarşı oynayırdıq. Hücumçulardan razı qaldım. İkinci hissədə ön xətti gücləndirdim. Təəssüf ki, Mahir Emreli zədələndi və meydanı tərk etdi.

Təbii ki, nəticəyə görə narahatam. Fərqli nəticə arzu edirdik. Aleksandr Mitroviç 3 oyunda 5 qol vurub. 4 qol epizodumuz oldu. Təəssüf ki, yararlana bilmədik. Fərq də bundadır. Futbolçulara oyundan sonra təşəkkürümü bildirdim. Komandamdan razı qaldım. Əminəm ki, bizdə hər şey alınacaq. Bəzən səhvlər bizə baha başa gəlir”.

65 yaşlı baş məşqçinin sözlərinə görə, komandasının oyununda pozitiv hallar çoxdur: “İki güclü rəqibə qarşı oynadıq. Bu gün də son dəqiqələrdə buraxdığımız qolla uduzduq. İstənilən matçda səhv tapmaq olar. Bu gün yaxşı oynadıq. Fikirləşirəm ki, düz yoldayıq. Asan olmayacağını bilirəm. Futbolçular yavaş-yavaş dediklərimi başa düşür. Ümid edirəm ki, daha da inkişaf edəcəyik. Oyunçular hələ də fiziki baxımdan çatdıra bilmirlər”.

De Byazi Azərbaycan Premyer Liqasının bombardiri Namik Ələskərovu iştirak ərizəsinə salmamasının səbəbini də açıqlayıb: “Bütün futbolçuların oyunlarını izləyirəm. Namiq Ələskərovu yığmadan kənarlaşdırdığımı deyə bilmərəm. Sadəcə, bu gün fiziki baxımdan güclü komanda ilə oynayırdıq. Namiq bu təzyiq dözə bilməzdi. Gələcəkdə komandamıza kömək edə bilər. Anatoli Nuriyev əvəzlənməsini özü istədi. Hətta çıxarkən dedi ki, Azər Salahlı da əvəzlənmək istəyir. Nuriyev işinə çox hörmətlə yanaşan oyunçudur”.

Təcrübəli mütəxəsssis uğur qazanmaq üçün xeyli vaxt lazım olduğunu deyib: “İstəyirsiniz, sizə deyim, Albaniya millisi ilə Avropa çempionatının final mərhələsinə çıxmaq üçün nə qədər vaxt lazım oldu? 4 il. İlk 2 ildə komandanı qurduq, növbəti 2 ildə isə Danimarka və Serbiya kimi komandaları qabaqladıq. Qrupda Portuqaliya da var idi”.

De Byazi qrupda Lüksemburq və İrlandiya yığmalarına qarşı keçirəcəkləri oyunlara da toxunub: “Dünən uşaqlarla bu barədə danışırdım. Onlara dedim ki, qrupda 5-ci yerdəyik, bu pillədə qalmaq istəyirsiniz, yoxsa yox? Görürəm ki, artıq məni başa düşürlər. Gələcəkdə də bu fəlsəfə ilə davam edəcəyik. Hazırda heyətdə yeganə legioner Anatoli Nuriyevdir. O da Ukraynanın 13-cü komandasında çıxış edir. Fərid Nəbiyevi tanıyıram. Çexiyanın 2-ci divizionunda oynayır. Hazırda milliyə çağırılan futbolçular daha hazırdırlar”.

Baş məşqçi Dmitri Nazarov, Eddi İsrafilov, Rüfət Dadaşov kimi legionerlərin yenidən yığmaya dəvət olunması məsələsinə də toxunub: “Hazırda daha çox çempionatda oynayan futbolçuları götürürük. Düşünürəm ki, onlarla işləmək daha asandır. İnanıram ki, inkişaf edəcəyik. Mən Albaniya millisinə yeni təyin olunanda vəziyyət yaxşı deyildi. Heç kim komandanın uğur qazanmasına inanmırdı. Amma biz final mərhələsinə vəsiqə qazandıq”.

De Byazi Aleksey İsayevin erməni dostu ilə bağlı paylaşımına da münasibət bildirib: “Uşaq özü də böyük səhv etdiyini başa düşüb. Həmin dəqiqə paylaşımı sildi. Gənc oyunçudur. Onu öldürmək düzgün olmaz”.

Mütəxəssis bildirib ki, AFFA çempionatın formatını dəyişmək üçün əlindən gələni edir: “Biz də çox futbolçunun olmasını istərdik. Avropada oynayan oyunçularımız azdır. Ona görə də əsas diqqəti gənclərə veririk”.

Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Dünya futbolu2021-05-12 00:20

“Mançester Yunayted” uduzdu, “Mançester Siti” çempion oldu

Dünya futbolu2021-05-11 23:44

“Beşiktaş”la “Fənərbaxça” uduzdu, “Qalatasaray” qalib gəldi

Dünya futbolu2021-05-11 21:22

Vüqar Bəybalayev oynadı, komandası böyük hesabla uduzdu

Dünya futbolu2021-05-11 20:04

La Liqa klubundan ayrılır – 9 il sonra

Dünya futbolu2021-05-11 19:08

Bundesliqa klubunda yeni müqavilə

I Divizion2021-05-11 18:47

Birinci Divizionda gümüş və bürünc mükafatçılar bəlli oldu

I Divizion2021-05-11 18:28

“Kəpəz”lə “Qarabağ” səfərdə, “Turan Tovuz”la “Neftçi” evdə uduzdu

Digər2021-05-11 17:09

Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı

Dünya futbolu2021-05-11 16:18

PSJ-nin futbolçusu üçün mövsüm bitdi

Dünya futbolu2021-05-11 15:53

“Spartak” Ayaz Quliyevlə yollarını ayırdı

Dünya futbolu2021-05-11 15:29

Premyer Liqada koronavirusa bir yeni yoluxma

Premyer-liqa2021-05-11 14:41

Premyer Liqanın 27-ci turu rəqəmlərin gözü ilə

Dünya futbolu2021-05-11 14:07

“Yuventus” A Seriyasından kənarlaşdırıla bilər

Ölkə futbolu2021-05-11 13:48

Təmkin Xəlilzadədən “Neftçi” ilə bağlı açıqlama

Müsahibə2021-05-11 13:26

Seydiyev “Qarabağ”ın şanslı günündə olduğunu düşünür: “Məcburiyyət deməzdim”

Dünya futbolu2021-05-11 12:45

“Mançester Yunayted”dən Premyer Liqada tarixi nəticə

Dünya futbolu2021-05-11 12:15

Azarkeşlər mayın 17-dən stadionlara buraxılacaq

Dünya futbolu2021-05-11 11:53

İnyestadan Yaponiya klubu ilə yeni müqavilə

Dünya futbolu2021-05-11 11:22

“Milan”da İbrahimoviç şoku

Dünya futbolu2021-05-11 10:51

Super Liqa klubunda yeni müqavilə

Premyer-liqa2021-05-09 21:48

“Zirə” ilə “Qəbələ”dən heç-heçə – VİDEO

Premyer-liqa2021-05-08 23:16

“Neftçi” 3 xalı 4 cavabsız qolla qazandı – VİDEO

Premyer-liqa2021-05-08 21:15

“Sumqayıt” “Keşlə”yə belə qalib gəldi – VİDEO

Dünya futbolu2021-05-07 09:47

“Arsenal” “Vilyarreal” səddini keçə bilmədi – VİDEO

Dünya futbolu2021-05-07 09:28

“Roma” – “Mançester Yunayted” matçında 5 qol – VİDEO

Ölkə futbolu2021-05-07 00:31

Novruzov Nepalda qol hesabını açdı – VİDEO

Premyer-liqa2021-05-06 14:35

Statistika: “Səbail” – “Neftçi”

Dünya futbolu2021-05-06 01:38

“Real” “Çelsi” səddini keçə bilmədi – VİDEO

Ölkə futbolu2021-05-05 17:51

“Azərbaycana uyğunlaşmaq məndə alınır” – VİDEO

Dünya futbolu2021-05-05 09:00

PSJ “Mançester Siti” ilə yenə bacarmadı – VİDEO

Premyer-liqa2021-05-04 23:38

“Sabah” Sumqayıtdan inamlı qələbə ilə döndü – VİDEO

Premyer-liqa2021-05-04 21:43

“Qarabağ” “Zirə” ilə heç-heçəyə razılaşdı – VİDEO

Premyer-liqa2021-05-03 22:52

“Səbail” “Qəbələ”ni məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-05-03 22:02

“Keşlə” “Neftçi”yə böyük hesabla uduzdu – VİDEO

Ölkə futbolu2021-05-03 15:31

“Keşlə” ilə oyunöncəsi “Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Ölkə kuboku2021-04-30 18:52

Hakim Abanqa da “qırmızı” verməliydi – VİDEO

Ölkə kuboku2021-04-30 13:57

Vüsala sarı, Lazara qırmızı vərəqə: “Zirə” – “Keşlə” oyununda iki mübahisəli an – VİDEO

Ölkə kuboku2021-04-29 21:30

“Sumqayıt” “Qarabağ”ı finala buraxmadı – VİDEO

Dünya futbolu2021-04-27 17:35

Məşq zamanı meydançaya timsah girdi – VİDEO

Premyer-liqa2021-04-26 01:35

“Keşlə” qələbə həsrətinə son qoydu – VİDEO

Gündəm