Connect with us

Milli komanda

Daha bir rəzalətli start: kimdir günahkar?

-də paylaşıldı

Oyunu, taktikanı, məşqçi seçimlərini, futbolçu səhvlərini, rəqibin gücünü və s. boş verin. Azərbaycan- Serbiya matçını təhlil etmək vaxt itkisidi. Normal çempionatı, legionerləri, yekunda millisi olan ölkələrdə buna ehtiyac duyulur. Və bəlkə də illər öncə bizdə də buna gərək var idi, indi yoxdu.

Canni de Byazinin çərənləməsinə diqqət edin – şikayətlənir, rəqibin oyunçularının səviyyəsindən danışır. İtalyan müqavilə bağlayanda başqa şeylərdən, məsələn, böyük potensialdan, yaxşı işlər görəcəyinə əminliyindən bəhs edirdi. İndi isə bəhanə axtarır, nala-mıxa vurur. Müqavilə bağlayanda pulun şirinliyi gözünü tutmuşdu, nəticə olmayanda səbəb axtarır.

Halbuki hətta indiki heyətlə bu yığmanın daha yaxşı nəticələr göstərməsi mümkündü. İstedadlı, bacarıqlı yerli mütəxəssislərdən hansını istəyirsən, milli komandaya baş məşqçi qoy, dünənki Serbiyadan azı bir xal alardı. Ona görə yox ki, biz daha güclüyük, ona görə ki, əlimizə yorğun rəqib düşmüşdü. De Byazi Qətərlə sınaq matçında əsas heyətə istirahət vermişdisə, serblər 3 gün öncə Portuqaliya ilə həlledici matça çıxmışdı. Vəziyyəti düzgün dəyərləndirmək kifayət edirdi.

De Byazi nə etdi? Müdafiəçilərdən qala düzəldib təsadüfi qola ümid etdi və dabanını… qaşıdı. Aqressiv oyunla dizə şökdürülməsi mümkün olan rəqib özünə sərf edən templə oynadı, istədiyi vaxt qollarını vurdu və qələbə qazandı. İnanın, təsadüfi penalti qolu olmasaydı, Portuqaliya ilə matçdakı kimi hesab 1:0 olacaqdı. Bərabərlik qolundan sonra rəqib qısa zaman ərzində qələbə topunu vurdu.

Rəqib məşq edirmiş kimi oynayır, vaxtın bitməsini gözləyirdi. Serb futbolçular gücünə qənaət edir, rahat 3 xalın qazanıldığını elan edən final fitinin həsrətindəydi. 3 həftəlik toplanış zamanı oyunçuları fiziki cəhətdən yükləyən, psixoloji cəhətdən məhv edən de Byazinin səriştəsizliyi buna imkan yaratmışdı.

Cərimə meydançasına basdırılmış işıq dirəyi təəsüratı oyadan Elvin Bədəlovun start heyətində olması, çempionatımızın bombardirlərinin kənarda saxlanması detallardı. Belə nümunələri çox sadalamaq olar, lakin mənasızdı. De Byazi minimal hesablı məğlubiyyətlərlə gözə kül üfürür, müqaviləsinin bitimini gözləyir ki, pulunu qazansın. İmkan düşəndə Albaniya millisində işlədiyi dönəmi yada salır, minimum 4 il vaxt istəyir. Hiyləgərdi, Berti Foqtsun getdiyi yolla yürüyür.

De Byazini, futbolçuları, ümumiyyətlə, yığma komandanı bir kənara qoyun. Bir top artıq, bir top əskik – məğlubiyyətə məhkumuq. Futbolumuz xəstədi, ciddi müalicə olunmayınca belə də davam edəcək. AFFA rəhbərliyi 14 il ərzindəki fəaliyyətsizliyi ilə bizi uçurumun dibinə yuvarlayıb. Sistemsizlik, yanlış strategiya davam etdikcə hətta təsadüfi qələbələr də mümkün deyil.

Və bu adamlar – AFFA-nın indiki rəhbərliyi istefa verməyincə heç nə düzəlməyəcək. Bu işlər yırtığa yamaq vurmaqla olmur. Futbolumuzun başına başqa elxansifətlərin gəlməsiylə nəsə dəyişməyəcək, yalnız adlar yenilənəcək. Bu sahə peşəkarlara, mütəxəssislərə, ən əsası, vətənpərvər azərbaycanlılara tapşırılmalıdı, Məmmədov kimi ancaq özünün və ağalarının mənfəətlərni güdənlərə yox.

Daha bir seçmə mərhələni startdaca itirdik. 3 turdan sonra xalsız və qrup sonuncusuyuq. Heç kim yığmamızdan dünya çempionatına getməyi gözləmir, amma heç olmasa, hədəf olmalıdı, ən azı əvvəlki tsikllərdən daha yaxşı çıxış etməyə çalışmalıyıq. 2,3, 5 xal heç nəyi dəyişməyəcək, pillə-pillə irəliləməliyik. Böyük turnirlərə qatılmış Latviya, Albaniya, İslandiya kimi maraqlı layihə ortaya qoyulmalı, onun üçün mübarizə aparılmalı, ona uyğun iş qurulmalıdı. Bizdə isə…

Azərbaycan futbolu uçurumun dibindədi, daha oyanası yoxdu. Və bu biabırçılığa görə tənqid edilməli adamlar təkcə AFFA rəhbərliyi deyil. 14 ildi futbolun inkişafı üçün heç nə etməyən, əksinə, faciəvi geriləmənin səbəbkarı olan Rövnəq Abdullayev günahkardı, amma ən böyük günahkar onun hələ də bu postda qalmasına göz yumanlar, ölkədə idmanın inkişafına məsul olan və hesabat istəməyənlərdi; AFFA-ya indiki prezidentdən daha əvvəl gələn və futbol təsərrüfatına de-fakto rəhbərlik edən, deməli, həm də əsas məsuliyyət sahibi olan Elxan Məmmədov günahkardı, amma ən böyük günahkar onu baş katib postuna namizəd göstərib təsdiqlətdirən, hamımızı zibilə salan eyyubovlar və digər hamiləridi; yalnız əl qaldırmaqla işini bitmiş sayan İcraiyyə Komitəsinin üzvləri günahkardı, amma ən böyük günahkar onların addımlarının ssenarisini cızan, “yuxarılar”ı yalanları ilə inandıran, ötən ildən millinin nəticələrinə birbaşa cavabdeh olduğu Məmmədov tərəfindən dilə gətirilən Elşad Nəsirovdu.

Siyahını uzatmaq olar. Amma bu siyahıda məşqçi və futbolçular son sıralardadı. Futbolumuzu ağlar qoyanları müdafiə edib, onlara dəstək verənlər Azərbaycanın uğurunu istəməyənlərdi. Onlar qalib ölkənin imicini korlamağa, bütün sahələrdə problemlər çıxarmağa, uğursuzluqları sıralamağa çalışırlar.

Bu səbəbdən mətbuatda dünənki oyunun təhlilini axtarmayın, normal milli komandanın, normal məşqçinin, normal futbolçuların işini təhlil edərlər, perspektiv görünən məsləylə bağlı fikir mübadiləsi apararlar. Xəstə futbol sisteminin xəstə məhsulunun üfunətində heç kim özünə əziyyət verməyəcək. Bizim milli komandamız yoxdu, erməniyə “qardaş” deyən milliləşənlərdən ibarət yığma var. O da Azərbaycanı rəzil etməklə məşğuldu. Elxan Məmmədovun ssenarisiylə…

FƏRİD

Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Dünya futbolu2021-05-09 01:21

“Mançester Siti” “Çelsi”yə evdə uduzdu

Dünya futbolu2021-05-09 01:08

“Atletiko” və “Barselona” “sülh”ə razılaşdı

Dünya futbolu2021-05-09 00:48

“İnter”lə “Napoli”dən darmadağın

Dünya futbolu2021-05-09 00:34

“Bavariya” 3 xalı 6 cavabsız qolla qazandı

Dünya futbolu2021-05-09 00:12

Liqa 1-də daha iki darmadağın

Dünya futbolu2021-05-08 23:43

“Qalatasaray” “Beşiktaş”a qalib gəldi

Premyer-liqa2021-05-08 23:16

“Neftçi” 3 xalı 4 cavabsız qolla qazandı – VİDEO

Premyer-liqa2021-05-08 22:53

“Buraya qələbə üçün gəlmişdik” – Vəfadar Quliyev

Premyer-liqa2021-05-08 22:41

“Bizdə əhval-ruhiyyə o səviyyədə deyil” – Aftandil Hacıyev

Premyer-liqa2021-05-08 22:11

“Səbail” “Neftçi”yə, “Keşlə” “Sumqayıt”a uduzdu

Premyer-liqa2021-05-08 21:52

“Futbolçularım böyük xarakter göstərdilər” – Ayxan Abbasov

Premyer-liqa2021-05-08 21:31

“Oyunumuzdan həzz almalıyıq” – Sənan Qurbanov

Premyer-liqa2021-05-08 21:15

“Sumqayıt” “Keşlə”yə belə qalib gəldi – VİDEO

Dünya futbolu2021-05-08 20:38

“Bavariya” ardıcıl 9-cu dəfə çempion oldu

Dünya futbolu2021-05-08 19:42

Serxio Ramos yenidən zədələndi

Ölkə futbolu2021-05-08 19:16

AFFA VAR layihəsi ilə bağlı tender elan etdi

Ölkə futbolu2021-05-08 19:05

Təmkin qismən bağışlandı, “Sabah” və “Neftçi”nin şikayəti təmin edilmədi

Digər2021-05-08 19:02

Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı

Dünya futbolu2021-05-08 18:17

PSJ Neymarla müqaviləni yenilədi

Ölkə futbolu2021-05-08 18:15

“AFFA-nın bu komandaları Premyer Liqada saxlamaq istəyində olduğunu düşünmürəm”

Premyer-liqa2021-05-08 23:16

“Neftçi” 3 xalı 4 cavabsız qolla qazandı – VİDEO

Premyer-liqa2021-05-08 21:15

“Sumqayıt” “Keşlə”yə belə qalib gəldi – VİDEO

Dünya futbolu2021-05-07 09:47

“Arsenal” “Vilyarreal” səddini keçə bilmədi – VİDEO

Dünya futbolu2021-05-07 09:28

“Roma” – “Mançester Yunayted” matçında 5 qol – VİDEO

Ölkə futbolu2021-05-07 00:31

Novruzov Nepalda qol hesabını açdı – VİDEO

Premyer-liqa2021-05-06 14:35

Statistika: “Səbail” – “Neftçi”

Dünya futbolu2021-05-06 01:38

“Real” “Çelsi” səddini keçə bilmədi – VİDEO

Ölkə futbolu2021-05-05 17:51

“Azərbaycana uyğunlaşmaq məndə alınır” – VİDEO

Dünya futbolu2021-05-05 09:00

PSJ “Mançester Siti” ilə yenə bacarmadı – VİDEO

Premyer-liqa2021-05-04 23:38

“Sabah” Sumqayıtdan inamlı qələbə ilə döndü – VİDEO

Premyer-liqa2021-05-04 21:43

“Qarabağ” “Zirə” ilə heç-heçəyə razılaşdı – VİDEO

Premyer-liqa2021-05-03 22:52

“Səbail” “Qəbələ”ni məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-05-03 22:02

“Keşlə” “Neftçi”yə böyük hesabla uduzdu – VİDEO

Ölkə futbolu2021-05-03 15:31

“Keşlə” ilə oyunöncəsi “Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Ölkə kuboku2021-04-30 18:52

Hakim Abanqa da “qırmızı” verməliydi – VİDEO

Ölkə kuboku2021-04-30 13:57

Vüsala sarı, Lazara qırmızı vərəqə: “Zirə” – “Keşlə” oyununda iki mübahisəli an – VİDEO

Ölkə kuboku2021-04-29 21:30

“Sumqayıt” “Qarabağ”ı finala buraxmadı – VİDEO

Dünya futbolu2021-04-27 17:35

Məşq zamanı meydançaya timsah girdi – VİDEO

Premyer-liqa2021-04-26 01:35

“Keşlə” qələbə həsrətinə son qoydu – VİDEO

Premyer-liqa2021-04-26 01:27

“Zirə” ilə “Sumqayıt”dan heç-heçə – VİDEO

Gündəm