Dünya futbolu
“Bavariya” Qnabrini də itirdi – PSJ ilə oyundan öncə

Almaniya çempionu “Bavariya” UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində Fransanın PSJ klubuna qarşı keçirəcəyi ilk oyun öncəsi daha bir futbolçusunun xidmətindən məhrum olub.
Futbolinfo.az xəbər verir ki, Münhen təmsilçisinin yarımmüdafiəçisi Serj Qnabri bu vacib oyunda komandasına kömək edə bilməyəcək.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə Qnabrinin koronavirusa yoluxduğu diqqətə çatdırılıb. Karantinə alınan 26 yaşlı oyunçunun durumunun qənaətbəxş olduğu və özünü yaxşı hiss etdiyi bildirilib.
Xatırladaq ki, “Bavariya” daha öncə əsas hücumçusu Robert Levandovskinin xidmətindən məhrum olmuşdu. Bundesliqa təmsilçisinin bombardiri zədə səbəbindən parislilərə qarşı oynaya bilməyəcək.
Qeyd edək ki, “Bavariya” – PSJ oyunu aprelin 7-də keçiriləcək.
- Ölkə futbolu15 saat əvvəl
Azərbaycanın gənclərə ən çox şans verən klubları
- Ölkə futbolu15 saat əvvəl
Hədəfli və hədəfsiz sülhsevərlər
- Müsahibə9 saat əvvəl
“Onları bir dəfə səfərdə məğlub etmişiksə, yenə edərik” – Yurgen “Qarabağ”ı üstün sayır
- Ölkə futbolu17 saat əvvəl
Turun yeganə məğlubu – 10-12 nəfərlik “Sumqayıt”