Connect with us

Milli komanda

“Millidəki oyunlar mənim üçün çox yaxşı təcrübə oldu” – Anatoli Nuriyev

-də paylaşıldı

Ukraynanın “Minay” klubunun kapitanı Anatoli Nuriyev futbol üzrə Azərbaycan milli komandasındakı debütündən danışıb.

Futbolinfo.az xəbər verir ki, 24 yaşlı hücumçu klubunun rəsmi saytına açıqlamasında DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Portuqaliya (0:1) və Serbiyaya (1:2) qarşı oyunlardan, eləcə də Qətərlə yoldaşlıq matçındakı çıxışından söz açıb:

“Təəssüratlarım, əlbəttə ki, müsbətdir. Yığmaya ilk dəfə qoşulanda harada olduğumu və eyni meydanda kimlərlə oynayacağımı yaxşı dərk etmirdim. Evdə isə artıq şüur öz yerinə qayıdır. Duyğular bir az sakitləşəndə mən millidə oynamağın, Kristiano Ronaldo, Bruno Fernandes, Duşan Tadiç kimi futbolçulara, ümumiyyətlə Portuqaliya və Serbiya yığmalarına qarşı mübarizə aparmanğın nə qədər şərəfli və gözəl olduğunu başa düşdüm. Bu, mənim üçün çox yaxşı təcrübə oldu. Ronaldo haqqında nə deyə bilərəm? Onu izləmək maraqlı idi. O, böyük nailiyyətləri və titulları olan futbolçudur. Ronaldoya qarşı oynamaq xoş idi”.

Millimizin üzvü hər qarşılaşmada fərqli mövqelərdə oynadığını söyləyib: “Portuqaliya ilə görüşdə sol cinah yarımmüdafiəçisi, Qətərlə matçda hücumçunun arxasında, Serbiya ilə oyunda isə 2-ci forvard kimi çıxış etdim. Sonuncu variantı daha çox bəyənirəm və baş məşqçi də məni bu mövqedə görür”.

Futbolçu A qrupundakı ən çətin matçın serbiyalılara qarşı olduğunu vurğulayıb: “İlk hissədə biz qaçır, müdafiə olunurduq. İkinci yarıda isə oyunu bərabərləşdirdik. Topa daha çox sahib olmağa və hücumlar qurmağa başladıq. Ümumilikdə, olduqca çətin bir matç keçirdik. Halbuki, xal qazanmağa yaxın olsaq da, buna nail ola bilmədik”.

Nuriyev Portuqaliya yığması ilə üz-üzə gəldikləri İtaliyanın “Yuventus” sadionunu xüsusi fərqləndirib: “Çox yığcam və rahat idi. Debretsendəki arena və Bakı Olimpiya Stadionu da xoşuma gəldi. Sonuncuda ot örtüyü sadəcə möhtəşəm idi”.

Forvard millimizin digər üzvləri ilə tanışlığından da söz açıb: “Daha öncə heç kimlə tanışlığım yox idi. İlk dəfə komandanın şam yeməyində bütün futbolçularla salamlaşdım, tanış oldum. Orada heç bir rəqs və ya mahnı yox idi”.

Nuriyev yenidən Azərbaycan millisinə çağırılacağına ümid etdiyini bildirib: “Dəvət üçün bundan sonra da yaxşı oyun nümayiş etdirəcəyimə ümidvaram”.

Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Dünya futbolu2021-04-13 01:23

“Everton” səfərdən 1 xalla döndü

Dünya futbolu2021-04-13 01:08

“Sevilya”dan çətin qələbə

Dünya futbolu2021-04-13 00:51

“Sassuolo”dan səfər qələbəsi

Dünya futbolu2021-04-13 00:36

“Hoffenhaym”la “Bayer”dən heç-heçə

Dünya futbolu2021-04-12 22:25

“Fənərbaxça”dan inamlı qələbə

Dünya futbolu2021-04-12 21:10

Bəybalayevli “Telavi” doğma meydanda xalsız qaldı

Dünya futbolu2021-04-12 19:05

“Qalatasaray”ın hücumçusu əməliyyat olundu

I Divizion2021-04-12 18:23

“Qarabağ”la “Kəpəz” uduzdu, “Neftçi” və “Turan Tovuz” darmadağına sevindi

Ölkə futbolu2021-04-12 18:08

İsmayıl İbrahimli: “Hər qarşılaşmaya ciddi yanaşırıq”

Dünya futbolu2021-04-12 17:53

“Köln”ün yeni baş məşqçisi bilindi

Dünya futbolu2021-04-12 17:36

Mourinyo daha bir antirekorda imza atdı

Ölkə futbolu2021-04-12 17:17

AFFA TFF ilə VAR sistemini müzakirə etdi

Digər2021-04-12 17:00

Azərbaycanda koronavirusa 1151 yeni yoluxma, 29 ölüm faktı

Müsahibə2021-04-12 16:53

“Onları bir dəfə səfərdə məğlub etmişiksə, yenə edərik” – Yurgen “Qarabağ”ı üstün sayır

Dünya futbolu2021-04-12 16:35

“Bavariya”da Levandovski sevinci

Ölkə futbolu2021-04-12 15:13

Premyer Liqada iştirak üçün müraciət vaxtı başa çatdı

Dünya futbolu2021-04-12 14:50

Bundesliqa klubu baş məşqçisini istefaya göndərdi

Dünya futbolu2021-04-12 14:28

“Beşiktaş”da Cenk Tosun şoku – 6 ay oynamayacaq

Dünya futbolu2021-04-12 13:50

Ronaldo bu dəfə formasını yerə atdı

Dünya futbolu2021-04-12 13:24

“Real”da ciddi itki

Premyer-liqa2021-04-11 22:37

“Qarabağ” – “Sumqayıt” matçında 5 qol – VİDEO

Premyer-liqa2021-04-11 20:10

“Zirə”nin “Keşlə” ilə heç-heçəsi – VİDEO

Premyer-liqa2021-04-10 20:53

“Sabah”la “Səbail”dən heç-heçə – VİDEO

Premyer-liqa2021-04-10 19:14

“Qəbələ” – “Neftçi” matçında 4 qol – VİDEO

Milli komanda2021-04-09 10:01

Millimizin Slovakiya ilə heç-heçəsi – VİDEO

Premyer-liqa2021-04-04 20:48

“Neftçi” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

Premyer-liqa2021-04-04 14:50

“Sumqayıt”la oyundan əvvəl “Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Ölkə futbolu2021-04-01 17:29

“Fan Zona”nın növbəti buraxılışının vaxtı bəlli oldu

Ölkə futbolu2021-03-31 20:33

“Neftçi”nin “Sumqayıt”la oyuna hazırlığı davam edir – VİDEO

Ölkə futbolu2021-03-29 09:28

“Sabah” – “Sumqayıt” oyununda 5 qol – VİDEO

Dünya futbolu2021-03-28 20:56

“Neftçi”nin legioneri millidə qol vurdu – VİDEO

Milli komanda2021-03-28 17:07

Serbiya millisi Bakıya yola düşdü – VİDEO

Dünya futbolu2021-03-27 23:30

Türkiyə yığmasından darmadağın – VİDEO

Ölkə futbolu2021-03-19 00:00

“Sabah” məşqləri bərpa etdi – VİDEO

Premyer-liqa2021-03-16 18:00

3 xal qazandıran 4 qol “Neftçi TV”nin gözü ilə

Ölkə futbolu2021-03-15 12:41

Honda “Neftçi”də tibbi baxışdan keçdi – VİDEO

Premyer-liqa2021-03-14 20:20

“Neftçi” “Səbail”i darmadağınla yola saldı – VİDEO

Premyer-liqa2021-03-14 19:15

“Zirə” Qəbələdən 1 xalla döndü – VİDEO

Premyer-liqa2021-03-13 20:39

“Qarabağ” “Sabah”ı məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-03-13 16:18

Promo: “Neftçi” – “Səbail” – VİDEO

Gündəm