Connect with us

Ölkə futbolu

Əliyar Ağayevin səhv seçimi – İlk qolu “Neftçi” vursaydı…

-də paylaşıldı

Hələ heç nə bitməyib, “Neftçi”nin taleyi yenə öz əlindədi. “Qarabağ” hətta bu gün qalib gəlsə, liderlər arasındakı xal fərqi son turdakı şəxsi oyunda aradan qaldırıla biləcək həddə olacaq.

Bununla belə, bakılıların son iki matçda 5 xal itirməsi Samir Abasov üçün həyəcan siqnalı olmalıdı. Komandanın real çempionluq şansları məhz belə büdrəmələr sayəsində əriyir. Çempionluq istəyən komanda belə ounlarda xal itirməməlidi. Uğursuzluq sıralanırsa, deməli, yolunda getməyən nələrsə var.

“Neftçi”nin baş məşqçisinin heyətdə ciddi dəyişikliklər etməsinin səbəbləri var idi. Cəzalı və zədəli oyunçuların yerini doldurmaq üçün şans qazananlardan Səlahət Ağayev ikinci qolda çıxışda səhviylə diqqət çəkdisə, Mirabdulla Abbasov çətin vəziyyətdən fərqlənməsiylə alqış qazandı. Yusuf Lavalın cinahını dəyişməsi birinci hissədə parlaq oyunuyla əlamətdar oldusa, fasilədən sonra “Qəbələ” müdafiəçiləri onu zərərsizləşdirməyin yolunu tapdı. Mamadu Mbodjsuz müdafiə xəttinin rəqibə çoxlu qol epizodu verməsi, buraxılan hər iki qolda say çoxluğundan yararlanmağı bacarmaması qeyd edilməlidi.

İlk dəfə start heyətində yer alan Keysuke Honda Maykl Essyen kimi tamamilə yararsız deyil, oyunun gedişində təcrübəsini dəfələrlə göstərdi. Amma sürətli oyun zamanı yapon çatdırmır, “piyada futbolu”nda klassını göstərirdi. Təsadüfi deyil, komanda müdafiə olunan zaman onun əvəzinə mərkəz hücumçusu Mirabdulla geri qayıdırdı. Bununla belə, Honda gələndən sonra qələbəyə həsrət qalan “Neftçi”də bəzi dəyişikliklər görünür. Meydandakı azadlığı məhdudlaşan Sabir Buqrin əvvəlki kimi parlaq oynamır, mərkəz hücumlarında ritm zəifləyib.

Hər iki tərəfin çoxsaylı qol epizodlarının olduğu oyunda “Qəbələ”nin əsas dəyişikliyi Kamal Mirzəyevlə bağlı idi. Cəzalı Merab Qiqaurinin boşluğunu doldurmalı olan yarımmüdafiəçi penaltiyə səbəbkar olmaqdan əlavə, bir neçə dəfə rəqiblə ikili mübarizələrdə çatdırmadığını göstərdi.

“Neftçi”nin iki dəfə hesabda geri düşməsinə baxmayaraq, məğlubiyyətdən qaçması müsbət məqam sayıla bilər. Lakin bakılıların bu aqibətlə üzləşməməsi də mümkün idi. 28-ci dəqiqədə Emin Mahmudova qarşı aşkar kobudluq penaltiylə dəyərləndirilsəydi, bəlkə də indi fərqli nəticədən danışırıq. “Neftçi” rəhbərliyinin bu epizodla bağlı AFFA-ya şikayət edəcəyinə ümid edirik. Düzdü, nəticə dəyişməyəcək, amma ən azı Əliyar Ağauevin simulyasiya cəhdinə görə sarı vərəqə vediyi Emin Mahmudova edilən haqsızlıq aradan götürülər.

Turun digər matçı da xal bölgüsüylə bitdi. Baxmayaraq ki, Ramin Quliyevin baş məşqçi postuna əyləşməsindən sonra daha inalı, daha parlaq oynayan “Sabah” qələbəyə layiq idi. Saysız qol epizodlarını boşa verən Masazır təmsilçisi ruhdan düşməsə, məğlubiyyətsiz oyunlar seriyasını uzadacaq. Onsuz da bu mövsüm itirilib, yeni futbol ili üçün heyət, oyun üslubu planlaması indidən başlamalıdı.

Ən zəif heyətə malik olan “Səbail” xalları dişlə, dırnaqla qazanır. Aftandil Hacıyev minimal imkanlarla maksimum nəticəyə çalışır və indiki halda məğlub olmamaq da uğur sayılmalıdı.

FƏRİD

Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Dünya futbolu2021-05-11 21:22

Vüqar Bəybalayev oynadı, komandası böyük hesabla uduzdu

Dünya futbolu2021-05-11 20:04

La Liqa klubundan ayrılır – 9 il sonra

Dünya futbolu2021-05-11 19:08

Bundesliqa klubunda yeni müqavilə

I Divizion2021-05-11 18:47

Birinci Divizionda gümüş və bürünc mükafatçılar bəlli oldu

I Divizion2021-05-11 18:28

“Kəpəz”lə “Qarabağ” səfərdə, “Turan Tovuz”la “Neftçi” evdə uduzdu

Digər2021-05-11 17:09

Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı

Dünya futbolu2021-05-11 16:18

PSJ-nin futbolçusu üçün mövsüm bitdi

Dünya futbolu2021-05-11 15:53

“Spartak” Ayaz Quliyevlə yollarını ayırdı

Dünya futbolu2021-05-11 15:29

Premyer Liqada koronavirusa bir yeni yoluxma

Premyer-liqa2021-05-11 14:41

Premyer Liqanın 27-ci turu rəqəmlərin gözü ilə

Dünya futbolu2021-05-11 14:07

“Yuventus” A Seriyasından kənarlaşdırıla bilər

Ölkə futbolu2021-05-11 13:48

Təmkin Xəlilzadədən “Neftçi” ilə bağlı açıqlama

Müsahibə2021-05-11 13:26

Seydiyev “Qarabağ”ın şanslı günündə olduğunu düşünür: “Məcburiyyət deməzdim”

Dünya futbolu2021-05-11 12:45

“Mançester Yunayted”dən Premyer Liqada tarixi nəticə

Dünya futbolu2021-05-11 12:15

Azarkeşlər mayın 17-dən stadionlara buraxılacaq

Dünya futbolu2021-05-11 11:53

İnyestadan Yaponiya klubu ilə yeni müqavilə

Dünya futbolu2021-05-11 11:22

“Milan”da İbrahimoviç şoku

Dünya futbolu2021-05-11 10:51

Super Liqa klubunda yeni müqavilə

I Divizion2021-05-11 10:35

Sultanov AFFA-nın qərarını rəzalət sayır: “Ya futbola “əlvida” deyilməlidir, ya da onu bu günə salanlara”

Dünya futbolu2021-05-11 10:16

Premyer Liqanı tərk edəcək sonuncu klub da bəlli oldu

Premyer-liqa2021-05-09 21:48

“Zirə” ilə “Qəbələ”dən heç-heçə – VİDEO

Premyer-liqa2021-05-08 23:16

“Neftçi” 3 xalı 4 cavabsız qolla qazandı – VİDEO

Premyer-liqa2021-05-08 21:15

“Sumqayıt” “Keşlə”yə belə qalib gəldi – VİDEO

Dünya futbolu2021-05-07 09:47

“Arsenal” “Vilyarreal” səddini keçə bilmədi – VİDEO

Dünya futbolu2021-05-07 09:28

“Roma” – “Mançester Yunayted” matçında 5 qol – VİDEO

Ölkə futbolu2021-05-07 00:31

Novruzov Nepalda qol hesabını açdı – VİDEO

Premyer-liqa2021-05-06 14:35

Statistika: “Səbail” – “Neftçi”

Dünya futbolu2021-05-06 01:38

“Real” “Çelsi” səddini keçə bilmədi – VİDEO

Ölkə futbolu2021-05-05 17:51

“Azərbaycana uyğunlaşmaq məndə alınır” – VİDEO

Dünya futbolu2021-05-05 09:00

PSJ “Mançester Siti” ilə yenə bacarmadı – VİDEO

Premyer-liqa2021-05-04 23:38

“Sabah” Sumqayıtdan inamlı qələbə ilə döndü – VİDEO

Premyer-liqa2021-05-04 21:43

“Qarabağ” “Zirə” ilə heç-heçəyə razılaşdı – VİDEO

Premyer-liqa2021-05-03 22:52

“Səbail” “Qəbələ”ni məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-05-03 22:02

“Keşlə” “Neftçi”yə böyük hesabla uduzdu – VİDEO

Ölkə futbolu2021-05-03 15:31

“Keşlə” ilə oyunöncəsi “Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Ölkə kuboku2021-04-30 18:52

Hakim Abanqa da “qırmızı” verməliydi – VİDEO

Ölkə kuboku2021-04-30 13:57

Vüsala sarı, Lazara qırmızı vərəqə: “Zirə” – “Keşlə” oyununda iki mübahisəli an – VİDEO

Ölkə kuboku2021-04-29 21:30

“Sumqayıt” “Qarabağ”ı finala buraxmadı – VİDEO

Dünya futbolu2021-04-27 17:35

Məşq zamanı meydançaya timsah girdi – VİDEO

Premyer-liqa2021-04-26 01:35

“Keşlə” qələbə həsrətinə son qoydu – VİDEO

Gündəm