Connect with us

Ölkə futbolu

Hədəfli və hədəfsiz sülhsevərlər

-də paylaşıldı

“Zirə” tamamilə nəticəyə köklənib. “Qartallar” hansısa oyunu qələbəylə başa vurmaqdan çox, mövsümü avrokuboklara yüksəlmək şansı verən yerdə bitirməyə fokuslanıb. Elə bu səbəbdən Rəşad Sadıqovun yetirmələri meydana məğlub olmamaq, imkan düşərsə, fürsətdən yararlanıb qalib gəlmək istəyi ilə çıxır.

Nəticələr də bunu göstərir. Sabitliyə önəm verən “Zirə” çempionatda keçirdiyi oyunların tən yarısını (11) bərabərliklə başa vurub və bu baxımdan liderdi. Ümumilikdə 18 məğlubiyyətsiz oyunu olan “Zirə”nin son 3 matçı xal bölgüsü ilə əlamətdar olub. 5 turdu qələbə görməyən qəsəbə təmsilçisi axırıncı dəfə növbəti turda üz-üzə gələcəkləri “Neftçi”ni yenib. Bu statistikaya rəğmən, komanda 3-cü pillədə möhkəmlənməkdə və daha çox büdrəyən izləyicilərindən uzaqlaşmaqdadı.

“Keşlə”nin də oxşar statistikası var. Heç-heçə sayında yalnız dünənki rəqibi “Zirə”dən geri qalan (10) paytaxt təmsilçisini son pillədə küllənməyə məhkum edən ara-sıra da olsa, qələbə qazanmamasıdı. 13 turdu qələbə üzü görməyən komanda, 2021-də ən yaxşı halda bərabərliyə sevinib. Yeni baş məşqçi Sənan Qurbanov isə axırıncı qələbəni hələ “Qəbələ”də işlədiyi zaman qazanıb.

Yuxarıda sadaladığımız rəqəmlər 22-ci turun dünənki matçının heç-heçə bitəcəyini proqnozlaşdırmağa imkan verirdi və yanılmadıq. Hər iki komanda daha çox qapısının toxunulmazlığını düşünüb qolsuz heç-heçəyə razılaşdı. Düzdü, hər iki tərəf, xüsusilə “Zirə” qələbə qazanmaq üçün müəyyən cəhdlər etdi, lakin tablodakı sıfırlar dəyişməz qaldı. Heyətdəki itkilər baxımından durumları oxşar olan komandalar tilsimi qırmaq üçün növbəti turadək səbr etməlidi.

“Zirə”nin məqsədi bəllidi və komanda hədəfə doğru düşünülmüş planla, inamla irəliləyir. Kubokda da “Keşlə”ylə üz-üzə gələcək “qartallar” bu komandanı finala buraxmasa, hətta 4-cü pillə də qitə yarışlarına getmək üçün zəmanətli mövqe olacaq. Sənan Qurbanovun isə ikinci cəbhədə uğur qazanmaqdan başqa yolu qalmayıb. Komanda autsayderlər qrupunda möhkəmlənib, 6 tura 4-cü yerlə arada qalan 10 xallıq fərqi əritmək mümkün deyil.

İş ondadı ki, “Keşlə”də ümidverici heç nə yoxdu. Yarıtmaz rəhbərliyin seçdiyi bacarıqsız məşqçilər bir yana, heyət də bərbad oynayır. Düzdü, futbolçuların yararsız olduğunu demirik, “Keşlə”də xeyli usta oyunçu cəmləşib, sadəcə, səhv seçimlər üzündən onları vahid kollektivə çevirə bilməyiblər. Mövsümün əvvəlindən səhvlər sıralanıb, səhvləri yeni səhvlərlə düzəltməyə çalışıblar və indi at izi it izinə qarışıb.

Bircə faktı xatırlatmaq kifayətdi ki, komandanın necə idarə olunduğu aydınlaşsın. Payızda əksəri legioner olmaqla bir çox oyunçunu qovub yeni dəstə gətirdilər. Və həmin futbolçular bircə qələbəyə belə nail olmayıb. Bu azmış kimi ən ödənişli futbolçuya çevrilən hücumçu Anatole Abanq daim start heyətdə yer almasına rəğmən, hələ də qol hesabını açmayıb. İki matçda yekunda rəqibin qələbəsini təmin edən qolun ilk ötürməsini verən (!!!) futbolçu dünən “Zirə”ni real qoldan xilas etdi. Bir dəfə öz oyundaşının zərbəsinin qarşısını alan forvard daha bir epizodda gülməli vəziyyətə düşüb künc zərbəsinə səbəbkar oldu.

Bu cür həvəskar tipli oyunçularla “Keşlə”nin son pillədən qurtulması mümkün deyil. Baxmayaraq ki, Abanq transfer olunarkən mətbuat klubun seçimini haqlı tənqid edir, 6 ilə 8 ölkə, 4 qitə dəyişən futbolçudan xeyir gözləməyin mənasız olduğunu xatırladırdı. Burnunun dikinə gedən “Keşlə” indi reallıqla üz-üzədi, yay gələn kimi qovulacaq ilk oyunçu elə Anatole olacaq, ardınca yeni heyət qurmaq bəhanəsi ilə növbəti yanlışlıqlar sıralanacaq, pullar havaya sovrulacaq.

AĞA

Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Dünya futbolu2021-05-13 18:43

Moldovada da çempion bəlli oldu

Premyer-liqa2021-05-13 18:07

Statistika: “Sumqayıt” – “Neftçi”

Dünya futbolu2021-05-13 16:54

Ardıcıl 8-ci dəfə çempion oldular

Dünya futbolu2021-05-13 16:16

“Barselona”da ciddi itki

Ölkə futbolu2021-05-13 15:48

Finalda uduzsa, Sənan Qurbanovu qohumu da xilas edə bilməyəcək

Dünya futbolu2021-05-13 15:27

Millimizin rəqibi Yamayka və Yaponiya ilə qarşılaşacaq

Dünya futbolu2021-05-13 15:01

ÇL-in finalı Portuqaliyada keçiriləcək! – RƏSMİ

Dünya futbolu2021-05-13 14:40

Bundesliqada ayın ən yaxşı futbolçusu açıqlandı

Dünya futbolu2021-05-13 14:17

“Mançester Yunayted”in keçmiş kapitanı karyerasını bitirdi

Dünya futbolu2021-05-13 13:05

Xavi Qətər klubu ilə müqaviləni yenilədi

Milli komanda2021-05-13 12:37

Ozobiç milliləşdirildi – 30 yaşında!!!

Dünya futbolu2021-05-13 12:29

Ronaldo ilkə imza atdı

Dünya futbolu2021-05-13 11:23

Orxan Qurbanlının komandası doğma meydanda uduzdu

Dünya futbolu2021-05-13 10:53

Çempionlar Liqasının final matçının hakimləri açıqlandı

Dünya futbolu2021-05-13 09:44

İbrahim Qədirzadənin komandası doğma meydanda uduzdu

Dünya futbolu2021-05-13 09:23

Ozan Can oynadı, “Telstar” evdə uduzdu

Dünya futbolu2021-05-13 09:01

Bundesliqa klubunda yeni müqavilə

Dünya futbolu2021-05-13 02:10

“Atletiko”dan çətin qələbə

Dünya futbolu2021-05-13 01:38

“Arsenal” “Çelsi”yə səfərdə qalib gəldi

Dünya futbolu2021-05-13 01:11

“Lokomotiv” 9-cu dəfə kubokun qalibi oldu

Premyer-liqa2021-05-13 18:07

Statistika: “Sumqayıt” – “Neftçi”

Ölkə futbolu2021-05-12 13:23

Sabir Buqrinlə “Piramida” – VİDEO

Premyer-liqa2021-05-09 21:48

“Zirə” ilə “Qəbələ”dən heç-heçə – VİDEO

Premyer-liqa2021-05-08 23:16

“Neftçi” 3 xalı 4 cavabsız qolla qazandı – VİDEO

Premyer-liqa2021-05-08 21:15

“Sumqayıt” “Keşlə”yə belə qalib gəldi – VİDEO

Dünya futbolu2021-05-07 09:47

“Arsenal” “Vilyarreal” səddini keçə bilmədi – VİDEO

Dünya futbolu2021-05-07 09:28

“Roma” – “Mançester Yunayted” matçında 5 qol – VİDEO

Ölkə futbolu2021-05-07 00:31

Novruzov Nepalda qol hesabını açdı – VİDEO

Premyer-liqa2021-05-06 14:35

Statistika: “Səbail” – “Neftçi”

Dünya futbolu2021-05-06 01:38

“Real” “Çelsi” səddini keçə bilmədi – VİDEO

Ölkə futbolu2021-05-05 17:51

“Azərbaycana uyğunlaşmaq məndə alınır” – VİDEO

Dünya futbolu2021-05-05 09:00

PSJ “Mançester Siti” ilə yenə bacarmadı – VİDEO

Premyer-liqa2021-05-04 23:38

“Sabah” Sumqayıtdan inamlı qələbə ilə döndü – VİDEO

Premyer-liqa2021-05-04 21:43

“Qarabağ” “Zirə” ilə heç-heçəyə razılaşdı – VİDEO

Premyer-liqa2021-05-03 22:52

“Səbail” “Qəbələ”ni məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-05-03 22:02

“Keşlə” “Neftçi”yə böyük hesabla uduzdu – VİDEO

Ölkə futbolu2021-05-03 15:31

“Keşlə” ilə oyunöncəsi “Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Ölkə kuboku2021-04-30 18:52

Hakim Abanqa da “qırmızı” verməliydi – VİDEO

Ölkə kuboku2021-04-30 13:57

Vüsala sarı, Lazara qırmızı vərəqə: “Zirə” – “Keşlə” oyununda iki mübahisəli an – VİDEO

Ölkə kuboku2021-04-29 21:30

“Sumqayıt” “Qarabağ”ı finala buraxmadı – VİDEO

Gündəm