Connect with us

Müsahibə

“Uğur qazanmaq üçün yaxşı hazırlıq keçməliyik”

-də paylaşıldı

Futzal üzrə Azərbaycan milli komandasının üzvü Tyaqo Bolinya Avropa çempionatının seçmə mərhələsi haqda federasiyanın rəsmi saytına müsahibə verib.

Futbolinfo.az sizi həmin müsahibə ilə tanış edir:

  • 6 oyun və 16 xal. Qrup mərhələsini necə başa vurduq?
  • Əvvəlcə qazanılan uğur münasibəti ilə komanda yoldaşlarımı, azarkeşlərimizi təbrik edirəm. Əla nəticə oldu. Biz qarşıya qoyulan məqsədə nail olduq. Özü də heç bir oyunda məğlub olmadan və qrup lideri kimi. Yaxşı, maraqlı oyunlar keçirtdik.
  • Hansı oyun daha yaddaqalan oldu?
  • Oyunların hamısı maraqlı keçdi. Hamı Yunanıstanın zəif komanda olduğunu düşünürdü. Reytinqə əsaslansaq, belədir. Onlar ilkin mərhələdən mübarizəyə başlayıb və bura qədər yüksəliblər. Ancaq hər iki oyun göstərdi ki, zəif hesab etdiyimiz rəqib də meydanda kifayət qədər maraqlı oyun nümayiş etdirdi, sona qədər müqavimət göstərməyə, qol vurmağa çalışdı. Hətta onların Moldova yığması ilə heç-heçəsi də dediyimə sübutdur. Slovakiya ilə oyunlarımız maraqlı keçdi. Bu rəqibimiz qrupda ikinci yeri tutdu və Avropa çempionatının final mərhələsinə birbaşa vəsiqə qazandı. Yəni maraqlı qrupda yer almışdıq. Hər bir oyun bir-birindən maraqlı və məsuliyyətli idi. Slovakiya ilə oyunları nisbətən fərqləndirərdim.
  • Bir oyunda heç-heçə etdik. Ondan necə, qaçmaq mümkün idi?
  • Maksimum xal toplamaq olardı, Slovakiya ilə səfər oyununda heyətimizdəki itkilər olmasa idi. Onlarla görüş çox çətin alındı. Mən, Hadi, Vilela, Vassoura zədə səbəbindən komandamıza kömək edə bilmirdik. Bu qədər itkiyə rəğmən xalla dönmək, uğurlu nəticə idi.
  • Yeni format necə, turnirə marağı artıracaqmı?
  • Əlbəttə, oyunların ev-səfər prinsipi ilə keçirilməsi çox maraqlıdır. Əvvəllər ancaq bir həftə ərzində bütün görüşlər keçirilirdi və bu mərhələyə yekun vurulurdu. İndi isə 3 ay davam etdi. Həm də bütün komandalar üçün şans yaranmışdı. Məncə, oyunlar azarkeşlərlə keçirilməyə başlayan zaman bunun maraqlı olduğunu görəcəyik. Final mərhələsi də maraqlı olacaq. 16 komanda bu dəfə qalib olmaq üçün yarışacaq. Təbii ki, çətin olacaq. Çünki ora daha güclü komandalar vəsiqə qazanıb. Uğur qazanmaq üçün yaxşı hazırlıq keçməliyik. Ona qədər zamanımız var. Yoldaşlıq oyunlarında gücümüzü sınamalıyıq.

Arxiv

Premyer-liqa2021-05-13 18:07

Statistika: “Sumqayıt” – “Neftçi”

Dünya futbolu2021-05-13 16:54

Ardıcıl 8-ci dəfə çempion oldular

Dünya futbolu2021-05-13 16:16

“Barselona”da ciddi itki

Ölkə futbolu2021-05-13 15:48

Finalda uduzsa, Sənan Qurbanovu qohumu da xilas edə bilməyəcək

Dünya futbolu2021-05-13 15:27

Millimizin rəqibi Yamayka və Yaponiya ilə qarşılaşacaq

Dünya futbolu2021-05-13 15:01

ÇL-in finalı Portuqaliyada keçiriləcək! – RƏSMİ

Dünya futbolu2021-05-13 14:40

Bundesliqada ayın ən yaxşı futbolçusu açıqlandı

Dünya futbolu2021-05-13 14:17

“Mançester Yunayted”in keçmiş kapitanı karyerasını bitirdi

Dünya futbolu2021-05-13 13:05

Xavi Qətər klubu ilə müqaviləni yenilədi

Milli komanda2021-05-13 12:37

Ozobiç milliləşdirildi – 30 yaşında!!!

Dünya futbolu2021-05-13 12:29

Ronaldo ilkə imza atdı

Dünya futbolu2021-05-13 11:23

Orxan Qurbanlının komandası doğma meydanda uduzdu

Dünya futbolu2021-05-13 10:53

Çempionlar Liqasının final matçının hakimləri açıqlandı

Dünya futbolu2021-05-13 09:44

İbrahim Qədirzadənin komandası doğma meydanda uduzdu

Dünya futbolu2021-05-13 09:23

Ozan Can oynadı, “Telstar” evdə uduzdu

Dünya futbolu2021-05-13 09:01

Bundesliqa klubunda yeni müqavilə

Dünya futbolu2021-05-13 02:10

“Atletiko”dan çətin qələbə

Dünya futbolu2021-05-13 01:38

“Arsenal” “Çelsi”yə səfərdə qalib gəldi

Dünya futbolu2021-05-13 01:11

“Lokomotiv” 9-cu dəfə kubokun qalibi oldu

Dünya futbolu2021-05-13 00:50

“Milan”la “Yuventus” səfərdə, “İnter” doğma meydanda qalib gəldi

Premyer-liqa2021-05-13 18:07

Statistika: “Sumqayıt” – “Neftçi”

Ölkə futbolu2021-05-12 13:23

Sabir Buqrinlə “Piramida” – VİDEO

Premyer-liqa2021-05-09 21:48

“Zirə” ilə “Qəbələ”dən heç-heçə – VİDEO

Premyer-liqa2021-05-08 23:16

“Neftçi” 3 xalı 4 cavabsız qolla qazandı – VİDEO

Premyer-liqa2021-05-08 21:15

“Sumqayıt” “Keşlə”yə belə qalib gəldi – VİDEO

Dünya futbolu2021-05-07 09:47

“Arsenal” “Vilyarreal” səddini keçə bilmədi – VİDEO

Dünya futbolu2021-05-07 09:28

“Roma” – “Mançester Yunayted” matçında 5 qol – VİDEO

Ölkə futbolu2021-05-07 00:31

Novruzov Nepalda qol hesabını açdı – VİDEO

Premyer-liqa2021-05-06 14:35

Statistika: “Səbail” – “Neftçi”

Dünya futbolu2021-05-06 01:38

“Real” “Çelsi” səddini keçə bilmədi – VİDEO

Ölkə futbolu2021-05-05 17:51

“Azərbaycana uyğunlaşmaq məndə alınır” – VİDEO

Dünya futbolu2021-05-05 09:00

PSJ “Mançester Siti” ilə yenə bacarmadı – VİDEO

Premyer-liqa2021-05-04 23:38

“Sabah” Sumqayıtdan inamlı qələbə ilə döndü – VİDEO

Premyer-liqa2021-05-04 21:43

“Qarabağ” “Zirə” ilə heç-heçəyə razılaşdı – VİDEO

Premyer-liqa2021-05-03 22:52

“Səbail” “Qəbələ”ni məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-05-03 22:02

“Keşlə” “Neftçi”yə böyük hesabla uduzdu – VİDEO

Ölkə futbolu2021-05-03 15:31

“Keşlə” ilə oyunöncəsi “Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Ölkə kuboku2021-04-30 18:52

Hakim Abanqa da “qırmızı” verməliydi – VİDEO

Ölkə kuboku2021-04-30 13:57

Vüsala sarı, Lazara qırmızı vərəqə: “Zirə” – “Keşlə” oyununda iki mübahisəli an – VİDEO

Ölkə kuboku2021-04-29 21:30

“Sumqayıt” “Qarabağ”ı finala buraxmadı – VİDEO

Gündəm