Connect with us

Milli komanda

“Qarabağ”a gələndə böyük turnirlərdə oynayacağımı təsəvvür etmirdim”

-də paylaşıldı

Futbol üzrə Azərbaycan milli komandasının və “Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynov Dağıstan mətbuatına müsahibə verib.

Futbolinfo.az xəbər verir ki, “md-gazeta.ru” saytına danışan futbolçu, yığmamızın DÇ-2022-nin seçmə mərhələsində Portuqaliyaya qarşı keçirdiyi matçdan (0:1), eləcə də Ağdam klubundakı karyerası haqda danışıb:

  • Azərbaycan yığmasının heyətində Portuqaliyaya qarşı keçirilən matçda Kristiano Ronaldonu saxladığınızı deyirlər.
  • Bu adam özünü futbola həsr edib. Ondan öyrənəcəyimiz çox şey var. Ronaldonun istəyi və əzmi aşağı reytinqli komandalara qarşı oyunlarda da özünü dərhal göstərir. Qol vurmağa çalışır və komandaya qələbə gətirir. Onsuz da bacardığı hər şeyi qazanıb, amma meydanda maksimum dərəcədə mübarizə aparır. Bizə qarşı oyunda nəsə yolunda getməyəndə çox əsəbi oldu. Başa düşdük ki, Ronaldoya bir az sərbəstlik versək, fürsətdən istifadə edəcək. Onunla mümkün qədər yaxın oynamağı bacardıq. Qapıçımız Şahruddin Məhəmmədəliyev möhtəşəm oyun göstərdi.
  • Şahruddin Məhəmmədəliyev Azərbaycan yığmasının ikinci qapıçısı Mehdi Cənnətovdan fərqli olaraq, dağıstanlı azarkeşlər tərəfindən az tanınır. Şahruddin Azərbaycana necə gəldi?
  • Şahruddin həyatının böyük bir hissəsini Moskvada keçirib. Futbol karyerasına da orda başlayıb. Bir dəfə “Anji”nin ikinci komandasına getmişdim. “Anji”dən sonra o, “Şahdağ”a, ordan da “Sumqayıt”a keçdi. Çalışqanlığı sayəsində indi “Qarabağ”ın və Azərbaycan milli komandasının əsas qapıçısıdır.
  • Portuqaliya ilə matça qayıdaq. Ronaldoyla mübarizədə bir dəfə qalib ayrılmısız…
  • Özümü tərifləməyəcəm və oyunumu dəyərləndirməyəcəm. Hər kəs Ronaldonun necə möhtəşəm olduğunu bilir. Ona qarşı oynamaq karyeramın ən böyük hadisəsi idi. Yaxşı ki, Ronaldo qol vura bilmədi. Bu, bütün futbolçularımızın səyləri nəticəsində oldu.
  • Oyundan sonra onunla forma dəyişdirmə istəyin var idi?
  • Forma dəyişmək kimi bir adətim yoxdur. Gənc vaxtlarımda bir neçə dəfə olub, ancaq indi yox.
  • Azərbaycan yığması İrlandiya və Lüksemburqla eyni qrupdadır. Nəsə qazanmaq şansınız var?
  • Şans hər zaman var. Ancaq yüksək səviyyədə keçən oyunlarda səhv etməməlisiz. Avropanın ən gənc milli komandalarındanıq. Buna görə hələ inkişaf mərhələsindəyik. Ümid edirəm ki, düz yoldayıq.
  • “Qarabağ”la Çempionlar Liqası və Avropa Liqasında çıxış etmisən. Bu turnirdə sənə ən çox çətinlik yaradan futbolçu kim olub?
  • Bir çox güclü futbolçuya qarşı oynamaq məcburiyyətində olmuşam. Ağlıma ilk gələn hazırda “Liverpul”da çıxış edən Sadio Manedir. “Tottenhem”dən Harri Keyni deyə bilərəm. Antuan Qrizmann, Edin Dzeko, Villian kimi futbolçuları da qeyd edə bilərəm.
  • “Qarabağ” Azərbaycan futbolunun liderlərindədir. Bu komanda ilə 7 dəfə ölkə çempionu olmusan. Xaricdən təkliflərin olub?
  • “Qarabağ”da xoşbəxtəm. Bu klubda çoxlu yaxşı şey görmüşəm. Açığı, “Qarabağ”a gələndə böyük turnirlərdə oynayacağımı təsəvvür etmirdim. Baş məşqçimiz Qurban Qurbanovun bunda böyük rolu var. Öz fəlsəfəsini komandaya aşılaya bilib. Hər il qarşımıza maksimum hədəflər qoyuruq. Hələ inkişafdayıq və daha da irəliləmək istəyirik.
  • “Qarabağ”la avrokuboklarda ən yadda qalan oyunun hansıdır?
  • Azarkeşlərdən soruşsaz, Çempionlar Liqasının “İnter”lə matçını deyər. Qarşılaşma 0:0 olarkən, 90+4-də qol vursaq da, ləğv etdilər. Bundan başqa, “Kopenhagen”lə oyun da ağıla gəlir. Danimarkalıları məğlub edən “Qarabağ” ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə yüksəlmişdi. İnanılmaz idi, Bakıda ilk dəfə Çempionlar Liqasının himni səslənmişdi.
  • Bu musiqidən bir çox insanın tükləri biz-biz olur. Və sən də bu anı yaşamısan…
  • Musiqidən daha çox azarkeşlərin reaksiyasından tüklərim biz-biz oldu. Onlar bu himni necə coşqulu qarşılamışdılar.

Arxiv

Dünya futbolu2021-05-13 18:43

Moldovada da çempion bəlli oldu

Premyer-liqa2021-05-13 18:07

Statistika: “Sumqayıt” – “Neftçi”

Dünya futbolu2021-05-13 16:54

Ardıcıl 8-ci dəfə çempion oldular

Dünya futbolu2021-05-13 16:16

“Barselona”da ciddi itki

Ölkə futbolu2021-05-13 15:48

Finalda uduzsa, Sənan Qurbanovu qohumu da xilas edə bilməyəcək

Dünya futbolu2021-05-13 15:27

Millimizin rəqibi Yamayka və Yaponiya ilə qarşılaşacaq

Dünya futbolu2021-05-13 15:01

ÇL-in finalı Portuqaliyada keçiriləcək! – RƏSMİ

Dünya futbolu2021-05-13 14:40

Bundesliqada ayın ən yaxşı futbolçusu açıqlandı

Dünya futbolu2021-05-13 14:17

“Mançester Yunayted”in keçmiş kapitanı karyerasını bitirdi

Dünya futbolu2021-05-13 13:05

Xavi Qətər klubu ilə müqaviləni yenilədi

Milli komanda2021-05-13 12:37

Ozobiç milliləşdirildi – 30 yaşında!!!

Dünya futbolu2021-05-13 12:29

Ronaldo ilkə imza atdı

Dünya futbolu2021-05-13 11:23

Orxan Qurbanlının komandası doğma meydanda uduzdu

Dünya futbolu2021-05-13 10:53

Çempionlar Liqasının final matçının hakimləri açıqlandı

Dünya futbolu2021-05-13 09:44

İbrahim Qədirzadənin komandası doğma meydanda uduzdu

Dünya futbolu2021-05-13 09:23

Ozan Can oynadı, “Telstar” evdə uduzdu

Dünya futbolu2021-05-13 09:01

Bundesliqa klubunda yeni müqavilə

Dünya futbolu2021-05-13 02:10

“Atletiko”dan çətin qələbə

Dünya futbolu2021-05-13 01:38

“Arsenal” “Çelsi”yə səfərdə qalib gəldi

Dünya futbolu2021-05-13 01:11

“Lokomotiv” 9-cu dəfə kubokun qalibi oldu

Premyer-liqa2021-05-13 18:07

Statistika: “Sumqayıt” – “Neftçi”

Ölkə futbolu2021-05-12 13:23

Sabir Buqrinlə “Piramida” – VİDEO

Premyer-liqa2021-05-09 21:48

“Zirə” ilə “Qəbələ”dən heç-heçə – VİDEO

Premyer-liqa2021-05-08 23:16

“Neftçi” 3 xalı 4 cavabsız qolla qazandı – VİDEO

Premyer-liqa2021-05-08 21:15

“Sumqayıt” “Keşlə”yə belə qalib gəldi – VİDEO

Dünya futbolu2021-05-07 09:47

“Arsenal” “Vilyarreal” səddini keçə bilmədi – VİDEO

Dünya futbolu2021-05-07 09:28

“Roma” – “Mançester Yunayted” matçında 5 qol – VİDEO

Ölkə futbolu2021-05-07 00:31

Novruzov Nepalda qol hesabını açdı – VİDEO

Premyer-liqa2021-05-06 14:35

Statistika: “Səbail” – “Neftçi”

Dünya futbolu2021-05-06 01:38

“Real” “Çelsi” səddini keçə bilmədi – VİDEO

Ölkə futbolu2021-05-05 17:51

“Azərbaycana uyğunlaşmaq məndə alınır” – VİDEO

Dünya futbolu2021-05-05 09:00

PSJ “Mançester Siti” ilə yenə bacarmadı – VİDEO

Premyer-liqa2021-05-04 23:38

“Sabah” Sumqayıtdan inamlı qələbə ilə döndü – VİDEO

Premyer-liqa2021-05-04 21:43

“Qarabağ” “Zirə” ilə heç-heçəyə razılaşdı – VİDEO

Premyer-liqa2021-05-03 22:52

“Səbail” “Qəbələ”ni məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-05-03 22:02

“Keşlə” “Neftçi”yə böyük hesabla uduzdu – VİDEO

Ölkə futbolu2021-05-03 15:31

“Keşlə” ilə oyunöncəsi “Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Ölkə kuboku2021-04-30 18:52

Hakim Abanqa da “qırmızı” verməliydi – VİDEO

Ölkə kuboku2021-04-30 13:57

Vüsala sarı, Lazara qırmızı vərəqə: “Zirə” – “Keşlə” oyununda iki mübahisəli an – VİDEO

Ölkə kuboku2021-04-29 21:30

“Sumqayıt” “Qarabağ”ı finala buraxmadı – VİDEO

Gündəm