Connect with us

Ölkə kuboku

Qurban Qurbanov: “Bizə qarşı belə oynamaq olmaz!”

-də paylaşıldı

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri ilk oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, o, 0:0 hesabıyla başa çatan matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“İlk oyunda qalib gəlmək istəyirdik, alınmadı. Futbolçular əziyyət çəkirlər. Oyunlarımız çox olduğundan istədiyimiz kimi rotasiya edə bilmirik. Hücumda problemlərimiz var. Finala çıxmaq üçün cavab görüşündə qələbə qazanmaq lazımdır. Bu rəqib qol vurmağı bacaran komandadır. Cavab görüşündə daha diqqətli olmalıyıq”.

Qurbanovun sözlərinə görə, ikinci hissədə oyuna daxil olan Abdullah Zubirin əvəzlənməsi onu zədədən qorumaq üçün idi: “Özüm də hirsləndim ki, Zubir oyun başlayandan müdafiəçilərin ardıcıl zərbələrinə məruz qalırdı. Nə mən, nə də futbolçularım indiyədək rəqibə hörmətsizlik etmişik. Son zamanlar bəzi futbolçularıma qarşı aqressiya var. Xüsusən Zubirə qarşı. Çox oyunlar olub ki, özümü saxlayıram, səbrli oluram. Amma futbolçunun da karyerası var, ailəsini bizdə oynaya-oynaya dolandırır. Hər birinin xətrini çox istəyirəm. Bəzi komandalar sırf ona qarşı aqressiv oynayırlar. Bu gün də 5 dəfə ayağından vurdular. Ötən oyun 2 futbolçumuz zədələndi. Qərəzli deməzdim, amma elə epizodlar var ki… Boş-boşuna Zubiri meydandan çıxarmaram. Sadəcə, tövsiyə edirəm ki, rəqibə hörmətlə yanaşsınlar. Dəfələrlə olub ki, futbolçularımızı bilə-bilə sındırırlar. Bizə qarşı belə oynamaq olmaz! Yenə bütün rəqiblərə hörmətlə yanaşacağıq. Amma bu dərəcədə olmaz”.

Qurbanov bu kimi hallara görə rəqib komandaların baş məşqçilərini günahlandırmaq istəməyib: “Heç kimə irad bildirmək istəmirəm. Hərə bir yolla qələbə istəyir. Amma belə antipatiyanın haradan qaynaqlandığını başa düşə bilmirəm. Bir futbolçunu 3-4 ay itirmək düzgün deyil. “Qarabağ”ı bu yolla dayandırdıqlarını deməzdim. Amma belə də olmaz. Mənə biri xoş üz göstərəndə mən ikiqat artıq xoş münasibət göstərirəm. Çox epizodlar göstərə bilərəm. Bəzən hakimlərlə müzakirə edirik. Zubiri qorumaq üçün xoşlamadığım və istəmədiyim dəyişiklik etdim”.

Baş məşqçi hər iki cəbhədə sonadək mübarizə aparacaqlarını vurğulayıb: “Seçim iki dənədir; ikisini də istərdim. Çempionluğun və kubokun ayrı-ayrılıqda ləzzəti var. Mövsümün əvvəlində necə hazırlaşırdıqsa, sonadək hər iki cəbhədə mübarizə aparacağıq”.

Qurbanov zədəli futbolçuların durumuna da toxunub: “Patrik Andradenin əzələsində birinci dərəcəli dartılma olub. “Qəbələ” ilə oyuna hazır olacağı bilinmir. Xayme Romeronun durumuna isə təkrar müayinədən sonra aydınlıq gələcək. Sağlam olsalar, bilərsən ki, 10-15 dəqiqə meydana buraxa bilərəm. Əlimdəki futbolçuların hamısına güvənirəm. Sonadək mübarizə aparacağıq. Əvvəldə işlətdiyim ifadələr bəlkə də xoş deyildi. Heç vaxt bu cür danışmamışdım. Həmişə hakimlərin sərt oyuna üstünlük vermələrini istəmişəm. Sadəcə, bəzi epizodları sanki görmürlər”.

Arxiv

Dünya futbolu2021-05-13 18:43

Moldovada da çempion bəlli oldu

Premyer-liqa2021-05-13 18:07

Statistika: “Sumqayıt” – “Neftçi”

Dünya futbolu2021-05-13 16:54

Ardıcıl 8-ci dəfə çempion oldular

Dünya futbolu2021-05-13 16:16

“Barselona”da ciddi itki

Ölkə futbolu2021-05-13 15:48

Finalda uduzsa, Sənan Qurbanovu qohumu da xilas edə bilməyəcək

Dünya futbolu2021-05-13 15:27

Millimizin rəqibi Yamayka və Yaponiya ilə qarşılaşacaq

Dünya futbolu2021-05-13 15:01

ÇL-in finalı Portuqaliyada keçiriləcək! – RƏSMİ

Dünya futbolu2021-05-13 14:40

Bundesliqada ayın ən yaxşı futbolçusu açıqlandı

Dünya futbolu2021-05-13 14:17

“Mançester Yunayted”in keçmiş kapitanı karyerasını bitirdi

Dünya futbolu2021-05-13 13:05

Xavi Qətər klubu ilə müqaviləni yenilədi

Milli komanda2021-05-13 12:37

Ozobiç milliləşdirildi – 30 yaşında!!!

Dünya futbolu2021-05-13 12:29

Ronaldo ilkə imza atdı

Dünya futbolu2021-05-13 11:23

Orxan Qurbanlının komandası doğma meydanda uduzdu

Dünya futbolu2021-05-13 10:53

Çempionlar Liqasının final matçının hakimləri açıqlandı

Dünya futbolu2021-05-13 09:44

İbrahim Qədirzadənin komandası doğma meydanda uduzdu

Dünya futbolu2021-05-13 09:23

Ozan Can oynadı, “Telstar” evdə uduzdu

Dünya futbolu2021-05-13 09:01

Bundesliqa klubunda yeni müqavilə

Dünya futbolu2021-05-13 02:10

“Atletiko”dan çətin qələbə

Dünya futbolu2021-05-13 01:38

“Arsenal” “Çelsi”yə səfərdə qalib gəldi

Dünya futbolu2021-05-13 01:11

“Lokomotiv” 9-cu dəfə kubokun qalibi oldu

Premyer-liqa2021-05-13 18:07

Statistika: “Sumqayıt” – “Neftçi”

Ölkə futbolu2021-05-12 13:23

Sabir Buqrinlə “Piramida” – VİDEO

Premyer-liqa2021-05-09 21:48

“Zirə” ilə “Qəbələ”dən heç-heçə – VİDEO

Premyer-liqa2021-05-08 23:16

“Neftçi” 3 xalı 4 cavabsız qolla qazandı – VİDEO

Premyer-liqa2021-05-08 21:15

“Sumqayıt” “Keşlə”yə belə qalib gəldi – VİDEO

Dünya futbolu2021-05-07 09:47

“Arsenal” “Vilyarreal” səddini keçə bilmədi – VİDEO

Dünya futbolu2021-05-07 09:28

“Roma” – “Mançester Yunayted” matçında 5 qol – VİDEO

Ölkə futbolu2021-05-07 00:31

Novruzov Nepalda qol hesabını açdı – VİDEO

Premyer-liqa2021-05-06 14:35

Statistika: “Səbail” – “Neftçi”

Dünya futbolu2021-05-06 01:38

“Real” “Çelsi” səddini keçə bilmədi – VİDEO

Ölkə futbolu2021-05-05 17:51

“Azərbaycana uyğunlaşmaq məndə alınır” – VİDEO

Dünya futbolu2021-05-05 09:00

PSJ “Mançester Siti” ilə yenə bacarmadı – VİDEO

Premyer-liqa2021-05-04 23:38

“Sabah” Sumqayıtdan inamlı qələbə ilə döndü – VİDEO

Premyer-liqa2021-05-04 21:43

“Qarabağ” “Zirə” ilə heç-heçəyə razılaşdı – VİDEO

Premyer-liqa2021-05-03 22:52

“Səbail” “Qəbələ”ni məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-05-03 22:02

“Keşlə” “Neftçi”yə böyük hesabla uduzdu – VİDEO

Ölkə futbolu2021-05-03 15:31

“Keşlə” ilə oyunöncəsi “Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Ölkə kuboku2021-04-30 18:52

Hakim Abanqa da “qırmızı” verməliydi – VİDEO

Ölkə kuboku2021-04-30 13:57

Vüsala sarı, Lazara qırmızı vərəqə: “Zirə” – “Keşlə” oyununda iki mübahisəli an – VİDEO

Ölkə kuboku2021-04-29 21:30

“Sumqayıt” “Qarabağ”ı finala buraxmadı – VİDEO

Gündəm