Connect with us

Ölkə futbolu

“Keşlə”ni hakimlər də xilas edə bilmədi

-də paylaşıldı

“Sumqayıt” aqibətini özü seçdi, “Zirə”nin isə belə şansı yoxdu. Bu səbəbdən kubok mübarizəsində risk etməyi lazım bilən “kimyaçılar”dan fərqli, qəsəbə təmsilçisi ölüm-qalım savaşına çıxdı.

Ölkə kubokunun yarımfinal mərhələsində ilk oyunlar baş tutdu. Qeydə alınan nəticələr finala kimin yüksələcəyini proqnozlaşdırmağa imkan vermir, amma qonaqlar kiçik üstünlük əldə edib. Xüsusilə “Zirə”nin yolun yarısını qət etdiyini deyə bilərik. Səfərdə iki qol vuraraq qələbə qazanan komandanın evdə əla fürsəti boşa verməsi az inandırıcıdı.

Dünən baş tutan günün ilk oyunu avrokubok iştirakçılarının siyahısını müəyyənləşdirmək baxımından önəmliydi. “Keşlə” finala yüksələcəyi halda çempionatda qazanılan 4-cü yer zəmanətli olmayacaq. Sənan Qurbanovun yetirmələrinin titula yiyələnmə şansı qaldığından, çempionatda yalnız 3-cü yerə sahib çıxan rahatlaşacaq. Hazırda 4-cü olan “Zirə” şansını təhlükəyə atmamaq üçün rəqibini sıradan çıxarmağa məcburdu. Kuboku “Qarabağ” qazansa belə, 5-ci pilləylə olan 8 xallıq fərqin əriməsi inandırıcı görünmür.

Bunu nəzərə alan Rəşad Sadıqov “Keşlə” ilə oyuna optimala yaxın heyət buraxmışdı. Hədəf qalib gəlmək, ən azı uduzmamaq idi. Və ilk yarıda rəqibindən üstün olan qonaqlarda hər şey qaydasında gedirdi. Amma ani diqqətsizlik hesabın açılmasına səbəb oldu. “Keşlə”nin yarımmüdafiəçisi Sadio Tounkara rəqibdən sıçrayan topu bir anda qarşısında gördü və toru silkələdi.

Son turda “Neftçi”yə 0:4 hesabıyla uduzan “Zirə”nin psixoloji səddi necə aşacağı maraqlı idi. Görünür, titul qazanmaq, ən azı tarixində ilk dəfə final oynamaq perspektivi klubun fəxri prezidenti Orxan Məmmədovu həvəsləndirib. Bu səbəbdən son darmadağına baxmayaraq, o, futbolçularına dəstək vermək üçün uzun fasilədən sonra stadionda görünməyi lazım bilmişdi.

Sadıqov paltardəyişmə otağında futbolçuları ayıltmağı bacardı. İkinci hissədə daha düzgün, daha istəkli oynayan “Zirə” gördük. Rəngarəng hücumlar dönüş edib, qələbə qazanmağa imkan yaratdı. Hücumçular daha diqqətli, hakimlər ədalətli olsaydı, böyük hesab da qeydə alına bilərdi. Amma “qartallar” 2:1-lə kifayətlənib, ev oyunu üçün üstünlük qazandı.

Ağabala Ramazanovun təkbətək çıxdığı epizodda dirəyi nişan almasının, Dmitrios Çantakiasın yanlış ofsayd qərarı səbəbindən qeydə alınmayan təmiz qolunun yekun nəticəyə necə təsir edəcəyini zaman göstərəcək. Bununla belə, 79-cu dəqiqədəki epizodu AFFA Hakimlər Komitəsi yaddaşına yazmalıdı. Hesabı 3:1-ə çatdıran həmin zərbə bəlkə də finalçılardan birinin erkən müəyyənləşməsinə imkan verəcəkdi, əvəzində cavab matçı üçün “Keşlə”yə ümid yeri saxlandı.

2021-ci ildə divizion təmsilçisi “Kəpəz”lə oyunlar istisna olmaqla, qələbə üzü görməyən “Keşlə” növbəti dəfə hesabı açdığı matçda məyusluq yaşadı. Komanda o qədər rəzil durumdadı ki, hətta hakimlərin aşkar yardımı da uğur qazanmağa yetmir. Sənan Qurbanov gəlişindən bu yana nəinki müsbətə doğru dəyişiklik görünmür, əksinə, aşkar geriləmə müşahidə edilir. Con Kamara lk yarıda əvəzlənəcək vəziyyətə düşüb, Sezar Meza Kolli ayaqlarını sürüyür, müdafiə xətti hər an partlaya biləcək bombanı xatırladır, bəh-bəhlə gətirilən Anatole Abanqın qol orucu Ramazan orucundan uzun keçir. Son ümid olan kubok əldən çıxsa, hazırda autsayder olan paytaxt təmsilçisinin üstündən qalın qara xətt çəkməli olacağıq. Dağıdılan büdcənin, özünü doğrultmayan transferlərə xərclənən böyük pulların, yarıtmaz idarəçiliyin hesabatını kimin kimdən istəyəcəyi isə bizim biləcəyimiz iş deyil.

Digər yarımfinal matçına gəlincə, “Qarabağ” qələbə qazanmamasına görə özünü günahlandırmalıdı. Əksər aparıcı oyunçuları ehtiyatda saxlayan “Sumqayıt” çempionat matçlarına kökləndiyini ilk dəqiqələrdən göstərdi. İki cəbhədə mübarizə aparmağa gücünün yetmədiyini anlayan Ayxan Abbasov ağdamlılarla görüşə barmaqarası yanaşmışdı. Bununla belə, məşqçi ikinci heyətə də normal futbol oynatdırmağı bacardı, “döyülən uşaq” roluna girmədi. 0:0 dünən üçün ideal nəticə idi, “Sumqayıt” “Zirə” ilə 6 xallıq çempionat matçından sonra sensasiya üçün cəhd edəcək, səfərdə qollu bərabərliyə çalışacaq.

Heç-heçə “Qarabağ” üçün də normal nəticə sayıla bilər. Səfərdə uduzmamaq kubok matçlarında böyük üstünlük sayılır. Amma “kimyaçılar”ın dünənki heyətinə qalib gəlmək şərt idi – bu, klubdaxili ab-havanı düzəltmək, uğursuz seriyanı dayandırmaq üçün vacib sayılır. Belə olduqda çempionata daha çox diqqət ayırmaq imkanı yaranacaqdı. Gəl ki, ardıcıl ikinci 0:0-la psixoloji təzyiqdən qaçmaq mümkünsüzləşdi.

“Qarabağ” hazırda ciddi böhrandadı, komandanın heyət problemi var. Zədəlilərin bolluğu üzündən hücum xəttində sıxıntı yaranıb. Qol vurmaq bir yana, epizod yarada bilməmək Qurban Qurbanovun qayğılarını artırıb. Filip Ozobiçin mövsümü erkən qapamasıyla dərinləşən problemi həll edəcək ehtiyat qüvvə yoxdu. Ümid Mahir Emreli və Xayme Romeronun sıraya qayıtmasına qalıb. Onlardan ən azı biri sıraya dönsə, son matçlarda nəyəsə ümid etmək olar. Əks halda, kasad heyət titullar qazanmağa yetməyəcək.

FƏRİD

Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Dünya futbolu2021-05-13 18:43

Moldovada da çempion bəlli oldu

Premyer-liqa2021-05-13 18:07

Statistika: “Sumqayıt” – “Neftçi”

Dünya futbolu2021-05-13 16:54

Ardıcıl 8-ci dəfə çempion oldular

Dünya futbolu2021-05-13 16:16

“Barselona”da ciddi itki

Ölkə futbolu2021-05-13 15:48

Finalda uduzsa, Sənan Qurbanovu qohumu da xilas edə bilməyəcək

Dünya futbolu2021-05-13 15:27

Millimizin rəqibi Yamayka və Yaponiya ilə qarşılaşacaq

Dünya futbolu2021-05-13 15:01

ÇL-in finalı Portuqaliyada keçiriləcək! – RƏSMİ

Dünya futbolu2021-05-13 14:40

Bundesliqada ayın ən yaxşı futbolçusu açıqlandı

Dünya futbolu2021-05-13 14:17

“Mançester Yunayted”in keçmiş kapitanı karyerasını bitirdi

Dünya futbolu2021-05-13 13:05

Xavi Qətər klubu ilə müqaviləni yenilədi

Milli komanda2021-05-13 12:37

Ozobiç milliləşdirildi – 30 yaşında!!!

Dünya futbolu2021-05-13 12:29

Ronaldo ilkə imza atdı

Dünya futbolu2021-05-13 11:23

Orxan Qurbanlının komandası doğma meydanda uduzdu

Dünya futbolu2021-05-13 10:53

Çempionlar Liqasının final matçının hakimləri açıqlandı

Dünya futbolu2021-05-13 09:44

İbrahim Qədirzadənin komandası doğma meydanda uduzdu

Dünya futbolu2021-05-13 09:23

Ozan Can oynadı, “Telstar” evdə uduzdu

Dünya futbolu2021-05-13 09:01

Bundesliqa klubunda yeni müqavilə

Dünya futbolu2021-05-13 02:10

“Atletiko”dan çətin qələbə

Dünya futbolu2021-05-13 01:38

“Arsenal” “Çelsi”yə səfərdə qalib gəldi

Dünya futbolu2021-05-13 01:11

“Lokomotiv” 9-cu dəfə kubokun qalibi oldu

Premyer-liqa2021-05-13 18:07

Statistika: “Sumqayıt” – “Neftçi”

Ölkə futbolu2021-05-12 13:23

Sabir Buqrinlə “Piramida” – VİDEO

Premyer-liqa2021-05-09 21:48

“Zirə” ilə “Qəbələ”dən heç-heçə – VİDEO

Premyer-liqa2021-05-08 23:16

“Neftçi” 3 xalı 4 cavabsız qolla qazandı – VİDEO

Premyer-liqa2021-05-08 21:15

“Sumqayıt” “Keşlə”yə belə qalib gəldi – VİDEO

Dünya futbolu2021-05-07 09:47

“Arsenal” “Vilyarreal” səddini keçə bilmədi – VİDEO

Dünya futbolu2021-05-07 09:28

“Roma” – “Mançester Yunayted” matçında 5 qol – VİDEO

Ölkə futbolu2021-05-07 00:31

Novruzov Nepalda qol hesabını açdı – VİDEO

Premyer-liqa2021-05-06 14:35

Statistika: “Səbail” – “Neftçi”

Dünya futbolu2021-05-06 01:38

“Real” “Çelsi” səddini keçə bilmədi – VİDEO

Ölkə futbolu2021-05-05 17:51

“Azərbaycana uyğunlaşmaq məndə alınır” – VİDEO

Dünya futbolu2021-05-05 09:00

PSJ “Mançester Siti” ilə yenə bacarmadı – VİDEO

Premyer-liqa2021-05-04 23:38

“Sabah” Sumqayıtdan inamlı qələbə ilə döndü – VİDEO

Premyer-liqa2021-05-04 21:43

“Qarabağ” “Zirə” ilə heç-heçəyə razılaşdı – VİDEO

Premyer-liqa2021-05-03 22:52

“Səbail” “Qəbələ”ni məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-05-03 22:02

“Keşlə” “Neftçi”yə böyük hesabla uduzdu – VİDEO

Ölkə futbolu2021-05-03 15:31

“Keşlə” ilə oyunöncəsi “Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Ölkə kuboku2021-04-30 18:52

Hakim Abanqa da “qırmızı” verməliydi – VİDEO

Ölkə kuboku2021-04-30 13:57

Vüsala sarı, Lazara qırmızı vərəqə: “Zirə” – “Keşlə” oyununda iki mübahisəli an – VİDEO

Ölkə kuboku2021-04-29 21:30

“Sumqayıt” “Qarabağ”ı finala buraxmadı – VİDEO

Gündəm