Connect with us

Ölkə futbolu

Qurbanovun üsyanı – zamanında deyilməyən söz…

-də paylaşıldı

Sən siyasətlə məşğul olmursansa, siyasət özü səninlə məşğul olacaq. Qurban Qurbanovun dünən “Sumqayıt”la oyundan sonra hakimlərlə bağlı dedikləri bu reallığın nümunəsidir. İllərdi özünə qarşı haqsızlıqlara susan, aşkar hakim səhvləri qeydə alındıqda “hakimliklə bağlı danışmıram” deyən səbrli insan indi sıralanan olaylardan sonra üsyan edir.

Zamanında demək, susmamaq lazım idi. Həm də təkcə hakim səhvlərinə deyil, özünə qarşı haqsızlıqlara, qərəzə etiraz etmək, münasibət bildirmək gərəkirdi. Bunu indi etmək daha çox mümkün uğursuzluqdan sığortalanmağa bənzəyir. Təbii ki, son onilliyə damğa vuran, qitə arenasında Azərbaycan adına mümkünsüzləri reallaşdıran Qurbanovun özünü sığortalamasına, bəhanə gətirməsinə ehtiyacı yoxdu. Lakin təəssüf ki, görüntü belədi. Uğursuz oyunlardan sonra hakimlərin “yada düşməsinə” başqa ad qoymaq olur.

Qurban bəy etirazında haqsızdımı? Əsla!

Mahir Emreli, Qara Qarayev, Bədavi Hüseynov millinin düşərgəsinə sağ gedib, zədəli qayıtdı, onlardan ikisi tam gücüylə oynaya bilmir, biri hələ də sağalmayıb.

“Səbail”lə oyunda Filip Ozobiçin ayaq sümüyü sındırıldı, hakim rəqibə sarı vərəqə qıymadı; Şahruddin Məhəmmədəliyev başına 25 tikişin atıldığı zədəyə məruz qaldı, onu sıradan çıxaran meydanda qaldı; bu azmış kimi “Qarabağ”ın yüzfaizli penaltisi təyin edilmədi.

Və nəhayət, dünən Abdulla Zubir meydanda olduğu 26 dəqiqə ərzində döyüldü, hakimlər hər şeyi görməzdən gəldi və Qurbanov əsas oyunçusunu qorumaq üçün ikinci hissədə meydana buraxdığı futbolçunu oyundan aldı.

Qurban bəy dünən, srağagün, bir il, iki il öncə də haqsız deyildi. Amma susurdu, “siyasət”ə qarışmaq istəmir, “məsləhət bilinənlə” hərəkət edirdi. Zaman gəlib, məşğul olmaq istəmədiyi siyasət onun özü ilə məşğul olmağa başlayıb.

Milli komandaya baş məşqçi təyin edilib, 6 illik müqaviləyə rəğmən, bir ildən sonra qovulanda, avrokubok oyunları düzməcələrlə Bakı Olimpiya Stadionuna salınanda, İcraiyyə Komitəsindən ədalətli mövqeyinə görə uzaqlaşdırılanda… Hamısında haqlı idi, amma susurdu. Bütün olanlara etinasız münasibətinə görə artıq cılız cəhdlərlə üstünə gəlirlər. O zaman böyük hadisələrə layiqli cavabı vermədiyindən indi kiçik hakim səhvləriylə əsəblərini qaşıyırlar. Və bıçaq sümüyə dayananda danışmağa başlayır. Ona görə də ciddi haqsızlıqlara qarşı susan adamın Zubirin döyülməsinə etirazı birmənalı qarşılanmır.

Qurbanovdan sitatlar

Zubir oyun başlayandan müdafiəçilərin ardıcıl zərbələrinə məruz qalırdı…

Son zamanlar bəzi futbolçularıma qarşı aqressiya var – xüsusən Zubirə qarşı…

Çox oyunlar olub ki, özümü saxlayıram, səbrli oluram. Amma futbolçunun da karyerası var, ailəsini bizdə oynaya-oynaya dolandırır…

Bu gün 5 dəfə ayağından vurdular. Ötən oyun 2 futbolçumuz zədələndi. Qərəzli deməzdim, amma elə epizodlar var ki…

Dəfələrlə olub ki, futbolçularımızı bilə-bilə sındırırlar. Bu dərəcədə olmaz…

Hərə bir yolla qələbə istəyir. Amma belə antipatiyanın haradan qaynaqlandığını başa düşə bilmirəm…

“Qarabağ”ı bu yolla dayandırdıqlarını deməzdim. Amma belə də olmaz…

Çox epizodlar göstərə bilərəm…

Heç vaxt bu cür danışmamışdım. Həmişə hakimlərin sərt oyuna üstünlük vermələrini istəmişəm. Sadəcə, bəzi epizodları sanki görmürlər…

Qurbanov haqlıdı, həqiqəti deyir. Bu gün “Qarabağ”ı, onun özünü taxtdan salmağa çalışırlar. Bunu əsas rəqib “Neftçi” etmir, “Neftçi” hakimlərlə işləyən olsaydı, son 3 turda 2 dəfə büdrəməz – evində “Sumqayıt”a uduzmaz, Qəbələdə xal itirməzdi. Bunu “Sumqayıt” da etmir, “Sumqayıt” “Qarabağ”ı yenmək istəsə, dünənki oyuna əsas heyətlə çıxardı. Bunu edənlər hakimlərin əli ilə iş görən AFFA-dakı “dostlardı”. “Qarabağ”ın heyət sıxıntısını görür, daha pis durumda olması üçün çalışırlar, penaltilərini vermir, oyunçuların sındıranlara göz yumurlar. Əbədi üsulla – hakimlərin əliylə…

AFFA “Qarabağ”a qərəzini Uroş Matiçə meydana çıxmadığı oyuna görə cəza verəndə göstərmişdi. Beyin qazır, əsəblə oynayırdılar. Klub haqqını müdafiəyə qalxdı, mətbuat, ictimaiyyət təzyiq etdi və AFFA haqsız qərarını geri götürüb, tüpürdüyünü… təmizlədi. Əvəzində fərqli ssenariylə fərqli oyunlar qurmağa başladılar. Lider komandanın oyunçuları bir-bir sındırılır, sıradan çıxarılır, mövsümün finişində diz çökməsi üçün hər şey edilir.

Sifarişin AFFA-dan gəldiyini isbat edən faktlar kifayət qədərdi. Son oyunlarda hakim qərəziylə üzləşən iki klub var – “Qarabağ”la bağlı faktları sadaladıq, ikincisi də “Zirə”di. Qəsəbə təmsilçisinin ədalətsiz idarəçilik üzündən xal itirdiyi azı 6-7 oyun sadalaya bilərik, daha bir neçəsində hakim səhvləri də bu komandanı dayandıra bilməyib. Təkcə dünənki kubok matçında təmiz qolun sayılmamasını xatırlamaq kifayətdi.

Baş rolda kimlərdi? Qurban Qurbanov və Rəşad Sadıqov. Bu iki şəxs birlikdə tarix yazırdılar, ayrıldılar, yenə hərəsi öz cəbhəsində sözünü deyir. Birinin komandası liderdi, kubokda finalın astanasındadı, digəri baş məşqçi kimi debüt ilində avrokuboklara vəsiqə qazanmaq üzrədi, üstəlik, titul qazanmaq şansı da var.

Bu insanlar xalq düşməni deyil, xalqın, futbolun düşmənlərini ifşaedənlərdi, işləriylə, əməlləriylə 14 ildi kabinetlərdə oturub Azərbaycan futbolunun anasını ağladanları ifşa edirlər. Doğru addımlarla uğur qazanmağın mümkünlüyünü sübut edənlər milyonlar dağıdıb bəhanə axtaranların paxırını açır, klub – milli müqayisəsində gözlə görülən fərqi isbatlayır, zəhmətlə səriştəsizlyin arasındakı uyğunsuzluğu hamıya göstərirlər. Ona görə də bu insanlar, onların klubları hədəfdədi, cılız oyunlarla onları sıradan çıxarmağa çalışırlar. Axı, onların uğuru Elxan Məmmədovun nə qədər uğursuz olduğunu daha çox reklam edir.

Qurbanovun dünənki üsyanı məhz buna idi. Bəlkə də dərinliyə varmır, böyük badalaqlara yox, hakim səhvlərinə etiraz edir. İnanıram ki, bu cümlələrə cavabı da var: deyəcək ki, mənim işim meydandadı, ona görə danışıram, meydandankənar məsələlərə qarışmıram. Amma yazının girişində xatırlatdığım cümlə burada da keçərlidi. Bəli, sən siyasətlə məşğul olmursansa, siyasət özü səninlə məşğul olacaq. Bu gün meydanda sənə qarşı olanlar sabah hər cür iyrəncliyə əl atacaq – milli komandada işlədiyin dönəmdə olduğu kimi… Axı, sən viski məclislərinə, toplanışlarda yeyilən milyonlara mane olurdun, Qurban bəy!

Məğlub təfəkkürlü insanlara qaliblər lazım deyil, özləri o zirvəyə çata bilmirləsə, səni öz yanlarına bataqlığa çəkəcələr.

Rəşad Sadıqovu da eyni aqibət gözləyir. Hakimin aşkar qərəzinə rəğmən, “Zirə”nin baş məşqçisi dünən hakimlərdən danışmaq istəmədi, sualdan yayındı. Sabah finala vəsiqə, 3-cü yer, yekunda avrokuboka vəsiqə əldən gedəndə edilən etiraz yalnız söz yığını olacaq. Siyasətlə məşğul olmayın, amma siyasi oyunların sizi udmasına da imkan verməyin…

CAVAD

Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Dünya futbolu2021-05-13 18:43

Moldovada da çempion bəlli oldu

Premyer-liqa2021-05-13 18:07

Statistika: “Sumqayıt” – “Neftçi”

Dünya futbolu2021-05-13 16:54

Ardıcıl 8-ci dəfə çempion oldular

Dünya futbolu2021-05-13 16:16

“Barselona”da ciddi itki

Ölkə futbolu2021-05-13 15:48

Finalda uduzsa, Sənan Qurbanovu qohumu da xilas edə bilməyəcək

Dünya futbolu2021-05-13 15:27

Millimizin rəqibi Yamayka və Yaponiya ilə qarşılaşacaq

Dünya futbolu2021-05-13 15:01

ÇL-in finalı Portuqaliyada keçiriləcək! – RƏSMİ

Dünya futbolu2021-05-13 14:40

Bundesliqada ayın ən yaxşı futbolçusu açıqlandı

Dünya futbolu2021-05-13 14:17

“Mançester Yunayted”in keçmiş kapitanı karyerasını bitirdi

Dünya futbolu2021-05-13 13:05

Xavi Qətər klubu ilə müqaviləni yenilədi

Milli komanda2021-05-13 12:37

Ozobiç milliləşdirildi – 30 yaşında!!!

Dünya futbolu2021-05-13 12:29

Ronaldo ilkə imza atdı

Dünya futbolu2021-05-13 11:23

Orxan Qurbanlının komandası doğma meydanda uduzdu

Dünya futbolu2021-05-13 10:53

Çempionlar Liqasının final matçının hakimləri açıqlandı

Dünya futbolu2021-05-13 09:44

İbrahim Qədirzadənin komandası doğma meydanda uduzdu

Dünya futbolu2021-05-13 09:23

Ozan Can oynadı, “Telstar” evdə uduzdu

Dünya futbolu2021-05-13 09:01

Bundesliqa klubunda yeni müqavilə

Dünya futbolu2021-05-13 02:10

“Atletiko”dan çətin qələbə

Dünya futbolu2021-05-13 01:38

“Arsenal” “Çelsi”yə səfərdə qalib gəldi

Dünya futbolu2021-05-13 01:11

“Lokomotiv” 9-cu dəfə kubokun qalibi oldu

Premyer-liqa2021-05-13 18:07

Statistika: “Sumqayıt” – “Neftçi”

Ölkə futbolu2021-05-12 13:23

Sabir Buqrinlə “Piramida” – VİDEO

Premyer-liqa2021-05-09 21:48

“Zirə” ilə “Qəbələ”dən heç-heçə – VİDEO

Premyer-liqa2021-05-08 23:16

“Neftçi” 3 xalı 4 cavabsız qolla qazandı – VİDEO

Premyer-liqa2021-05-08 21:15

“Sumqayıt” “Keşlə”yə belə qalib gəldi – VİDEO

Dünya futbolu2021-05-07 09:47

“Arsenal” “Vilyarreal” səddini keçə bilmədi – VİDEO

Dünya futbolu2021-05-07 09:28

“Roma” – “Mançester Yunayted” matçında 5 qol – VİDEO

Ölkə futbolu2021-05-07 00:31

Novruzov Nepalda qol hesabını açdı – VİDEO

Premyer-liqa2021-05-06 14:35

Statistika: “Səbail” – “Neftçi”

Dünya futbolu2021-05-06 01:38

“Real” “Çelsi” səddini keçə bilmədi – VİDEO

Ölkə futbolu2021-05-05 17:51

“Azərbaycana uyğunlaşmaq məndə alınır” – VİDEO

Dünya futbolu2021-05-05 09:00

PSJ “Mançester Siti” ilə yenə bacarmadı – VİDEO

Premyer-liqa2021-05-04 23:38

“Sabah” Sumqayıtdan inamlı qələbə ilə döndü – VİDEO

Premyer-liqa2021-05-04 21:43

“Qarabağ” “Zirə” ilə heç-heçəyə razılaşdı – VİDEO

Premyer-liqa2021-05-03 22:52

“Səbail” “Qəbələ”ni məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-05-03 22:02

“Keşlə” “Neftçi”yə böyük hesabla uduzdu – VİDEO

Ölkə futbolu2021-05-03 15:31

“Keşlə” ilə oyunöncəsi “Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Ölkə kuboku2021-04-30 18:52

Hakim Abanqa da “qırmızı” verməliydi – VİDEO

Ölkə kuboku2021-04-30 13:57

Vüsala sarı, Lazara qırmızı vərəqə: “Zirə” – “Keşlə” oyununda iki mübahisəli an – VİDEO

Ölkə kuboku2021-04-29 21:30

“Sumqayıt” “Qarabağ”ı finala buraxmadı – VİDEO

Gündəm