Connect with us

Müsahibə

Rahid “Səbail”in taleyinin necə olacağını bilmir: “Getmək söhbətləri indi də var”

-də paylaşıldı

“Səbail”in kapitanı Rahid Əmirquliyevin futbolinfo.az saytına müsahibəsi

  • “Keşlə” ilə oyunda məğlub oldunuz və rəqib uzunmüddətli qələbəsizlikdən sonra sizinlə oyunda qalibiyyətə sevindi. Matçı necə şərh edərsən?
  • Matça yaxşı haızırlaşmışdıq. Bilirdik ki, rəqibə də xal lazımdır, bizim də qalibiyyətə ehtiyacımız var. Oyuna heç də yaxşı başlamadıq. İlk dəqiqələrdən yaxşı olmadıq. Sonradan komanda özünə gəldi və normal oyun oynamağa başladıq. Lakin təəssüflər olsun ki, epizodları boşa verdik. Düzdür, “Keşlə”nin də şansları var idi. Amma bu matç ən azından heç-heçə bitməli idi. Onlar fürsətdən istifadə etdilər.
  • Artıq “Keşlə”nin yerinə sonuncu pillədə “Səbail”dir. Sona 4 oyun qalıb və bu situasiyanı dəyişmək mümkün olacaq?
  • Hər şey öz əlimizdədir. Bu tur “Qəbələ” ilə oynayacağıq. Qalib gəlsək, “Qəbələ”yə çatacağıq. Bircə qalır bunu reallaşdırmaq. Çalışacağıq ki, yaxşı hazırlaşıb bu durumdan çıxaq. 4 oyundan 3-nü evdə keçirəcəyik və bu da bizim üstünlüyümüzdür. Yuxarı pillələrə qalxmağa çalışacağıq.
  • Ümumiyyətlə, komandanın kapitanı kimi nəticələrin heç də ürəkaçan olmamasına səbəb nəyi görürsən?
  • Nəticələr heç də ürəkaçan deyil. Amma gəlin cədvələ baxaq. 5-ci pillə ilə sonuncu yer arasəında cəmi 3 xal fərq var. Bunu aradan qaldırmaq mümkündür. Oyun baxımından digər komandalardan geri qalmırıq. Bəlkə də üstün oynayırıq, daha səviyyəli futbol göstəririk. Nəticə isə ürəkaçan deyil, ortada heç nə yoxdur. Çox çalışmalıyıq, yaratdığımız imkanlardan istifadə etməliyik. Əlimizə düşən fürsətləri dəyərləndirməliyik. Bu çatışmazlığı aradan qaldırmaq lazımdır.
  • Belə deyək ki, artıq mövsüm başa çatır və komandanın bir məqsədi yoxdur. Növbəti mövsüm üçün hədəflər dəyişəcəkmi, yeniliklər olacaqmı?
  • Mövsüm bitir və avrokuboklara vəsiqə qazanmaq üçün şansımız qalmayıb. Sadəcə çalışmaq lazımdır ki, qarşıdakı oyunlardan uğurlu nəticələr əldə edək və yuxarı yerlərə qalxaq. Növbəti mövsüm üçün heç nə danışmamışıq. Bütün fikirlərimiz son 4 oyundadır.
  • Ötən mövsümün sonunda komandadan ayrılmaq ehtimalları var idi. Bu il necə olacaq, qalacaqsan, yoxsa yeni təkliflər var, getmək haqqında özün düşünürsən?
  • Komandadan ayrılmaq söhbəti keçən il də olmuşdu, indi də var. Ancaq hələ ki, çempionat başa çatmayıb. Bu barədə danışmaq üçün tezdir. Liqa başa çatandan sonra oturub fikirləşmək olar. Bütün diqqətimizi hələ ki, qarşıdakı oyunlara yönəltməliyik. Bilmirəm ki, burada gələcək necə olacaq? Tələsmirəm və sonda düşünüb, ölçüb-biçib qərar verəcəm.
  • Çox zaman iddialı komandalarda oynamısan. Elə “Səbail”ə sən gələndə də komanda iddialı heyətə malik idi. Hazırda daha yaxşı kluba getmək, daha iddialı yerlərdə oynamaq haqqında fikirləşirsən?
  • Düzdür, bura ilk gələndə yaxşı heyət var idi, güclü oyunçular var idi. Mövsümü 3-cü yerdə bitirib Avroliqaya getmişdik. Ondan sonra müəyyən problemlər oldu, çox futbolçular getdi. İndi heyət o qədər geniş deyil, amma pis heyət deyil. Təcrübəli və gənc futbolçular var. Sadəcə gələcək barədə hələ düşünmək üçün tezdir. Komandanın vəziyyətinin necə olacağını bilmirəm. Yəni mövsüm bitsin hər şeyə aydınlıq gələcək.
  • Səncə, çempion “Qarabağ”, yoxsa “Neftçi” olacaq? Təcrübəli futbolçu kimi hansı komandanın şansını çox görürsən?
  • Fikrimcə, çempion “Qarabağ” olacaq. Onların şansları daha çoxdur.
  • Rahid, uzun illərdir Azərbaycan futbolundasan və oynadığın komandalarda kapitan olmusan. Səncə, Azərbaycan futbolunda daha maraqlı olması üçün, daha gərgin çempionat üçün nələr lazımdır?
  • Çempionatın səviyyəsi aşağıdır. Əvvəl çox maraqlı idi. Maraq üçün də komandaların sayı çox olmalıdır, regionların komandaları gəlməlidir. Əsas liqada bölgələr mübarizəsi olmalıdır. Bakı komandalarında azarkeş azdır, amma region komandalarının azarkeşlərinin sayı çoxdur, stadiona gəlməlidir. Komandaların sayı çox olmalıdır, xüsusən də bölgələrdə futbola diqqət ayırmaq lazımdır. Bundan sonra maraqlı liqa olacaq. Hər şeyi dəyişmək öz əlimizdədir. Hazırda futbolumuz enişdədir. Lakin durumu dəyişmək üçün addımlar atmaq olar. Komandaların sayını çoxaltmaq, rayonlarda akademiyalar açmaq, uşaq futbolunu yüksəklərə qaldırmaq futbolun durumunu da dəyişəcək.
  • Milli komandanın formasını ən çox geyinmiş oyunçulardan birisən. Yığmanın son oyunlarını izlədin. Hər hansı uğur gözləmək olarmı bu komandadan?
  • Millinin son matçlarını izlədim, oyun baxımından olmasa da, lakin uşaqlar meydançada can qoyurdular. Ancaq, oyun baxımından çox artırmaq lazımdır. Millidə gənclərin sayı çoxalıb. Yığmaya vaxt lazım olacaq ki, yaxşı oyun göstərsin və nəticələr əldə eləsin. Amma bu oyunla nəyəsə nail olmaq çətindir. Gələcəkdə daha yaxşı olacağına inanıram.

FƏRİD

Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Dünya futbolu2021-05-06 11:10

Tuxel Çempionlar Liqasının tarixinə düşdü

Dünya futbolu2021-05-06 10:56

ÇL: Həftənin ən yaxşısı adına namizədlər açıqlandı

Dünya futbolu2021-05-06 10:39

“Çelsi” – “Real” matçının ən yaxşı futbolçusu

Dünya futbolu2021-05-06 10:23

Türk futbolçu “Lill”də ayın ən yaxşısı seçildi

Dünya futbolu2021-05-06 10:10

Avroliqada finalçılar bəlli olur – YENİLƏNİR

Dünya futbolu2021-05-06 10:02

“Qalatasaray”da prezident seçkisi ləğv edildi

Dünya futbolu2021-05-06 09:45

Paşayevin komandası doğma meydanda xalsız qaldı

Dünya futbolu2021-05-06 09:26

Lion “Olimpik”i yetirməsi ilə müqavilə yenilədi

Dünya futbolu2021-05-06 09:00

Nəbiyevli “Viktoriya”dan əzmkar qələbə

Dünya futbolu2021-05-06 01:38

“Real” “Çelsi” səddini keçə bilmədi – VİDEO

Dünya futbolu2021-05-06 00:53

ÇL-in finalında İngiltərə derbisi

Dünya futbolu2021-05-05 19:36

“Liverpul” azarkeşləri üçün “yaşıl işıq”

Ölkə futbolu2021-05-05 18:45

AFFA rəsmisi ÇL-in final oyununda

Ölkə kuboku2021-05-05 18:18

AFFA Operativ Qərargaha müraciət etdi: Finala azarkeş buraxılması üçün

Ölkə futbolu2021-05-05 17:51

“Azərbaycana uyğunlaşmaq məndə alınır” – VİDEO

I Divizion2021-05-05 17:15

Oyundan sonra dava düşdü, futbolçu 4 oyunluq cəza aldı

Premyer-liqa2021-05-05 17:01

“Sabah”ın məşqçisi 5 oyunluq cəzalandı

Ölkə kuboku2021-05-05 16:51

AFFA-dan “Zirə” – “Keşlə” matçı ilə bağlı sərt cəzalar

Premyer-liqa2021-05-05 16:42

“Sumqayıt”ın futbolçusu 4 oyunluq cəzalandı

Digər2021-05-05 16:36

Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı

Dünya futbolu2021-05-06 01:38

“Real” “Çelsi” səddini keçə bilmədi – VİDEO

Ölkə futbolu2021-05-05 17:51

“Azərbaycana uyğunlaşmaq məndə alınır” – VİDEO

Dünya futbolu2021-05-05 09:00

PSJ “Mançester Siti” ilə yenə bacarmadı – VİDEO

Premyer-liqa2021-05-04 23:38

“Sabah” Sumqayıtdan inamlı qələbə ilə döndü – VİDEO

Premyer-liqa2021-05-04 21:43

“Qarabağ” “Zirə” ilə heç-heçəyə razılaşdı – VİDEO

Premyer-liqa2021-05-03 22:52

“Səbail” “Qəbələ”ni məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-05-03 22:02

“Keşlə” “Neftçi”yə böyük hesabla uduzdu – VİDEO

Ölkə futbolu2021-05-03 15:31

“Keşlə” ilə oyunöncəsi “Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Ölkə kuboku2021-04-30 18:52

Hakim Abanqa da “qırmızı” verməliydi – VİDEO

Ölkə kuboku2021-04-30 13:57

Vüsala sarı, Lazara qırmızı vərəqə: “Zirə” – “Keşlə” oyununda iki mübahisəli an – VİDEO

Ölkə kuboku2021-04-29 21:30

“Sumqayıt” “Qarabağ”ı finala buraxmadı – VİDEO

Dünya futbolu2021-04-27 17:35

Məşq zamanı meydançaya timsah girdi – VİDEO

Premyer-liqa2021-04-26 01:35

“Keşlə” qələbə həsrətinə son qoydu – VİDEO

Premyer-liqa2021-04-26 01:27

“Zirə” ilə “Sumqayıt”dan heç-heçə – VİDEO

Premyer-liqa2021-04-25 23:47

“Sabah” – “Neftçi” oyununda 4 qol – VİDEO

Premyer-liqa2021-04-25 22:15

“Qarabağ” Qəbələdə beş qola sevindi – VİDEO

Ölkə kuboku2021-04-21 23:41

“Sumqayıt”la “Qarabağ” ilk oyundan qolsuz ayrıldı – VİDEO

Ölkə kuboku2021-04-21 21:49

“Zirə” “Keşlə”ni səfərdə məğlub etdi – VİDEO

Ölkə futbolu2021-04-21 20:57

“Neftçi TV”də “Bir sevgi” – VİDEO

Ölkə futbolu2021-04-21 17:00

Fəhmin Muradbəyli ilə “Piramida” – VİDEO

Gündəm