Connect with us

Premyer-liqa

“Bizi təhlükə gözləyir” – Ayxan Abbasov

-də paylaşıldı

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, o, 0:2 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

  • Çətin olacağını bilirdik. Rəqib bizdən daha gümrah idi. Buna baxmayaraq, mübarizə apardıq. İlk qol bizi tələsdirdi. Yolumuza davam edəcəyik. Qarşıda üç oyun var, sona qədər mübarizə aparacağıq.
  • Futbolçularda sanki psixoloji yorğunluq da var idi…
  • Fiziki yorğunluq olanda psixoloji çətinliklər də olur. Alınmayanda alınmır. Bədən yorğun olanda aqressiya da olur. Həqiqətən, 3-4 gündən bir oynamaq çətin olur. Bu, bəhanə deyil, dözməliyik. Bu məğlubiyyətdən dərs çıxarmalıyıq.
  • Camaləddin Xocaniyazovun qırmızı vərəqə aldığı epizodla bağlı nə deyə bilərsiz?
  • Məncə, bir az sarı vərəqə çox oldu. Nə olur olsun, meydanda dözmək lazımdır. Bu oyunla iş bitmir. Onsuz da heyətimiz kasaddır. İtkilər bizə problem yaradır. Nəsə alınmayanda, səbrli olmaq lazımdır. İlk dəqiqələrdən sarı vərəqələr çox oldu. Xocaniyazovun ikinci “sarı”sı oyun epizodunda olmamışdı. Meydanda sarı vərəqəli futbolçu çox idi. Risk etməliyik. Bəzi hücumlarımız Camalla alınır. Onu da hücuma qoşmaq istədik. Futbolda belə şeylər olur.
  • Mövsümü titulsuz başa vursaz, avrokuboklara vəsiqə qazana bilməsəz, əziyyətinizin yerə düşdüyü üçün heyifslənəcəksiz?
  • Biz qarşımıza hədəf qoymamışıq ki, mütləq Avroliqaya getməliyik. Mən də istəyirəm ki, futbolçularımızın əziyyəti yerdə qalmasın. Bizi təhlükə gözləyir, avrokuboklara getməyə bilərik. Mən bu çətinlikləri, problemləri bilirdim. Bunu bilə-bilə komandada qalmışam. Büdcəmiz budur, bundan artığını edə bilmərik. Mən də istəyərəm ki, heyət geniş olsun. Ona görə hər zaman deyirəm ki, mənim qarşıma nə vaxtsa şərt qoyulsa, mən də şərt qoyacam. Rəhbərliklə əvvəldən bunları danışmışıq. Mövsümün sonunda avrokuboklara gedə də bilərik, getməyə də. Müqavilə ilə bağlı hələ danışıqlara başlamamışıq. Bütün fikrimiz son oyunlardadır. Mövsüm bitəndən sonra danışacağıq. Alınacaq qalacağıq, alınmayacaq qalmayacağıq.
  • Kubok, yoxsa Premyer Liqa?
  • Kubokun yarımfinalının “Qarabağ”la ilk oyununda sırf Premyer Liqa haqda düşünürdük. Lakin bu oyunun nəticəsi imkan verdi ki, risk edək. Sonra “Zirə”dən xalla ayrıldıq. Kubokun cavab matçında vuruşmalıydıq və alındı, finala yüksəldik. Çempionatda sona 3 oyun qalıb, bunu fikirləşmək məcburiyyətindəyik. Onsuz da kubokun finalı sondadır. Qarşıdakı üç oyunda çox diqqətli olub, mübarizə aparacağıq.
  • “Qarabağ”ı keçdiyiniz üçün mükafat almalı idiz, verilib? “Keşlə”nin prezidenti Zaur Axundovun komandasına kuboku qazanmağa böyük mükafat vəd etdiyi deyilir…
  • Xeyr, hələ mükafat almamışıq. Çempionatın elə dönəmindəyik ki, futbolçuların motivasiyası qalxmalıdır. Bizə də söz verilib, inanırıq ki, rəhbərlik son oyunlarda futbolçulara motivasiya verəcək. Digər klublar haqda danışmaq istəmirəm.
Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Dünya futbolu2021-05-06 09:45

Paşayevin komandası doğma meydanda xalsız qaldı

Dünya futbolu2021-05-06 09:26

Lion “Olimpik”i yetirməsi ilə müqavilə yenilədi

Dünya futbolu2021-05-06 09:00

Nəbiyevli “Viktoriya”dan əzmkar qələbə

Dünya futbolu2021-05-06 01:38

“Real” “Çelsi” səddini keçə bilmədi – VİDEO

Dünya futbolu2021-05-06 00:53

ÇL-in finalında İngiltərə derbisi

Dünya futbolu2021-05-05 19:36

“Liverpul” azarkeşləri üçün “yaşıl işıq”

Ölkə futbolu2021-05-05 18:45

AFFA rəsmisi ÇL-in final oyununda

Ölkə kuboku2021-05-05 18:18

AFFA Operativ Qərargaha müraciət etdi: Finala azarkeş buraxılması üçün

Ölkə futbolu2021-05-05 17:51

“Azərbaycana uyğunlaşmaq məndə alınır” – VİDEO

I Divizion2021-05-05 17:15

Oyundan sonra dava düşdü, futbolçu 4 oyunluq cəza aldı

Premyer-liqa2021-05-05 17:01

“Sabah”ın məşqçisi 5 oyunluq cəzalandı

Ölkə kuboku2021-05-05 16:51

AFFA-dan “Zirə” – “Keşlə” matçı ilə bağlı sərt cəzalar

Premyer-liqa2021-05-05 16:42

“Sumqayıt”ın futbolçusu 4 oyunluq cəzalandı

Digər2021-05-05 16:36

Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı

Ölkə futbolu2021-05-05 16:10

AFFA daha iki turniri bərpa edir

AÇ-20202021-05-05 15:38

AÇ-nin Kopenhagendəki oyunlarına buraxılacaq azarkeş sayı bəlli oldu

Dünya futbolu2021-05-05 15:16

“Napoli”nin futbolçusunda koronavirus aşkarlandı

Ölkə futbolu2021-05-05 14:54

“CBC Sport” “Barselona”nın yox, “Keşlə” ilə “Sumqayıt”ın oyununu seçdi

Dünya futbolu2021-05-05 14:36

Avroliqada yarımfinal matçları onlara tapşırıldı

Premyer-liqa2021-05-05 14:15

“Sabah”da yeni debütant

Dünya futbolu2021-05-06 01:38

“Real” “Çelsi” səddini keçə bilmədi – VİDEO

Ölkə futbolu2021-05-05 17:51

“Azərbaycana uyğunlaşmaq məndə alınır” – VİDEO

Dünya futbolu2021-05-05 09:00

PSJ “Mançester Siti” ilə yenə bacarmadı – VİDEO

Premyer-liqa2021-05-04 23:38

“Sabah” Sumqayıtdan inamlı qələbə ilə döndü – VİDEO

Premyer-liqa2021-05-04 21:43

“Qarabağ” “Zirə” ilə heç-heçəyə razılaşdı – VİDEO

Premyer-liqa2021-05-03 22:52

“Səbail” “Qəbələ”ni məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-05-03 22:02

“Keşlə” “Neftçi”yə böyük hesabla uduzdu – VİDEO

Ölkə futbolu2021-05-03 15:31

“Keşlə” ilə oyunöncəsi “Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Ölkə kuboku2021-04-30 18:52

Hakim Abanqa da “qırmızı” verməliydi – VİDEO

Ölkə kuboku2021-04-30 13:57

Vüsala sarı, Lazara qırmızı vərəqə: “Zirə” – “Keşlə” oyununda iki mübahisəli an – VİDEO

Ölkə kuboku2021-04-29 21:30

“Sumqayıt” “Qarabağ”ı finala buraxmadı – VİDEO

Dünya futbolu2021-04-27 17:35

Məşq zamanı meydançaya timsah girdi – VİDEO

Premyer-liqa2021-04-26 01:35

“Keşlə” qələbə həsrətinə son qoydu – VİDEO

Premyer-liqa2021-04-26 01:27

“Zirə” ilə “Sumqayıt”dan heç-heçə – VİDEO

Premyer-liqa2021-04-25 23:47

“Sabah” – “Neftçi” oyununda 4 qol – VİDEO

Premyer-liqa2021-04-25 22:15

“Qarabağ” Qəbələdə beş qola sevindi – VİDEO

Ölkə kuboku2021-04-21 23:41

“Sumqayıt”la “Qarabağ” ilk oyundan qolsuz ayrıldı – VİDEO

Ölkə kuboku2021-04-21 21:49

“Zirə” “Keşlə”ni səfərdə məğlub etdi – VİDEO

Ölkə futbolu2021-04-21 20:57

“Neftçi TV”də “Bir sevgi” – VİDEO

Ölkə futbolu2021-04-21 17:00

Fəhmin Muradbəyli ilə “Piramida” – VİDEO

Gündəm