Connect with us

Ölkə futbolu

“Azərbaycana uyğunlaşmaq məndə alınır” – VİDEO

-də paylaşıldı

“Neftçi”nin yarımmüdafiəçisi Keysuke Honda “Neftçi TV”də yayımlanan “Həmsöhbət” verilişinin qonağı olub.

Futbolinfo.az xəbər verir ki, 34 yaşlı futbolçu Azərbaycana gələnə qədər ölkəmiz haqqında məlumatının olmadığını bildirib:

“Onu bilirdim ki, yoldaşlıq oyununda bu ölkənin yığması ilə üz-üzə gəlmişik. Amma həmin oyunda baş verənləri xatırlamıram. Yaddaşım o qədər də yaxşı deyil. Ona görə demək olar ki, heç nə yadımda qalmayıb. Hətta qol vurduğum görüşləri belə, unutmuşam. Bakı şəhəri və buradakı mədəniyyət barədə məlumatım yox idi. Sadəcə, Bakının küləklər şəhəri olduğunu eşitmişdim. Paytaxtınız xoşuma gəlir. Bu, mənim üçün yeni mədəniyyətdir. Buraya uyğunlaşmaq lazımdır və bu, məndə alınır.

Azərbaycan Premyer Liqası haqqında indiyədək geniş məlumat toplamamışam. Hələ burada az oyun keçirmişəm. Fikrimcə, çempionat yavaş-yavaş inkişaf edir. Əlbəttə, bundan da güclü liqalar var. Azərbaycan çempionatında gənclərin inkişaf etdiyini düşünürəm. Burada futbolu sevən azarkeş çoxdur. Bu atmosfer və investisiyalar çempionatın inkişafına kömək edir.

“Neftçi” Azərbaycanın ən böyük klublarından biridir. Bunu hər zaman, xüsusilə də meydanda hiss edirəm. Topu özümüzdə saxlayır, dominantlıq edirik. “Qarabağ”ın ardıcıl 5-6 ildir (əslində 7 ildir – red.) çempion olduğunu eşitmişəm. Amma bizim də şansımız var. Düzdür, asan deyil. Amma mən çempion olmaq istəyirəm.

Hər matçda fərqlənmək şansım olur. Hərdən böyük oyunçular imkanlardan istifadə edə bilmir. Bəlkə də növbəti qarşılaşmalarda yenə fərqləndim. Ayağımın açılması üçün bir qol bəs edir. Mənim üçün əsas məsələ qələbə qazanmaqdır. Şanslarım var idi. Bu imkanlar baxımlı hücumlar nəticəsində yaranmışdı. Bu, mənim üçün qol və ötürmədən daha vacibdir. Düzdür, qol və məhsuldar ötürmələr də lazımdır. Bu proses nəticədən daha önəmlidir. Hamı nəticəyə baxır, mən bununla razı deyiləm. Təbii ki, şəxsi fikrimdir”.

Honda Azərbaycan Premyer Liqasının 22-ci turunun “Qəbələ” ilə səfər oyununda etdiyi hərəkət barədə də danışıb: “Azərbaycanda VAR sisteminin olmadığını bilmirdim. İstəyirdim ki, referi təkrara baxsın. Premyer Liqaya VAR lazımdır. Bu, daha yaxşıdır. Çünki hakimlər çox səhv edir. Düzdür, onlar da insandır, səhv edə bilər. Amma sonradan səhvlərini düzəltmələri daha yaxşı olardı. Bu sistem hakimlərə öz üzərində işləməyə imkan verir”.

Yaponiya millisinin sabiq üzvü hər qoluna bir saat taxmasının səbəbini də açıqlayıb: “Saatlardan biri Yaponiya, digəri isə olduğum ölkənin vaxtını göstərir. Bu, mənim üslubumdur. Dəbi sevirəm. Saatlar çox xoşuma gəlir.

Mən ilk növbədə insan, sonra futbolçuyam. Xüsusi şəxs deyiləm. Əvvəlcə yaxşı insan və ata kimi tanınmaq istəyirəm. Bundan sonra futbolçu kimi tanısınlar. Hazırda mən biznesmen deyil, yaxşı insan olmaq istəyirəm.

Pandemiyanın başlanmasından sonra klub tapmaq çətin oldu. Özümə uyğun komanda tapa bilmirdim. Bir neçə liqada transfer pəncərəsi artıq bağlı olsa da, bəzilərində açıq idi. Bu variantlardan birini seçməli idim. Yaponiyaya qayıtmaq istəmirdim. Çünki gənc yaşlarımdda orada 3 il oynamışam. “Neftçi”də çempion olma şansım var. Bu imkan məni həyəcanlandırır. Burada olduğum üçün xoşbəxtəm. Ağ-qara rənglərdən xoşum gəlir. “Neftçi”yə pul üçün gəlməmişəm. Sadəcə, karyeramı davam etdirirəm. Fəxr edirəm ki, böyük klubda oynayıram. “Neftçi”nin prezidentindən maaşımı soruşa bilərsiniz”.

Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

AÇ-20202021-06-20 23:39

“Avropa çempionatı bizim üçün böyük sınaq oldu” – Şenol Günəş

Ölkə futbolu2021-06-20 22:50

Araz Abdullayev Kipr klubu ilə müqavilə bağladı

AÇ-20202021-06-20 22:33

İtaliya – Uels matçının ən yaxşısı

AÇ-20202021-06-20 22:22

İsveçrə – Türkiyə matçının ən yaxşısı bilindi

AÇ-20202021-06-20 21:51

Türkiyə İsveçrəyə, Uels İtaliyaya uduzdu

Ölkə futbolu2021-06-20 19:53

“Neftçi” Macarıstan klubu ilə qarşılaşacaq

Dünya futbolu2021-06-20 19:15

“Qalatasaray”ın yeni prezidenti Terimlə bağlı qərarını açıqladı

Digər2021-06-20 18:28

Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı

Ölkə futbolu2021-06-20 18:00

“Sumqayıt” üçün “Qəbələ”nin mübarizədən kənarlaşdırdığı rəqib

Ölkə futbolu2021-06-20 17:38

“Neftçi”nin ilk yoxlama oyununun başlama vaxtı açıqlandı

Ölkə futbolu2021-06-20 17:19

Podolski “Qarabağ”dan təklif almayıb – meneceri açıqladı

AÇ-20202021-06-20 17:00

Löv Portuqaliya üzərində qələbədən danışdı

Ölkə futbolu2021-06-20 16:43

Dadaşovun komandası səfərdən xalsız döndü

AÇ-20202021-06-20 16:21

Petkoviç Bakıdakı son oyun öncəsi danışdı

Ölkə futbolu2021-06-20 16:00

Baxşıyev baxmaqla kifayətlənir: “Heç kimə dəvət göndərməmişik”

Ölkə futbolu2021-06-20 15:43

FİFA prezidenti Bakıya gəlir

Ölkə futbolu2021-06-20 15:20

Ramin Quliyev tələsmək istəmir

AÇ-20202021-06-20 15:02

AÇ-2020: Hazard Rusiyaya aparılmadı

Dünya futbolu2021-06-20 14:43

“Keşlə”nin rəqibi xorvatiyalı müdafiəçi aldı

AÇ-20202021-06-20 14:21

“Oyunlarımızın Bakıda keçirilməsi bizim üçün çox yaxşı oldu”

Ölkə futbolu2021-06-20 12:05

Yusuf Lavalla “Piramida” – VİDEO

Ölkə futbolu2021-06-20 11:04

“Neftçi”nin Sloveniya toplanışının ilk günündəki axşam məşqi – VİDEO

Ölkə futbolu2021-06-17 22:36

Mahirdən “Legiya”da uğurlu debüt – het-trikə imza atdı – VİDEO

Ölkə futbolu2021-06-16 18:41

Samir Abasov: “Olimpiakos” tamam başqa səhifədir” – VİDEO

Ölkə futbolu2021-06-16 18:32

Millimizin daha bir üzvü rəsmən Polşa klubunda!

AÇ-20202021-06-16 15:19

Ronaldodan sonra Poqba da sponsorlara “ilişdi” – VİDEO

Dünya futbolu2021-06-14 10:57

Braziliyadan ilk oyunda darmadağın – VİDEO

AÇ-20202021-06-12 22:18

Eriksenin huşunu itirdiyi an – VİDEO

Ölkə futbolu2021-06-11 16:11

“Qarabağ” yeni transferini açıqladı – VİDEO

AÇ-20202021-06-09 18:02

Türkiyə millisinin üzvləri azərbaycanlı azarkeşlərdən dəstək istədi

Ölkə futbolu2021-06-08 16:39

Mert Çeliklə “Piramida” – VİDEO

Premyer-liqa2021-06-08 12:36

“Sabah”ın ötən mövsüm vurduğu bütün qollar – VİDEO

Milli komanda2021-06-03 00:14

Millimizdən Minskdə əzmkar qələbə – VİDEO

Dünya futbolu2021-05-30 09:40

“Mançester Siti” ÇL-in finalında belə uduzdu – VİDEO

Dünya futbolu2021-05-29 11:23

İtaliya millisi 7 cavabsız qolla qalib gəldi – VİDEO

Milli komanda2021-05-28 10:24

Türkiyə – Azərbaycan matçında 3 qol – VİDEO

Ölkə kuboku2021-05-25 01:25

“Sumqayıt” yenə finalda uduzdu – VİDEO

Ölkə kuboku2021-05-25 01:09

Azərbaycan Kubokunun qalibi mükafatlandırıldı – VİDEO

Premyer-liqa2021-05-20 15:52

“Keşlə” – “Qəbələ” matçında 4 qol – VİDEO

Ölkə futbolu2021-05-20 02:48

Premyer Liqanın qalibləri belə mükafatlandırıldı – VİDEO

Gündəm