Connect with us

I Divizion

6 komandalı Premyer Liqa: AFFA yaratdığı səbəbi bəhanəyə çevirib

-də paylaşıldı

AFFA rəsmilərin verdiyi istənilən açıqlama qəhqəhəyə səbəb olur. Adamlar o qədər yalan danışıblar ki, qatığa “ağ” desələr, şübhələnmək istəyəcəksən.

 

Yadıma gələn qədərini deyim. Son 4-5 ildə həmişə eyni ssenarini yaşayırıq. Mövsümün əvvəlində, ilboyunca AFFA yeni çempionatda komanda sayının artırılacağını, minimum 10-a çatdırılacağını bəyan edir, yazda Lisenziya Qrupunun qərarı açıqlanır və bəlli olur ki, deyilənlər yalan imiş. Assosiasiya məmurları özləri də dediklərindən o qədər diksinib ki, son illər sayın artırılacağını qətiyyətlə vəd etmir, əvəzində buna ümid etdiklərini bildirirlər.

 

Yenə ssenari dəyişmədi. Ötən həftə AFFA Premyer Liqanın yeni mövsümündə 8 komandanın iştirak edəcəyini təsdiqlədi. Bununla da bölgə azarkeşlərinin ümidləri növbəti dəfə puç oldu. Bir ildi döyüşən, lider olan Zaqatala klubu illərdi ümidləri baltalanan tovuzluların, gəncəlilərin aibətini yaşadı. Hələ xəyalları illər öncə dəfn edilən lənkəranlı, qusarlı, mingəçevirli fanatları demirəm.

 

Növbəti dəfə aldadılan bölgə klublarının rəsmilərinin açıqlamalarında qeyri-adi bir şey yox idi. Hamısı AFFA-dan nicat gözləyirmiş, bu reallaşmayanda taleləri ilə barışmaqdan başqa çarələri qalmadı. Assosiasiyanın səbəbi isə ənənəvidi: klubların maliyyə vəziyyəti Premyer Liqaya buraxılmalarına imkan vermir.

 

Səbəb özləri tərəfindən yaradılıb, indi isə bəhanəyə, imtina üçün vasitəyə çevrilib. Divizion klublarını kim maliyyələşdirir? AFFA! Belədə klubların elita səviyyəsinə yüksələ bilməməsinin günahkarı kimdi? AFFA! Sponsorları, iş adamlarını futboldan qovan, monopoliya yaradan, cibdən-cibə pul ötürən qurum indi özünün yaratdığı səbəbi bəhanəyə çevirib. Lakin heç də belə olmamalıdı.

 

Çıxış yolu həmişə var. Və bunun üçün əlavə vəsaitə gərək yoxdu. Əvvəla, büdcəni düzgün bölüşdürməklə komanda sayını artırmaq mümkündü. 5 milyon manat büdcəsi olan “Keşlə” sonuncu pillədədi, bu məbləğin 20 faizi ilə kifayətlənən “Səbail” isə daha öndə qərarlaşıb, “Keşlə”yə ayrılan pulun yarısına sahib olmayan “Sumqayıt” mükafatlar uğrunda yarışır. Məbləğləri toplamaq, ədalətli bölüşdürmək lazımdı. Deyək ki, hərəsi 2-3 milyon manat yardım görsə, bu komandalar da yaşayar, üstəlik, diviziondan daha 2 komandanın elitaya yüksəlməsi mümkünləşər.

 

Hələ orasını demirik ki, “Səbail”, “Keşlə” kimi lazımsız komandaları saxlamaqdansa, həmin büdcəni bölgələrə yönəltmək daha ağıllı addım olar. Bakı birinciliyinin rəngini dəyişmək üçün bu addım atılmalıdı. Pul SOCAR-dan, dolayısı ilə dövlətdən gəlir, kimsə dədəsinin vəsaitini xərcləmir, o zaman nəyə görə bölgələrdə yox, paytaxtda komanda saxlanılır?

 

Divizion klubları 200-250 min manatla mövsümü yola verir, bu məbləğ beşqat artırılsa və həmin vəsait “Keşlə”nin indi xərclədiyinin yarısının kəsilməsiylə əldə edilsə, hətta mükafatlar uğrunda yarışa bilərlər. Deməli, bölgü ədalətli deyil, tovuzlu, zaqatalalı, gəncəli azarkeşləri mənasız bəhanələrlə yola vermək gərəksizdi.

 

Bəs, AFFA bunu niyə etmir? Çünki qurumda heç kim İcraiyyə Komitəsinin üzvü olan, day-daylı Zaur Axundovun büdcəsini kəsməyə cürət etmir. Şərikli işləri var, qaynatdıqları zibillərdə əlbir olublar, ona toxunulsa, qiyamət qopar.

 

Başqa bir səbəb kadr çatışmazlığı ilə bağlıdı. AFFA maliyyələşdirdiyi klublara yalnız öz adamlarını, dostlarını, qohum-qardaşlarını rəhbər təyin edir. Zaqatalaya, Tovuza, Gəncəyə pul ayrılsa, ona nəzarət edənlər təyin edilməlidi. Belə birisini tapa bilmirlər. “Kəpəz”də başverənlərə nəzərə salın. Bakıda idarəçilik asandı, iş rayonlara qədər uzandısa, vəziyyət dəyişir. Gəncəyə neçə kurator göndərildiyini, dəyişdiyini xatırlayarsız. Hətta AFFA məmurlarının öz adamı olan Mikayıl Nərimanoğlu tamahını saxlaya bilmədi, təkbaşına milyonlar yedi. İfşa olunduqda isə Mikayıl bəy AFFA-dan qovuldu, “Kəpəz” isə Premyer Liqadan düşürüldü.

 

Bakıda basıb yemək asandı, xərcləyən də, nəzarət edən də eyni adamlardı. Bölgələrdə isə yerli futbolsevərlər, hər şeydən baş çıxaran insanlar özbaşınalığa göz yummur. Bu səbəbdən paytaxtda parnik-klublar daha sərfəlidi, AFFA rəhbərliyi öz qazancları üçün hətta başlıca vəzifələri olan kütləviliyə, inkişafa da arxa çevirir.

 

“Turan Tovuz”a bu bölgəyə aidiyyatı olmayan, “Neftçi”də 10-15 matç keçirmiş Oqtay Abdullayevi rəhbər təyin ediblər. Nərimanoğluyla müqayisədə bir köynək uzaq olan, amma futbola, idarəçiliyə bir o qədər yaxın olan Abdullayev də üsyan edir, klubunun elitaya buraxılmamasına narazılığını bildirir. Və nəticə – Lisenziya Qrupunun rəhbəri Sərxan Hacıyev dərhal onu hədələyir, yayda kluba audit yoxlamasının göndəriləcəyini bildirir. Niyə yayda? İndiyədək bu işlərə niyə nəzarət edilməyib? Abdullayev indiyədək hesabat verməyibsə, nəyə görə illərdi bu kluba rəhbərlik edir?

 

HAŞİYƏ: Sərxan bəy narazılıqdan təşvişə düşərək tələsik açıqlama verib. Hacıyev audit yoxlamasının nəticələri olmadan ümumiyyətlə, klubun sənədlərini qəbul etmələrinin doğru olmadığını bilməlidi. Xox gəlmək lazım deyil, öz eyibinizə kor olun.

 

AFFA futbolu uçurumun dibinə yuvarladıb. Premyer Liqa klublarının sayının artırılmamasının digər səbəbi də aşağı dəstədə yetərli qədər komanda qalmamasıyla bağlıdı. Təsəvvür edin, elitada say 10-a çatdırılsa, divizionda cəmi 3 klub və əvəzedici heyətlər mövcud olacaq. Daha dərindən araşdırsaq, görərik ki, Azərbaycanda ümumiyyətlə, 8 yox, 6 ciddi klub qalıb. 2 il öncə ölkəmizi avrokuboklarda təmsil etmiş “Qəbələ” və “Səbail” indi bu hüququ əldə etmək üçün lisenziya tələblərini yerinə yetirə bilmirsə, deməli, onlar da hər an dağıla bilər, saman çöpündən asılı qalıblar.

 

AFFA-nın rəhbərliyi tərəfindən idarə edilən klublarda da anormal durum hökm sürür. Və bu səbəbi yaradan da qurum özüdü. Klub diviziona düşməyəcəyini bildiyindən bəlli zamandan sonra yaxşı nəticə üçün cəhd belə etmir. Büdcə bölüşdürülür, cibdən cibə ötürülür və mövsüm yola verilir. Yenə də “Keşlə”ni misal gətirəcəyik. Maliyyəsinə görə Premyer Liqanın 4-cüsü olan bakılılar turnir cədvəlinin son pilləsindədi. Kimsə hesabat istəmir, Axundov da hər transfer dönəmində 10-a yaxın əcnəbini gətirir, yola salır. Tanışlıqla, dost mencerlərə qucaq açmaqla… Təbii ki, əl əli yuduğu kimi üzü də yuyur.

 

Azərbaycanda uğurun nişanəsi avrokuboka vəsiqə qazanmaqdı. Söz yox, “Qarabağ” istisna olmaqla, hamı  mərhələni keçməyi uğur sayır, imkan olduğu halda daha yaxşısına cəhd etmir və ya etsə də, işlərin düzgün görülməməsi üzündən arzusuna çatmır. Amma istənilən halda, əsas hədəf qitə yarışlarına yollanmaqdı. Axundov kimi rəhbərlər biabırçı mövsümü unutdurmaq üçün fərqli yol seçir. Pul dağıdılıb, düzgün xərclənməyib, ona görə komanda bərbaddı, son pillədə qərarlaşıb, əvəzində 2-3 oyunda hakimlərin vasitəsi ilə başqalarının haqqını yeyirlər, “Kəpəz”i, ardınca “Zirə”ni məhz hakimlərin yardımı ilə dayandırıb kubokda finala yüksəlirlər. Cəmi 3 mərhələdən ibarət olan bu yarışda belə bacarığın varsa, artıq finaldasan, həlledici oyunda daha bir hakim hoqqası ilə titulu qazanıb, özlərin qəhrəman elan edəcəklər.

 

Bax, Azərbaycan futbolu belə idarə olunur. İnkişaf, avrokubokda ölkənin layiqli təmsilçiliyi, Azərbaycanın imici – bütün bunlar “mütəşəkkil dəstə”nin cibinin aşağısınadı. Və biz bu adamlara 14 ildi dözürük, ümid edirik, nəsə gözləyirik. Zaqatalanın, Gəncənin, Tovuzun, Lənkəranın, Qusarın, Mingəçevirin, Bərdənin və başqa bölgələrin azarkeşlərinin ümidləri, arzuları beləcə zorlanır.

 

AFFA rəhbərliyi gələn mövsümöncəsi yenə 10 komandadan dəm vuracaq. İnanmayın, bu açıqlamalar vaxt qazanmaq üçün növbəti yalandan başqa bir şey olmayacaq. 14 ildi futbolumuzun qatili kimi özlərini isbatlamış bu adamları kürüyüb rədd etmədən heç nə dəyişməyəcək. Azərbaycanda klublar futboldan pul qazanmır, dövlət dəstyi ilə ayaqda qalmağa çalışır. Həmin büdcəni də bir qrup adam basıb yeyəndə indi izlədiyimiz mənzərə qaçılmaz olur.

 

CAVAD

Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

AÇ-20202021-06-20 23:39

“Avropa çempionatı bizim üçün böyük sınaq oldu” – Şenol Günəş

Ölkə futbolu2021-06-20 22:50

Araz Abdullayev Kipr klubu ilə müqavilə bağladı

AÇ-20202021-06-20 22:33

İtaliya – Uels matçının ən yaxşısı

AÇ-20202021-06-20 22:22

İsveçrə – Türkiyə matçının ən yaxşısı bilindi

AÇ-20202021-06-20 21:51

Türkiyə İsveçrəyə, Uels İtaliyaya uduzdu

Ölkə futbolu2021-06-20 19:53

“Neftçi” Macarıstan klubu ilə qarşılaşacaq

Dünya futbolu2021-06-20 19:15

“Qalatasaray”ın yeni prezidenti Terimlə bağlı qərarını açıqladı

Digər2021-06-20 18:28

Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı

Ölkə futbolu2021-06-20 18:00

“Sumqayıt” üçün “Qəbələ”nin mübarizədən kənarlaşdırdığı rəqib

Ölkə futbolu2021-06-20 17:38

“Neftçi”nin ilk yoxlama oyununun başlama vaxtı açıqlandı

Ölkə futbolu2021-06-20 17:19

Podolski “Qarabağ”dan təklif almayıb – meneceri açıqladı

AÇ-20202021-06-20 17:00

Löv Portuqaliya üzərində qələbədən danışdı

Ölkə futbolu2021-06-20 16:43

Dadaşovun komandası səfərdən xalsız döndü

AÇ-20202021-06-20 16:21

Petkoviç Bakıdakı son oyun öncəsi danışdı

Ölkə futbolu2021-06-20 16:00

Baxşıyev baxmaqla kifayətlənir: “Heç kimə dəvət göndərməmişik”

Ölkə futbolu2021-06-20 15:43

FİFA prezidenti Bakıya gəlir

Ölkə futbolu2021-06-20 15:20

Ramin Quliyev tələsmək istəmir

AÇ-20202021-06-20 15:02

AÇ-2020: Hazard Rusiyaya aparılmadı

Dünya futbolu2021-06-20 14:43

“Keşlə”nin rəqibi xorvatiyalı müdafiəçi aldı

AÇ-20202021-06-20 14:21

“Oyunlarımızın Bakıda keçirilməsi bizim üçün çox yaxşı oldu”

Ölkə futbolu2021-06-20 12:05

Yusuf Lavalla “Piramida” – VİDEO

Ölkə futbolu2021-06-20 11:04

“Neftçi”nin Sloveniya toplanışının ilk günündəki axşam məşqi – VİDEO

Ölkə futbolu2021-06-17 22:36

Mahirdən “Legiya”da uğurlu debüt – het-trikə imza atdı – VİDEO

Ölkə futbolu2021-06-16 18:41

Samir Abasov: “Olimpiakos” tamam başqa səhifədir” – VİDEO

Ölkə futbolu2021-06-16 18:32

Millimizin daha bir üzvü rəsmən Polşa klubunda!

AÇ-20202021-06-16 15:19

Ronaldodan sonra Poqba da sponsorlara “ilişdi” – VİDEO

Dünya futbolu2021-06-14 10:57

Braziliyadan ilk oyunda darmadağın – VİDEO

AÇ-20202021-06-12 22:18

Eriksenin huşunu itirdiyi an – VİDEO

Ölkə futbolu2021-06-11 16:11

“Qarabağ” yeni transferini açıqladı – VİDEO

AÇ-20202021-06-09 18:02

Türkiyə millisinin üzvləri azərbaycanlı azarkeşlərdən dəstək istədi

Ölkə futbolu2021-06-08 16:39

Mert Çeliklə “Piramida” – VİDEO

Premyer-liqa2021-06-08 12:36

“Sabah”ın ötən mövsüm vurduğu bütün qollar – VİDEO

Milli komanda2021-06-03 00:14

Millimizdən Minskdə əzmkar qələbə – VİDEO

Dünya futbolu2021-05-30 09:40

“Mançester Siti” ÇL-in finalında belə uduzdu – VİDEO

Dünya futbolu2021-05-29 11:23

İtaliya millisi 7 cavabsız qolla qalib gəldi – VİDEO

Milli komanda2021-05-28 10:24

Türkiyə – Azərbaycan matçında 3 qol – VİDEO

Ölkə kuboku2021-05-25 01:25

“Sumqayıt” yenə finalda uduzdu – VİDEO

Ölkə kuboku2021-05-25 01:09

Azərbaycan Kubokunun qalibi mükafatlandırıldı – VİDEO

Premyer-liqa2021-05-20 15:52

“Keşlə” – “Qəbələ” matçında 4 qol – VİDEO

Ölkə futbolu2021-05-20 02:48

Premyer Liqanın qalibləri belə mükafatlandırıldı – VİDEO

Gündəm