Connect with us

Ölkə futbolu

Liderlərin qəzəbi və mənfi saldolu komandalar yığını

-də paylaşıldı

Müqayisə bir az absurd görünsə də, Azərbaycan Premyer Liqasındakı mübarizə Avropada yalnız İspaniya çempionatından geri qalır. Təbii ki, oyunların keyfiyyət fərqi arasındakı uçurum danılmazdı, lakin indiyə kimi heç bir suala cavab tapılmaması baxımından vəziyyət oxşardı.

Düzdü, bizdə elitanı heç kim tərk etməyəcək, lakin hətta belə bir imkan olsaydı, cavabı indidən bilinməyəcəkdi. Çempionluq mübarizəsi, avrokuboklara vəsiqələrin bölüşdürülməsi, mükafatçıların tam siyahısı baxımından da maraqlı mövsüm izləyirik.

26-cu tur meydan sahibləri üçün uğursuz bitdi. Qələbə bir yana, hətta qol vurmağı bacarmayan ev yiyələrindən yalnız “Zirə” xal gördü. 9 qol vuran qonaqlardan isə “Qəbələ” ən qeyri-məhsuldar kollektiv imicinə sadiq qaldı.

Turun bağlanış matçının startında Masazırdakı stadionun projektorlarında kiçik nasazlıq oldu və problem tezliklə aradan qaldırıldı. Amma sən demə, bu, baş verəcəklərin işarəsi imiş. Çünki “Qarabağ” bir hissə ərzində “Sabah”ın ümid işıqlarını söndürdü. Ramin Quliyevin gəlişindən sonra dirçələn bakılılar ağdamlıların turlardı yığılan qəzəbini bir anda üzərində hiss etdi. Qurban Qurbanovun yetirmələri üzün fasilədən sonra çempiona yaraşan tərzdə oynayıb, darmadağını reallaşdırdı. Futbolçuların qol sevincindən necə hirsli olduqları aşkar görünürdü.

Beləliklə, “Sabah” bu mövsümü “Qarabağ”dan xal ala bilməyən yeganə komanda kimi başa vuracaq. Ağdamlılarsa qızıl medallar üçün sonadək vuruşacağını, təslim olmağa hazırlaşmadığını isbatladı. Abdullah Zubirin fərdi bacarığı hesabına vurduğu ilk qoldan sonra psixoloji gərginliyi üzərindən atan qonaqların fasiləyədək etdikləri yalnız alqışa layiqdi. Komanda qələbəyə o qədər köklənmişdi ki, hətta bombardirlər yarışında Namiq Ələskərovla gərgin mübarizəyə girişən Mahir Emreli 4-cü qolun reallaşdığı penaltini özü vurmaq üçün israr etmədi, bunu ən yaxşı bacaranın öhdəsinə buraxdı.

“Qarabağ”ın 17 dəqiqəyə etdiyini bir gün öncə “Neftçi” nisbətən böyük zamana sığdırmışdı. Bakılılar “Səbail”lə matçda əla oyununu eyni hesabla – 4:0-la bəzəmişdi və gecəni ertəsi ağdamlıların büdrəyəcəyi ümidiylə keçirmişdi. Düzdü, onların istəyi reallaşmadı, amma bunu son turdakı şəxsi oyunda özləri reallaşdırmaq şansını saxlayırlar.

Bürünc medal uğrunda mübarizə də hər tur yeni rəng alır. “Qarabağ”la heç-heçə sayəsində bu pilləyə yüksələn “Zirə”nin bəyliyi erkən bitdi. “Sumqayıt” kubokun finalındakı rəqibi “Keşlə”ni məğlub edib, avrokubok şansını yenə hər iki cəbhədə öz əlində saxladı. Heyətdəki ciddi itkilərə rəğmən, bakılıları yenən qonaqlar bir az da bəxtə minnətdar olmalıdı.

“Zirə”yə gəlincə, qəsəbə təmsilçisi kubokdakı yenilginin şokunu üzərindən ata bilmir. Hakim səhvləri sayəsində finaldan kənar qalan “qartallar” sıx qrafik üzündən yaranan yorğunluğun da əziyyətini çəkir. Amma ən böyük problem “Zirə”nin strategiyası ilə bağlıdı. Komanda sanki heç-heçə xəstəliyinə tutulub. Top buraxmamağı əsas məqsədə çevirən kollektivin hücumda istədikləri alınmayınca nəticələr üzücü olur. Hamıdan çox – 14 bərabərlik bir tərəfdən məğlubedilməzliyin göstəricisidisə, digər yandan nəticə baxımından ciddi qüsurdu. Müdafiəyəmeylli oyun hücumda qol epizodları yaratmaq baxımından çətinliklər yaradır. 9 turdu qələbə qazanmayan “Zirə” bu müddətdə 7 heç-heçə edib və “Sumqayıt”ın önə keçməsinə özü şərait yaradıb. Evdə hətta autsayderlərə güzəştə gedən komanda doğma divarlar arasında 20 xal itirib ki, bu da hazırda 4-cü yerdə olmağın əsas səbəblərindən biridi.

Tur turnir cədvəlində ilk “dördlük”də qərarlaşanlarla ikinci “dördlüy”ün mübarizəsi idi və ev sahiblərinin uğursuzluğunun bir səbəbi bu məqamda gizlənir. Yekunda iki yerdəyişmə reallaşdı – “Sumqayıt” “Zirə”dən önə keçdisə, bir xal qoparan “Qəbələ” ötən tur əldən verdiyi 5-ci yeri “Sabah”dan təhvil aldı.

Premyer Liqanı İspaniya çempionatı ilə müqayisə etmək hər nə qədər xoş təəssürat yaratsa da, utandırıcı mənzərəni də qeyd etməliyik. Belə ki, “Qarabağ” və “Neftçi”dən başqa, bütün komandalar vurulan və buraxılan topların nisbətində mənfi saldoya malikdi. Autsayderlərin durumu başadüşüləndi, amma iki turdan sonra bürünc medalçı olduğu dəqiqləşəcək kollektiv üçün bu tablo qürur mənbəyi ola bilməz.

AĞA

Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Dünya futbolu2021-06-24 21:25

Super Liqa klubunda dörd ayrılıq

Ölkə futbolu2021-06-24 20:27

“Pelister”dən “Keşlə”yə növbəti transfer

Premyer-liqa2021-06-24 19:50

Premyer Liqada yay bazarlığı – YENİLƏNİR

Ölkə futbolu2021-06-24 19:36

“Keşlə” Aldairi transfer etdi

Dünya futbolu2021-06-24 18:44

UEFA-dan rəsmi qərar: Səfər qolu qaydası ləğv olundu!

Ölkə futbolu2021-06-24 18:18

“Qəbələ”dən ayrılan futbolçu rəsmən “Sumqayıt”da!

Ölkə futbolu2021-06-24 18:07

“Sumqayıt” pul tapdı: Xəyalın gedişi Qurbaninin qalmasına şərait yaradacaq

AÇ-20202021-06-24 17:37

AÇ-2020: Fransa millisində 2 itki

AÇ-20202021-06-24 17:02

Fransızlar Budapeşti Buxarestlə səhv saldılar, millinin oyununu qaçırdılar

Digər2021-06-24 16:50

Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı

Ölkə futbolu2021-06-24 16:32

“Səbail” Əmirli ilə anlaşdı

AÇ-20202021-06-24 16:17

Ərdəbilli Daei təbrik, Ronaldo təşəkkür etdi

Ölkə futbolu2021-06-24 16:13

“Sumqayıt” “Qəbələ”dən daha birini gətirdi

Ölkə futbolu2021-06-24 16:12

“Zirə” “Sabah” və “Qəbələ” ilə yoxlama oyunu keçirəcək

Ölkə kuboku2021-06-24 15:54

“Keşlə”də transfer biabırçılığı: cəzalı oyunçunu heyətə qatdılar

Ölkə futbolu2021-06-24 15:28

“Sumqayıt”da daha bir yeni müqavilə

Dünya futbolu2021-06-24 15:00

Fransa klubunda yeni baş məşqçi

Dünya futbolu2021-06-24 14:41

Super Liqa klubundan daha bir transfer

Ölkə futbolu2021-06-24 14:19

Prezident Fariz Nəcəfovu 3 medalla təltif etdi

Ölkə futbolu2021-06-24 14:00

“Neftçi” daha bir ayrılığı rəsmən açıqladı

Ölkə futbolu2021-06-22 19:53

Yusuf Lavalla “Piramida” – VİDEO

Ölkə futbolu2021-06-22 17:19

“Neftçi”nin Sloveniya toplanışında 4-cü gün – VİDEO

Ölkə futbolu2021-06-22 09:29

“Neftçi”dən ilk oyunda heç-heçə – VİDEO

Ölkə futbolu2021-06-22 09:00

Savo Miloşeviç: “Neftçi” keyfiyyətli komandadır” – VİDEO

Ölkə futbolu2021-06-21 17:00

“Neftçi” yeni mövsüm üçün formalarını təqdim etdi – VİDEO

Ölkə futbolu2021-06-20 12:05

Yusuf Lavalla “Piramida” – VİDEO

Ölkə futbolu2021-06-20 11:04

“Neftçi”nin Sloveniya toplanışının ilk günündəki axşam məşqi – VİDEO

Ölkə futbolu2021-06-17 22:36

Mahirdən “Legiya”da uğurlu debüt – het-trikə imza atdı – VİDEO

Ölkə futbolu2021-06-16 18:41

Samir Abasov: “Olimpiakos” tamam başqa səhifədir” – VİDEO

Ölkə futbolu2021-06-16 18:32

Millimizin daha bir üzvü rəsmən Polşa klubunda!

AÇ-20202021-06-16 15:19

Ronaldodan sonra Poqba da sponsorlara “ilişdi” – VİDEO

Dünya futbolu2021-06-14 10:57

Braziliyadan ilk oyunda darmadağın – VİDEO

AÇ-20202021-06-12 22:18

Eriksenin huşunu itirdiyi an – VİDEO

Ölkə futbolu2021-06-11 16:11

“Qarabağ” yeni transferini açıqladı – VİDEO

AÇ-20202021-06-09 18:02

Türkiyə millisinin üzvləri azərbaycanlı azarkeşlərdən dəstək istədi

Ölkə futbolu2021-06-08 16:39

Mert Çeliklə “Piramida” – VİDEO

Premyer-liqa2021-06-08 12:36

“Sabah”ın ötən mövsüm vurduğu bütün qollar – VİDEO

Milli komanda2021-06-03 00:14

Millimizdən Minskdə əzmkar qələbə – VİDEO

Dünya futbolu2021-05-30 09:40

“Mançester Siti” ÇL-in finalında belə uduzdu – VİDEO

Dünya futbolu2021-05-29 11:23

İtaliya millisi 7 cavabsız qolla qalib gəldi – VİDEO

Gündəm