Connect with us

Digər

Türklə yanaşı dayanmayan Məmmədov: britaniyalı səfir daha sərfəlidi

-də paylaşıldı

Zaur Axundov Ceyms Şarpdan daha sanballı, daha hörmətli biriymiş. Elə əksər digər klubların prezidentləri də.

AFFA-nın icraçı vitse-prezidentiylə Klublar Komitəsinin iclasındakı görüşə Premyer Liqa təmsilçiləri 3-cü, 4-cü dərəcəli rəsmilərini göndərdiyi, bəziləri az qala inzibatçıyla təmsil olunduğu halda Böyük Britaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri az qala 2-3 aydan bir Məmmədovun ayağına gəlir. Yaponiyadan Mərakeşə, Argentinadan İsveçrəyə kimi bir çox ölkələrin səfirlərini Elxan Məmmədovun qəbuluna yazdıranlar Şarpdan daha çox istifadə edir.

Şarpın Bakı Olimpiya Stadionda görünməsinin səbəbi var. Rəsmi açıqlamaya inansaq, o, AVRO-2020-nin oyunları zamanı ölkəmizə səfəri nəzərdə tutulan Uels milli komandasının azarkeşləri ilə bağlı təşkilati məsələlərin müzakirəsinə qatılıb. Daha öncə İsveçrə səfiri də eyni səbəbdən BOS-da görünmüşdü.

Lakin bütün bunlar sadəcə, aysberqin görünən tərəfidi. Ona qalsa, Məmmədov Türkiyə səfiri ilə hər ay görüşməlidi. Qardaş ölkənin təmsilçisi Azərbaycanda öz millimiz qədər sevilir, üstəlik, turistlərin 80-90 faizinin qonşuluqdan gələcəyi sirr deyil. Bugünə qədər isə daha çox ilgilənməyimiz lazım olan Türkiyəyə diqqət yetirilməyib.

Bunun səbəbləri var. Əvvəla, türkiyəli səfir Məmmədovun şəxsi təqdimatı üçün lazım olan fotosessiyalara düşüb, vasitəçi-alət omaq istəmir. Yəqin ki, müraciət edilib, amma o, imici sıfırın altında olan Məmmədovun ayağına getməyi lazım bilməyib. İkincisi, Elxan bəyə də türklə yanaşı dayanmaq bir o qədər maraqlı deyil, o, daha beynəlmiləlçi “qaqulik”di. Düzdü, ola bilsin, qarşıdakı günlərdə himayədarları Cahit Bağçının da saqqızını oğurlayacaq və ya kiminsə xahiş-minnətiylə belə bir görüş baş tutacaq. Amma onun Məmmədovun yanına qaçacağını düşünmürəm, yəqin hansısa məsul işçisini görüşə göndərəcək.

Ümumiyyətlə, səfirlə AFFA məmurunun azarkeşlərin səfəriylə bağlı təşkilati məsələləri müzakirə etməsi bir az qəribə görünür. Bunun üçün müvafiq işçi heyətləri, səfirliyin məsul nümayəndələri olmalıdı. Sadəcə, Məmmədovun arxasında dayanan himayədarları onun reklamı ilə məşğuldu, bu səbəbdən hətta Britaniya səfirini ikinci dəfə görüşə göndərtdirir.

Məmmədov səriştəsizliyi ilə tükəndiyini çoxdan isbat etmiş biridi. Azərbaycan futbolunun durumuna baxıb, bərbad durumun səbəbkarını axtaranda ilk olaraq o yada düşür. Bu da səbəbsiz deyil. Çünki 14 ildi obyekt kimi baxılan futbol təsərrüfatının idarəçiliyi məhz bu adamın əlindədi. Futbolda limiti bitib, hər şeyi üz-gözünə bulaşdırıb, ona görə də himayədarları Məmmədovun üçün yeni, daha məsul post axtarır. Səfirlərlə görüşlər də buna hesablanıb. Şarpla iki dəfə yanaşı dayanmaq həm də klanın dövlət rəhbərliyinə ismarıcıdı – “bu adam vurula bilməz, bizimkidi, etimad göstərilməlidi”.

Azad Rəhimovun qəmli sonunu həvəslə gözləyən Məmmədov özünü gənclər və idman naziri postuna layiq bilir. Gənc könüllülərlə mütəmadi görüşlərin bir alt məqsədi də budur. Bütün bu təbliğat ən azı nazir postuna əyləşdirilmə planına hesablanıb. Futbolda uğursuzdu, Elxan bəy özünü böyük baıq bilir və daha geniş dənizlər arzusundadı. Hansı posta təyin edilsə, orada himayədarlarının yeni qazanclarının qarantı olacaq. Ona bu qədər dəstək verilməsinin səbəbi bundan ibarətdi.

Məmmədov “üstü bəzək, altı təzək” deyiminin ən gözəl nümunəsidi. Görüntü var, keyfiyyət yoxdu. Himayədarlarıa arxalanaraq, onların vasitəsilə hər yerdə sima olaraq önə verilir, bacarığının dərəcəsi isə futbolun durumu ilə düz mütənasibdi. Hətta futbol təsərrüfatında o qədər gözdən düşüb ki, ona məqsədləri üçün “qardaş” deyən “Keşlə”nin rəhbəri Zaur Axundov da onunla görüşə gəlmir, birlikdə hansısa müzakirənin belə yersiz vaxt itkisi olduğunu başa düşür. Səfirlər də anlayacaq, amma bu onların Məmmədovun yüksəlişi üçün qovluqlara yerləşdirilən fotolarının arxivdən silinməsi ilə nəticələnməyəcək.

FƏRİD

Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

AÇ-20202021-06-20 23:39

“Avropa çempionatı bizim üçün böyük sınaq oldu” – Şenol Günəş

Ölkə futbolu2021-06-20 22:50

Araz Abdullayev Kipr klubu ilə müqavilə bağladı

AÇ-20202021-06-20 22:33

İtaliya – Uels matçının ən yaxşısı

AÇ-20202021-06-20 22:22

İsveçrə – Türkiyə matçının ən yaxşısı bilindi

AÇ-20202021-06-20 21:51

Türkiyə İsveçrəyə, Uels İtaliyaya uduzdu

Ölkə futbolu2021-06-20 19:53

“Neftçi” Macarıstan klubu ilə qarşılaşacaq

Dünya futbolu2021-06-20 19:15

“Qalatasaray”ın yeni prezidenti Terimlə bağlı qərarını açıqladı

Digər2021-06-20 18:28

Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı

Ölkə futbolu2021-06-20 18:00

“Sumqayıt” üçün “Qəbələ”nin mübarizədən kənarlaşdırdığı rəqib

Ölkə futbolu2021-06-20 17:38

“Neftçi”nin ilk yoxlama oyununun başlama vaxtı açıqlandı

Ölkə futbolu2021-06-20 17:19

Podolski “Qarabağ”dan təklif almayıb – meneceri açıqladı

AÇ-20202021-06-20 17:00

Löv Portuqaliya üzərində qələbədən danışdı

Ölkə futbolu2021-06-20 16:43

Dadaşovun komandası səfərdən xalsız döndü

AÇ-20202021-06-20 16:21

Petkoviç Bakıdakı son oyun öncəsi danışdı

Ölkə futbolu2021-06-20 16:00

Baxşıyev baxmaqla kifayətlənir: “Heç kimə dəvət göndərməmişik”

Ölkə futbolu2021-06-20 15:43

FİFA prezidenti Bakıya gəlir

Ölkə futbolu2021-06-20 15:20

Ramin Quliyev tələsmək istəmir

AÇ-20202021-06-20 15:02

AÇ-2020: Hazard Rusiyaya aparılmadı

Dünya futbolu2021-06-20 14:43

“Keşlə”nin rəqibi xorvatiyalı müdafiəçi aldı

AÇ-20202021-06-20 14:21

“Oyunlarımızın Bakıda keçirilməsi bizim üçün çox yaxşı oldu”

Ölkə futbolu2021-06-20 12:05

Yusuf Lavalla “Piramida” – VİDEO

Ölkə futbolu2021-06-20 11:04

“Neftçi”nin Sloveniya toplanışının ilk günündəki axşam məşqi – VİDEO

Ölkə futbolu2021-06-17 22:36

Mahirdən “Legiya”da uğurlu debüt – het-trikə imza atdı – VİDEO

Ölkə futbolu2021-06-16 18:41

Samir Abasov: “Olimpiakos” tamam başqa səhifədir” – VİDEO

Ölkə futbolu2021-06-16 18:32

Millimizin daha bir üzvü rəsmən Polşa klubunda!

AÇ-20202021-06-16 15:19

Ronaldodan sonra Poqba da sponsorlara “ilişdi” – VİDEO

Dünya futbolu2021-06-14 10:57

Braziliyadan ilk oyunda darmadağın – VİDEO

AÇ-20202021-06-12 22:18

Eriksenin huşunu itirdiyi an – VİDEO

Ölkə futbolu2021-06-11 16:11

“Qarabağ” yeni transferini açıqladı – VİDEO

AÇ-20202021-06-09 18:02

Türkiyə millisinin üzvləri azərbaycanlı azarkeşlərdən dəstək istədi

Ölkə futbolu2021-06-08 16:39

Mert Çeliklə “Piramida” – VİDEO

Premyer-liqa2021-06-08 12:36

“Sabah”ın ötən mövsüm vurduğu bütün qollar – VİDEO

Milli komanda2021-06-03 00:14

Millimizdən Minskdə əzmkar qələbə – VİDEO

Dünya futbolu2021-05-30 09:40

“Mançester Siti” ÇL-in finalında belə uduzdu – VİDEO

Dünya futbolu2021-05-29 11:23

İtaliya millisi 7 cavabsız qolla qalib gəldi – VİDEO

Milli komanda2021-05-28 10:24

Türkiyə – Azərbaycan matçında 3 qol – VİDEO

Ölkə kuboku2021-05-25 01:25

“Sumqayıt” yenə finalda uduzdu – VİDEO

Ölkə kuboku2021-05-25 01:09

Azərbaycan Kubokunun qalibi mükafatlandırıldı – VİDEO

Premyer-liqa2021-05-20 15:52

“Keşlə” – “Qəbələ” matçında 4 qol – VİDEO

Ölkə futbolu2021-05-20 02:48

Premyer Liqanın qalibləri belə mükafatlandırıldı – VİDEO

Gündəm